Qanunun elan edilməsi və icrası barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 127-İVQD nömrəli Qanununu elan edirəm:

 

"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında"

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən

 

QƏRARA ALIR:

 

Azərbaycan Respublikası Əmək Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin:

 

1. Aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin:

"Maddə 10-1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi

10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.

10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.

10-1.5. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir  müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

10-1.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir".

2. 70-ci maddənin "d" bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda "e" bəndi əlavə edilsin:

"e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2011-ci il. № 127-İVQD"

 

 

Qanunun icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu rəhbərlik icra üçün  qəbul edilsin.

2. Aparatın rəhbəri (İ.Pirməmmədov), Strateji təhlil, planlaşdırma kadrların idarə olunması şöbəsi (F.Qədirov), Kənd rayonları üzrə Ümumi təhsil şöbəsi (A.Əhmədov), İqtisadiyyat şöbəsi (Ş.Əliyev), Ali orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev), Texniki peşə təhsili şöbəsi (N.Məmmədov), Tərbiyə məktəbdənkənar müəssisələrlə şöbəsi (A.İbrahimov), Məktəbəqədər təhsil sektoru (N.Alnağıyeva), Hüquq sektoru (E.Həsənov) ilə birlikdə:

2.1.Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə uyğun olaraq Təhsil Nazirliyinin nomenklaturasına əsasən təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin siyahısını hazırlayıb rəhbərliyə təqdim etsinlər.

3. Əmək Məcəlləsinin 10-1.3-cü maddəsinə uyğun olaraq təhsil sahəsinin inkişafında xüsusi xidmətləri olan 65 yaşına çatmış işçilərin çalışma müddətinin Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadılması ilə əlaqədar təkliflərini hazırlayıb rəhbərliyə təqdim etsinlər.

4. Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı aşağıdakı meyarları nəzərə alsınlar:

-son 1ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi;

-elmi dərəcə ya elmi adının olması;

-dövlət təltifi ilə təltif edilməsi;

-attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi;

-"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olması;

-müəssisədə ixtisaslı kadr olmadıqda ya işçini başqası ilə əvəz etmək mümkün olmadıqda;

-səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda;

-işlədiyi kollektivdə cəmiyyətdə nüfuza malik olması.

5. Təhsilin İdarəolunmasının Məlumat Sistemləri Şöbəsi (İ.Sadıqov) Strateji təhlil, planlaşdırma kadrların idarə olunması şöbəsi (F.Qədirov), Kənd rayonları üzrə Ümumi təhsil şöbəsi (A.Əhmədov), Ali orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev), Texniki peşə təhsili şöbəsi (N.Məmmədov), Tərbiyə məktəbdənkənar müəssisələrlə şöbəsi (A.İbrahimov), Məktəbəqədər təhsil sektoru (N.Alnağıyeva) ilə birlikdə məktəbəqədər, ümumi, ilk peşə-ixtisas orta ixtisas təhsili pillələri üzrə məlumat bazasının formalaşdırılmasını təmin etsin.

6. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri:

6.1.Əmək Məcəlləsinin 10-1.2, 10-1.4, 10-1.5, 10-1.6-cı maddələrinə əsasən müəyyənləşdirilmiş meyarlar nəzərə alınmaqla təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması ilə əlaqədar məsələləri qanunvericiliyə uyğun həll etsinlər nəticələr barədə Təhsil Nazirliyinə məlumat təqdim etsinlər.

6.2.Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə uyğun olaraq təhsil müəssisələrində 65 ondan yuxarı yaş həddində olan təhsil işçilərinin siyahısını hazırlasınlar, əmək məzuniyyətindən qayıtdıqdan sonra onlarla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar tədbirləri həyata keçirsinlər, nəticəsi barədə siyahılar təqdim edilməklə Təhsil Nazirliyinə məlumat versinlər.

6.3.Əmək müqaviləsi ləğv olunmuş pedaqoji işçilərin dərs yüklərinin mövcud normalara uyğun olaraq ixtisaslı digər müəllimlər arasında bölüşdürülməsini təmin etsinlər.

6.4.Qanunun icrası ilə bağlı yerlərdə maarifləndirmə işlərinin aparılmasını təmin etsinlər.

7. Strateji təhlil, planlaşdırma kadrların idarə olunması şöbəsi (F.Qədirov) təhsil müəssisələrində yaş həddi 65-ə çatmış pedaqoji işçilərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar təhlillər aparsın, ehtiyac olan təhsil müəssisələrinin kadr təminatı ilə bağlı təkliflər hazırlayıb təqdim etsin.

8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

9. Ümumi şöbənin müdiri (X.Fərəcov) əmrin çoxaldılıb yerlərə göndərilməsini təşkil etsin.

10. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

Azərbaycan müəllimi .- 2011.- 22 iyul.- S. 2.