Riyaziyyat dərslikləri müəllim şagirdləri qane edirmi?

 

Bu sual günün aktual suallarından biridir. Daim müzakirə mövzusuna çevrilir. Bir fənn müəllimi kimi bu suala aydınlıq gətirmək məqsədi ilə bəzi araşdırmalar aparmaq qərarına gəldim. Bunun üçün IX sinif "Cəbr" dərsliyini seçdim. Ona görə ki, IX sinif buraxılış sinfidir. Bu sinif üçün hazırlanmış dərsliyin məsuliyyəti daha  böyükdür.  Dərslikdə yeni mövzuların öyrədilməsiylə yanaşı, əsas təhsil bazasında (V-IX siniflərdə) öyrədilmiş mövzuları təkrarlamaq bilikləri kompleksləşdirmək məqsədi qarşıda durur. Bəs dərslik bu tələblərə necə cavab verir? 

 

Dərslik 6 fəsildən ibarətdir. I fəsildə "Funksiya onun xassələri" öyrədilir. Funksiya haqqında ilk anlayışlar VII-VIII siniflərdə verilmişdir. İlk paraqraflar bu siniflərdə keçilənlərin təkrarına həsr olunmuşdur. Çünki ilk anlayışları bilmədən funksiyanın digər xassələrini öyrənmək çətindir. Bu biliklər təkrarlandıqdan sonra əlavə biliklər verilir. Qrafiklərin köməyilə funksiyaların təyin oblastının, qiymətlər çoxluğunun ən böyük ən kiçik qiymətlərinin tapılması qaydası konkret nümunələr üzərində göstərilmişdir.  İzahat çox sadə dildə verilmişdir. Şagirdlər müstəqil şəkildə dərsliyin köməyi ilə bu  mövzuları öyrənə bilərlər. Nəzəri məlumat təqdim olunan mövzunu tam əhatə edir. Verilən çalışmalar isə nəzəri bilikləri praktik olaraq möhkəmləndirməyə kömək edir. Əvvəlki dərsliklərdən fərqli olaraq yeni dərslikdə y=f(x)+n;  y=f(x-m);  y=f(x-m)+n; y= -f(x); y=f(-x) funksiyaları, bu funksiyaların xassələri qrafiklərin çevrilməsi daha sadə dildə izah olunmuşdur. Qrafiklərin çevrilməsini təsvir edən şəkillərdə müxtəlif rənglərdən istifadə olunmuşdur ki, bu da müəllimin işini daha əlverişli edir. İzahatın daha anlaşıqlı olmasını təmin edir. Nəzərə alsaq ki, qrafiklərdə həll olunan məsələlərə təkcə riyaziyyatda yox, həm həndəsə, fizika coğrafiya dərsliklərində rast gəlirik, onda mövzuların əhəmiyyətinin dərəcədə vacib olduğunu görərik.

Bərabərsizliklər mövzusunda isə intervallar üsulu ilə həll qaydası bir çox    çalışmaların həllini asanlaşdırır az vaxt ərzində çox çalışma həll etməyə şərait yaradır. Müasir təlimdə bu, əsas şərtlərdən biridir. Əvvəlki vəsaitlərdəki qaydalarla isə çalışmaların həlli çox vaxt tələb edirdi.  Dəyişəni modul işarəsi daxilində olan bərabərsizliklərin həlli daha mükəmməl qaydada izah olunmuşdur.  Bərabərsizliklərdə bir neçə modul işarəsi olduqda onların həlli qaydası əvvəlki dərsliklərdə izah olunmurdu.

II fəsildə "Tənliklər tənliklər sistemi" yer alır. Bu fəsildə dərslikdə olan yenilikləri qeyd etmək istərdim. Kvadrat tənliyə gətirilən tənliklər mövzusunda şagirdlərin bilik dairəsini genişləndirmək məqsədi ilə "Qayıtma tənlik", "Simmetrik tənliklər", "Çəp simmetrik tənlik" anlayışları verilmişdir. Onların həlli qaydaları konkret nümunələrlə göstərilmişdir. Dərslikdə verilən qayda nümunələr bütün növlü tənliklər tənliklər sistemini əhatə edir. Fənlərarası inteqrasiya məqsədilə düzbucaqlının sahəsi ilə tərəfləri arasında,  düzbucaqlı üçbucağın katetləri ilə hipotenuz arasında, gedilən yol ilə sürət zaman arasında, fəhlələrin gördüyü ilə işə sərf olunan vaxt arasında əlaqəni göstərən məsələlər verilmişdir. Bunlar da sistem tənliklərin köməyi ilə həll olunur.

