Koreya Qabaqcıl
Elmlər və Texnologiyalar
İnstitutu
Yerləşir: Koreya Respublikası, Dəjeon şəhəri,
Yuseonq rayonu
Yaranma tarixi: 1971-ci il
Tipi: Dövlət
İşçi heyətinin ümumi sayı: 701 nəfər
Tələbələrin sayı: 8217 nəfər
Rəsmi saytı: www.kaist.edu
Koreya Qabaqcıl Elmlər
və Texnologiyalar İnstitutu (Korea Advanced Institute of Science and Technology
- KAIST) Cənubi Koreyanın
Dəjeon şəhərinin
Yuseonq rayonundakı Daedeok elmi şəhərciyində
yerləşir. Hazırda
bu institut Cənubi Koreyada dəqiq elmlər və texnologiyalar üzrə yüksək səviyyədə ixtisaslaşmış
kadrlar hazırlayan birinci ali
məktəbdir. Koreya Qabaqcıl
Elmlər və Texnologiyalar İnstitutu bir çox beynəlxalq proqramlarda iştirak edir, Avropa və Asiyanın beynəlxalq universitetlər şəbəkəsi
olan LAOTSE-nin üzvüdür.
Böyük Britaniyanın
"Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya
universitetlərinin reytinqinə
əsasən, Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu 100 ən yaxşı ali
məktəb arasında
69-cu yerdə olub. "Times
Higher Education World University Rankings"in və "QS World University Rankings"in
2010-cu il üzrə dünyanın
ən nüfuzlu universitetləri arasında
apardıqları araşdırmalara
əsasən, bu ali təhsil müəssisəsi 79-cu yerdə
qərarlaşıb.
Tarixi
1971-ci il fevralın
16-da Koreyada qəbul edilmiş xüsusi qanuna əsasən, elm
və texnika üzrə mütəxəssislər
hazırlayan Koreya Qabaqcıl Elmlər İnstitutu
yaradılır. Tələbələr bu ali
məktəbə xüsusi müsabiqə yolu ilə qəbul
edilirlər. Buraya qəbul olunan tələbələr hərbi
xidmətdən azad olunur, lakin məzunların
qarşısında institutu bitirdikdən sonra 5 il
Koreyanı tərk etməmək qadağası qoyulur. Bu,
ölkədən "beyin axını"nın
qarşısını almaq məqsədi ilə edilir.
1973-cü ildən institutda ilk dəfə olaraq magistr səviyyəsi
üzrə tələbələr qəbul edilir, iki il sonra avqustun 20-də isə ilk magistr diplomu
verilir. Həmin il sentyabrın 12-də
doktorantura pilləsinə ilk qəbul aparılır, 1978-ci il
avqustun 19-da isə ilk doktorluq diplomları təqdim olunur.
1980-ci illərdə Koreya Qabaqcıl
Elmlər İnstitutunun fəaliyyətində bir sıra
böyük dəyişikliklər baş verir. Əsas hadisələrdən biri 1989-cu ildə
institutun Seuldan 140 km cənubda Dəjeon şəhərində
yerləşən kampusuna köçməsi olur. 1980-ci illərin sonunda institutda xüsusi istedadlar
üçün bakalavr, magistr və doktorluq proqramları
üzrə təhsil-tədqiqat sistemi yaradılır.
İnstitutun məzunları tərəfindən təşkil
olunan "Qnix", "
2002-ci ildə institutun Milli Nano
Laboratoriyası yaradılır. 2008-ci ildən
bu ali məktəb Koreya Qabaqcıl Elmlər
və Texnologiyalar İnstitutu adlandırılır.
Universitet bu
gün
Koreya Qabaqcıl Elmlər və
Texnologiyalar İnstitutunun kampusları
Seul və Dəjeon şəhərlərində yerləşir. Ali məktəbin əsas kampusu Dəjeon şəhərindəki
Daedeok elmi-tədqiqat kompleksində - Daedeok Elmi
Parkındadır. Burada 50-dən çox
dövlət və özəl elmi-tədqiqat institutu,
universitet və yüksək texnologiyalı şirkətlər
mövcuddur. İnstitutun yerləşdiyi
Daedeok Elmi Parkı (və ya Daedeok İnnopolis) Daedeok vadisində
yerləşən dəqiq elmlər və texnologiyalar üzrə
ixtisaslaşmış institut və elmi-tədqiqat mərkəzlərindən
ibarət klasterdir. Klaster Koreya Qabaqcıl
Elmlər və Texnologiyalar İnstitutu, Çunqnam Universiteti,
Koreyanın digər aparıcı texniki universitetləri və
900-dən çox müxtəlif şirkətlərin birgə
əməkdaşlığı çərçivəsində
yaradılıb və ölkənin ən böyük elmi
parklarından biridir. Dəjeon şəhərindəki
Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun
kampusu 1432882 ì² ərazini əhatə
edir.
