"Ümumdünya Mülki Müdafiə günü"
qeyd edildi
1 mart "Ümumdünya
Mülki Müdafiə günü"
Azərbaycan Müəllimlər
İnstitutunda da qeyd edildi. Tədbiri giriş
sözü ilə institutun rektoru, millət vəkili, professor
Aqiyə Naxçıvanlı
açaraq hər il martın 1-də "Ümumdünya
Mülki Müdafiə
günü"nün
geniş şəkildə
qeyd edilməsindən, bu
günün tarixindən
və mahiyyətindən
danışdı. O, tələbələri hər bir fövqəladə hallarda ayıq-sayıq olmağa
çağırdı.
Tədbirdə
Mülki müdafiə, tibbi biliklərin əsasları və
fiziki tərbiyə kafedrasının müəllimi, mayor,
dosent Siyavuş Gözəlov "Müxtəlif xarakterli (hərbi)
fövqəladə hallarda psixoloji hazırlığın təşkili"
mövzusunda geniş məruzə ilə
çıxış etdi. O, əyani vəsait kimi videoçəkilişlərdən
fraqmentlər göstərərək tələbələrdə
böyük maraq oyatdı.
Həmin
kafedranın müəllimlərindən Faiq Manafov
"Mülki müdafiənin əsas məqsədləri, vəzifələri,
iş və mühafizə üsulları" mövzusunda
çıxış etdi. O, fərdi mühafizə vasitələrindən
R-2 tipli respiratorlarını, ondan istifadə
qaydalarını, həmçinin QP-5, QP-7 əleyhqazlarını
da göstərərək onların hansı şəraitdə
istifadə olunmalarından danışdı.
Kafedranın
müəllimi Fatma Şəmiyeva da ilk tibbi yardımlardan ətraflı
şəkildə danışdı və tələbələr
onları əyani şəkildə nümayiş etdirdilər.
Azərbaycan
müəllimi.- 2011.- 4 mart.- S.9.