Dünya şöhrətli alimin 90 illik yubileyi qeyd olundu

 

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər xarici dillər fakültəsində dünya şöhrətli  alim,  tətbiqi riyaziyyat informatikanın inkişafına güclü təkan vermiş, qeyri-səlis çoxluqlar qeyri-səlis məntiq, imkanlar təqribi mühakimələr kimi nəzəriyyələrin yaradıcısı Lütfi Zadənin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi konfrans keçirildi.

Tədbirdə giriş nitqi ilə çıxış edən ali məktəbin rektoru, akademik İsa Həbibbəyli alimin elmi nəticələrinin, nəzəriyyələrinin, ixtiralarının yeniliklərinin dünya şöhrətindən, Azərbaycan xalqının onunla fəxr etməsindən danışdı.

Fizika-riyaziyyat fakültəsinin dekanı, riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Tofiq Nəcəfov "Lütfi Zadənin həyatı elmi fəaliyyəti" adlı məruzəsində alimi dünya miqyasında tanıdan qeyri-səlis məntiq nəzəriyyəsindən söz açdı. Vurğulandı ki, bu gün dünyanın nüfuzlu şirkətləri foto videokameraların, paltaryuyan maşınların istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında azərbaycanlı alimin adı ilə bağlı olan qeyri-səlis məntiq texnologiyasından geniş istifadə edirlər. 

Riyazi analiz kafedrasının müdiri, riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elşad Ağayev "Lütfi Zadə dünya elminin inkişafında mühüm  rol  oynamış elmi kəşflərin müəllifidir" adlı məruzəsində alimin elm sahəsindəki xidmətlərindən fövqəladə nailiyyətlərindən, çoxlu sayda mötəbər cəmiyyətlər fondlar tərəfindən layiq görüldüyü mükafatlardan danışdı.

 Ümumi riyaziyyat kafedrasının riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent  Rövşən Həsənov "Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi qeyri-səlis məntiqin əsasıdır" adlı məruzəsində dahi alimin  qeyri-səlis məntiq nəzəriyyəsinin ona  şöhrət qazandırmaqla yanaşı yeni riyaziyyatın əsasını  qoyduğunu diqqətə çatdırdı.

Sonda  "Uzaq yaxın Lütfi  Zadə"  adlı  sənədli  filmə baxış oldu. 

 

 

Nərmin CƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2011.- 4 mart.- S.8.