Koreya Qabaqcıl Elmlər və
Texnologiyalar İnstitutunun Seul şəhərindəki
kampusunda ali məktəbin Biznes Kolleci,
İnformasiyaların və medianın idarə olunması
bölmələri yerləşir. Seulda
institutun şəhərciyi 413346 ì² ərazini əhatə edir. Bu
kampusda texniki və biznes tədqiqatlarının əlaqələndirilməsi nəticəsində
daha səmərəli
nailiyyətlər əldə
olunur.
Koreya Qabaqcıl
Elmlər və Texnologiyalar İnstitutu 7 kollec, 2 məktəb,
21 departament, 3 bölmə, 6 peşə məktəbi və
10 diplomdansonrakı fənlərarası proqramını təklif
edən mərkəzdən ibarətdir.
Təbiət
Elmləri Kollecinə 3 departament - Fizika, Kimya, Riyaziyyat elmləri
departamentləri, Nanoelmlər və Texnologiyalar Ali Peşə
Məktəbi daxildir. Kollec verdiyi təhsilin
keyfiyyətində, sənayenin inkişafında, elmi-tədqiqatlarda
əldə etdiyi yeniliklərə görə bir çox yerli
və beynəlxalq mütəxəssislər tərəfindən
etibar qazanıb. Təbiət Elmləri
Kolleci ölkənin bir çox elmi-tədqiqat institutu və
şirkətləri ilə əməkdaşlıq edir,
yeni-yeni layihələrə imza atır.
Həyat Elmləri və Biomühəndislik Kolleci 2008-ci
ildə yaradılıb və biologiya elmləri, biotexnologiya,
biomühəndislik və digər həyat elmləri üzrə
tədqiqatlar həyata keçirir. Kollec Bio və
beyin mühəndisliyi, Biologiya elmləri departamentlərindən,
eləcə də Tibbi Elmlər və Texnika Ali Məktəbindən
ibarətdir. Kollecdə biologiya elmləri,
biotexnologiya sahələri üzrə orqanik birləşmələr
və digər tədqiqatlar aparılır.
Mühəndislik Kollecinə Aerokosmik Mexanika və Mühəndislik Sistemləri Məktəbi, Vətəndaş
və ekologiya mühəndisliyi, Kimya və biomolekulyar mühəndislik, Material elmləri
və texnika, Nüvə və Quanturn mühəndisliyi departamentləri, Maşınqayırma,
Aerokosmik texnika, Okean sistemi texnikası
bölmələri və
EEWS, Ço Çun Şik ali məktəbləri
aiddir. Bu müəssisələr
bir-biri ilə sıx əməkdaşlıq
edərək yüksək
səviyyəli təhsil
və geniş sistemli tədqiqatlar həyata keçirir.
İnformasiya Elmləri və Texnologiya Kolleci Elektrotexnika, Kompüter elmləri, Sənaye və sistem layihələşməsi,
İnformasiya və kommunikasiya mühəndisliyi,
Bilik mühəndisliyi
xidməti, Sənaye dizaynı departamentlərindən
ibarətdir. Kollec yeni texnologiyaların
işlənməsi və
informasiyaların birləşdirilməsi,
fənlərarası tədqiqatlar
üzrə yeni layihələr həyata keçirir, müasir intellektual xidmət vasitələri yaradır.
Kulturologiya Kollecinə Mədəniyyət və
Texnologiya, Dəqiq Elmlər və Texnologiya Siyasəti ali məktəbləri,
Humanitar və sosial elmlər departamenti aiddir. Həmin departament bu sahələr üzrə tələbələrə bir
sıra kurslar təklif edir. Mədəniyyət və Texnologiya
Ali Məktəbi Koreyanın
Mədəniyyət və
Turizm Nazirliyi ilə əməkdaşlıq
edir, habelə ölkədə mədəniyyət
işçilərinin yetişdirilməsində
əhəmiyyətli rol
oynayır.
Biznes Kolleci İdarəetmə mühəndisliyi
departamenti, Menecment, Maliyyə, İnformasiya və Media İdarəolunması
ali məktəblərindən
ibarətdir. Kollec
2006-cı ildə adları
sadalanan üç ali məktəbin
birləşməsi nəticəsində
yaradılıb. Bu məktəblər muxtariyyat
əldə etsələr
də, onların birgə əməkdaşlıq
çərçivəsində həyata keçirdikləri
tədqiqatlar daha böyük uğurlara səbəb olub.