III fəsildə "ardıcıllıq, ədədi həndəsi silsilələr" öyrədilir. Bu mövzuların da əhəmiyyəti böyükdür. Çünki qəbul testlərində bu tip çalışmalara üstünlük verilir. Bunu nəzərə alaraq bu mövzulardakı çalışmaların sayı artırılsa, daha yaxşı olar. Nəzərə alsaq ki, sinifdəki şagirdlərin hamısının bilik səviyyəsi eyni olmur, ona görə ən sadədən ən mürəkkəbə doğru çalışmalar verilməlidir. Mövzuya aid çalışmaların əksəriyyəti üç dörd bənddən ibarətdir. Bəndlərin sayı artırılsa, şagirdlər tərəfindən mənimsəmə faizi daha da artar. Şagirdlərin çalışma həllinə az vaxt sərf etmələri məqsədi ilə ədədi silsilədə hədlər fərqi üçün 

hədlər arasında əlaqə üçün am=an+d(m-n); (m>n) həndəsi silsilədə vuruq üçün  QUOTE; (m>n) hədlər üçün bm = bn  qm-n; (m>n)bm=bnXqm-n; (m>n) düsturlarını əlavə etmək məqsədəuyğundur. Bu tipli çalışmaların sayı da dərslikdə artırılsa, yerinə düşər. Çünki test tapşırıqlarında bu tipli çalışmalar üstünlük təşkil edir.  Ədədi silsilədə ədədi orta düsturu, hədlərin xassələrini ifadə edən düstur, həndəsi silsilədə həndəsi orta düsturu hədlərin xassələrini ifadə edən düstur şagirdlərin işini asanlaşdırır.

IV fəsildə "Rasional üstlü qüvvət", n-ci dərəcədən kök, y=xn:  funksiyaları onların xassələri ətraflı şəkildə izah olunur. Çalışmalar mövzunu tam  əhatə edir. Qrafiklər aydın şəkildə verilmişdir. Ədədin kvadratı ilə hesabi kök, n-ci dərəcədən qüvvət ilə n-ci dərəcədən kök arasında əlaqə aydın şəkildə izah olunmuşdur.

V fəsildə "Triqonometrik ifadələr" onların çevrilməsindən bəhs edilir. Mövzular nisbətən çətin olduğundan bu mövzulara geniş yer verilmişdir. Triqonometrik  eyniliklər düsturlar onlardan istifadə etməklə çalışmalar həllinə aid çoxlu nümunələr verilmişdir. Bu dərslikdə hasilin cəmə çevrilməsi yarımarqument düsturları əlavə olunmuşdur. Çalışmaların çox növlü olması mövzunun daha mükəmməl mənimsənilməsinə xidmət edir. Eyniliklərin isbatına aid çalışmalar şagirdlərin məntiqi təfəkkürünün inkişafı onların analiz etmə qabiliyyətini inkişaf etdirir. Verilmiş çalışmalar mövzunu tam əhatə edir.

VI fəsil "Funksiyanın törəməsi anlayışı" adlanır. Burada törəmə haqqında anlayışlar verildikdən sonra törəmə düsturları verilir. Törəmənin hesablanmasına aid çalışmalar  verilmişdir, ancaq onların sayı azdır. Törəməyə aid on dörd düstur verildiyi halda, çalışmaların sayı on birdir. Mövzunun tam mənimsənilməsi üçün digər vəsaitlərdən istifadə zərurəti yaranır. Bu fəsildə törəmənin köməyi ilə sürətin təcilin hesablanmasına aid çalışmalar riyaziyyat fizika fənləri arasında əlaqəni əks etdirir. Bu, müasir tələblərə uyğundur.

VI fəsil sonuncu olduğu üçün bu fəsildə VI-IX sinifdə keçilmiş mövzuları yekunlaşdırmaq məqsədi ilə təkrar üçün çalışmalara geniş yer verilmişdir. Dərslik  maraqlı test tapşırıqları ilə yekunlaşdırılır.

Araşdırmaların nəticəsi olaraq təmasda olduğum bir çox müəllimlərin qənaətlərini ifadə edərək dərsliyin səviyyəsinin yüksək olduğunu qeyd etməyi özümə borc bilirəm. Fikrimcə, müəllimlər dərsliklərə aid rəy təkliflərini bildirməklə milli dərsliklərimizin daha mükəmməl olmasına xidmət etmiş olar.

 

 

Akif ŞİRİNOV

 

Azərbaycan müəllimi.- 2011.- 4 mart.- S.18.