Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün tədris planlarının təsdiqi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

1. 2011-2012-ci dərs ili üçün Azərbaycan Respublikasının təlim Azərbaycan, rus, gürcü dillərində olan ümumtəhsil məktəblərinin, ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin V-XI siniflərinin tədris  planları (əlavə 1-5) və tədris planlarına dair qeydlər (əlavə 6) təsdiq edilsin.

2. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), İqtisadiyyat şöbəsi (Ş.Əliyev), Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) tədris  planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin əlavələrlə birlikdə "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.

 

 

Misir  MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

4 iyul 2011-ci il

 

Azərbaycan müəllimi.- 2011.- 8 iyul.- S.5.