İnnovasiyalar Kollecinə İdarəolunma
elmləri departamenti, İnnovasiya və Texnologiya Menecmenti Ali Məktəbi daxildir. Kollec yeni təhsil üsulları və tədqiqat istiqamətləri
təklif edir, elmi və texnoloji
innovasiyalara imza atır, beynəlxalq idarəetmə kompetensiyalarına
malik dünya liderləri, qlobal idarəetmə bacarıqlarına
malik sahibkarlar və s. yetişdirir.
Koreya Qabaqcıl
Elmlər və Texnologiyalar İnstitutunda
7 elmi-tədqiqat institutu
- BioCentury, İnformasiya
Texnologiyaları Konvergensiyası,
Mürəkkəb Sistemlərin
Dizaynı, Sənət
Mühəndisliyi, NanoCentury,
Eko-Enerji, Şəhər
Məkanı və Sistemlər institutları fəaliyyət göstərir.
Hər bir institut Koreya
Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun və kolleclərin nəzdində
müstəqil tədqiqat
mərkəzi kimi fəaliyyət göstərir.
Hazırda institutlarda dövlət
və özəl şirkətlərlə birgə
planlaşdırılmış 100 milyard Koreya vonu dəyərində tədqiqatlar həyata keçirilir. İntellektual mülkiyyət hüquqlarına
sahiblik baxımından
bu günədək institutlar 1591 daxili, 500 beynəlxalq şirkətlə
əməkdaşlıq edib.
Koreya Qabaqcıl Elmlər
və Texnologiyalar İnstitutunun kitabxanası
1971-ci ildə yaradılıb. Müasir üslubda inşa edilmiş kitabxananın 5 mərtəbəli binasında
istifadəçilərin rahatlığını
təmin etmək məqsədi ilə ən müasir şərait mövcuddur.
İnstitutun rəqəmsal kitabxanası
2001-ci ilin mayından istifadəyə verilib və hazırda burada 50000-dən çox tədqiqatçı çalışır. Universal xidmət təklif edən kitabxananın resurslarına 40000 elmi elektron jurnal, 3 milyona yaxın dissertasiya, verilənlər
bazası və digər materiallar daxildir. Həmin materiallardan dünyanın
istənilən nöqtəsində istifadə
etmək mümkündür.
Koreya Qabaqcıl Elmlər
və Texnologiyalar İnstitutunun prezidenti hazırda professor Nam Pio Suhdur. O, aksiomatik layihə texnologiyasının
işlənməsi üzrə
beynəlxalq nüfuza
malik şəxsdir. İnstitutun rektoru nüvə sahəsi üzrə alim Sun-Heunq Çanq, xarici əlaqələr üzrə
vitse-prezidenti isə kimyaçı-mühəndis Ci-von
Yanqdır.
Xüsusi qanunla idarə olunan institutda
muxtar və uyğunlaşan akademik sistem mövcuddur. Bu ali məktəbdə
ümumilikdə 701 nəfər professor-müəllim heyəti
çalışır. İnstitutda fəaliyyət göstərən
müəllimlərin əksəriyyəti xaricdən,
xüsusilə ABŞ-dan olan şəxslərdir. Belə ki, institutun prezidenti Nam Pio Suh
Massaçusets Texnologiya İnstitutunun məzunu olub. Ondan əvvəlki prezident Robert Laflin Stenford
Universitetinin professoru, eləcə də fizika üzrə Nobel
mükafatı laureatı, Koreya universitetlərinə rəhbərlik
edən ilk əcnəbi şəxs olub. Hazırda ali məktəbin müəllimləri
arasında 100-dən çox əcnəbi şəxs var.
Koreya Qabaqcıl Elmlər və
Texnologiyalar İnstitutunda təhsil alan tələbələrin
ümumi sayı təxminən 8217 nəfərdir. Tələbələrin 3586 nəfərini bakalavr,
qalanlarını isə doktorant və magistrantlar təşkil
edir. İnstitutda 274 nəfər əcnəbi
tələbə oxuyur. Əcnəbi tələbələrin
çoxu Asiya ölkələrindən (228 nəfər),
Avropadan (15 nəfər), Şimali Amerikadan (14 nəfər), qalanları isə
digər qitələrdəndir.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində Koreya
Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun bakalavr
pilləsində Tapdıq Oruc oğlu Dünyamalı, Səyyarə
Təhmasib qızı Hüseynova sənaye mühəndisliyi,
Tofiq Sərxan oğlu Hüseynov mexanika mühəndisliyi, Rəşad
Ramiz oğlu İsmayılzadə kompüter
proqramlaşdırması, Humay Xıdır qızı
Abdullayeva, Elxan Elmar oğlu Cabbarov, Emin Elmar oğlu Ələsgərov,
Cavid İlham oğlu Əliyev, Rəşad Əbülfəz
oğlu Əliyev, Nurlan Ramiz oğlu Həmidli, İlham Elton
oğlu İsmayılov, Cavid Ramiz oğlu İsmayılzadə,
Adikə İftixar qızı Məmmədrəhimli, Rəhman
Müxəddin oğlu Səmədzadə kompüter elmləri ixtisasları
üzrə təhsil alırlar.
Koreya Qabaqcıl Elmlər və
Texnologiyalar İnstitutunun tələbələri oxuduqları
müddətdə GPA proqramı üzrə 3 və daha
çox bal toplayarlarsa, təhsil haqqı
ödəməkdən azad olunur və təqaüd almaq
şansı qazanırlar. Bakalavr, magistratura və doktorantura
pillələrində təhsil alan tələbələrin
təqaüdləri ayda 300000 von təşkil edir. 2-3 bal toplayan tələbələr təhsil
haqqının yarısından azad edilirlər. 2-dən az bal toplayanlardan təhsil haqqının
hamısını ödəmək tələb olunur. Təhsil haqqının məbləği tələbənin
seçdiyi ixtisas, oxuduğu kollecdən asılı olaraq dəyişir.
Koreya Qabaqcıl Elmlər və
Texnologiyalar İnstitutunda semestrin əvvəlində hər
bir tələbə mütləq tibbi müayinədən
keçməli və sığortalanmalıdır. Müayinə ödənişsiz aparılır.
Əgər tələbə vaxtında
müayinədən keçməyibsə, şəxsi vəsaiti
hesabına Sun xəstəxanasına getməli, orada 30000 von
ödəyərək yoxlanılmalıdır. Əcnəbi tələbələr yataqxanada qalmaq
üçün öz ölkələrində
aldıqları sağlamlıq kağızını təqdim
etməlidirlər. Müayinələrə
əsasən qan analizi və rentgen baxışı daxildir.
İnstitutda tələbələrin
sağlam qidalanmasına xüsusi diqqət yetirilir, onların
asudə vaxtlarının səmərəli keçirilməsi
üçün lazımi şərait yaradılır. Yeməkxanalarda tələbələrə o qədər
də baha olmayan müxtəlif çeşidli xörəklər
təqdim olunur. Həmçinin ali məktəbin
kampusunda çoxlu sayda kafe və restoranlar fəaliyyət
göstərir. Burada qiymətlər çox
münasib, qidalar isə təzə və rəngarəngdir.
Kampusda müxtəlif böyük supermarketlər,
banklar, bərbərxanalar, paltar mağazaları, əyləncə
məkanları, bir sözlə, tələbə və müəllimlərin
istifadə edə biləcəyi istənilən xidmət sahəsinə
rast gəlmək olar. Kampusda yerləşən idman
zallarında tələbələr idmanın istənilən
növü ilə məşğul ola bilərlər.
İdman komplekslərində məşq otaqları, basketbol,
voleybol, badminton, futbol meydançaları, tennis kortları,
hovuzlar, saunalar, fitnes zalları, açıq stadionlar və s.
tələbələrin istifadəsindədir. Həftə
sonları açıq havada və ya qapalı zallarda müxtəlif
konsertlər, şoular, tədbirlər, canlı
çıxışlar təşkil olunur. Gənclər
təhsil aldıqları ali məktəbin
onlara təqdim etdiyi belə tələbə həyatından
xüsusi zövq alırlar.
Koreya Qabaqcıl Elmlər və
Texnologiyalar İnstitutunun yataqxanaları Dəjeon kampusunun
şimal rayonunda yerləşir. Kampusda
ümumilikdə institutun 30-a qədər tələbə
yataqxanası mövcuddur. Onların 23-ü oğlan, 4-ü qız,
2-si isə evli tələbələr üçün nəzərdə
tutulub. İnstitut
demək olar ki, bütün tələbələrini
yataqxanalarda yerləşdirmək imkanına malikdir. Yataqxananın bütün otaqlarında tələbələrin
valideynlərinə də qalmaq üçün yerlər
ayrılıb. Otaqların ölçüsü 16,5-23 m2-dir. Otağa mətbəx, vanna və əlavə
istirahət otağı daxildir. Otaqlar həmçinin
mebel və avadanlıqlarla təchiz olunur. Doktorantların
qalması üçün kampusun Guseonq Donqsan şərqi
rayonunda 7, Ureun Donqsan qərbi rayonunda isə 11 yataqxana
mövcuddur. Kampusun şərqindəki 2
yataqxana qızlar üçün nəzərdə tutulub.
Ümumilikdə bu yataqxanada 2225 tələbə
yerləşə bilər. Burada nömrələrin
ölçüsü 15,84-49,5 m2-dir. Pureun
Donqsan rayonunda 2006-cı ildə yeni yataqxana kompleksi istifadəyə
verilib. Bu kompleksdə 1000 tələbə (684
oğlan, 316 qız) yerləşdirilib. Yataqxanalarda
4-7 ay müddətində qalmaq üçün otaqların
qiyməti 344000-952000 von arasında dəyişir. Kampusdan kənarda da tələbələrin məskunlaşması
üçün mənzillər mövcuddur. Gunq-don rayonundakı yaşayış kompleksi ailəli
tələbələr üçün nəzərdə
tutulub. Burada uşaqlar üçün
oyun meydançası, yaxınlıqda uşaq
bağçası və orta məktəb yerləşir.
Ekspo Parkın yaxınlığındakı
Nuri Holl yaşayış kompleksi 2007-ci ildə istifadəyə
verilib və əcnəbi tələbələr
üçün nəzərdə tutulub. Kompleksin
hər otağına vanna və istirahət otaqları əlavə
olunub. Binanın mağazaları, məşq
və fitnes zalları, yeməkxana və kafeləri və s. mövcuddur.
Koreya Qabaqcıl
Elmlər və Texnologiyalar İnstitutu çox böyük
tarixə malik
olmamasına baxmayaraq, az bir müddətdə
böyük nailiyyətlər əldə edib. Ali
məktəbin bütün əməkdaşları və tələbələrinin
səyi nəticəsində institut dünya təhsili və
elminə mühüm nailiyyətlər bəxş edib. İnstitut xüsusi ilə hazırladığı
müxtəlif robotları ilə dünyada məşhurdur.
Ali məktəb iki şərəfli və cəsarətli
layihə - On-Line Elektrik Vasitə (OLEV) və Mobil Harbor (MH)
layihələrini həyata keçirib. Ali
məktəb bu uğurlu layihələri təqdim edərək,
2011-ci ildə dünyaya zəngin təhsil, elmi, texnoloji və
iqtisadi uğurlarını nümayiş etmək niyyətindədir. İnstitutun dəqiq
elmlər və texnologiyalar, ətraf mühit, energetika və
digər sahələr üzrə apardığı tədqiqatlar
sənayenin və cəmiyyətin sürətli
inkişafına səbəb olub. İnstitutun
professorları bir çox beynəlxalq mükafatların laureatlarıdır.
Koreya Qabaqcıl Elmlər və
Texnologiyalar İnstitutu nəhəng və dinamik elmi-tədqiqat
müəssisəsi olaraq, dünya universitetləri reytinqlərinin
ilk onluğunda yer tutmağı qarşısına məqsəd
qoyub.
Universitetin məşhur
professorları
Yunq Vunq Ra
Koreya
Mühəndisi mükafatı laureatı
Seunq Hyup Yoo İnformasiya sərgisi üzrə 9-cu Beynəlxalq
konfransın mükafatçısı
Kyunq Çeol Çoy İnformasiya sərgisi üzrə 9-cu Beynəlxalq
konfransın mükafatçısı
Kvanq Co Kim Koreyada informasiya təhlükəsizliyi sahəsində
gördüyü işlərə görə
Prezident mükafatçısı
Donq Man Li Koreya İnternet və Təhlükəsizlik
Agentliyinin mükafatçısı
Donq Yun Kim Mikrosoft Yunq Professorluq
mükafatı laureatı
Yun Kyunq Lim Mikrosoft Yunq Professorluq
mükafatı laureatı
Syu Bok Moon Alim Qadın mükafatı laureatı
Byounq Kyu Çoy Elm və texnologiya üzrə əldə
etdiyi uğurlara görə
orden sahibi
və Koreya Mühəndisi mükafatı
laureatı
Hark Hvanq Gənc Alim mükafatı
laureatı
Sanq Min Bae Uğurlu Layihə mükafatı laureatı
Sunq-Çul Şin Koreya Respublikası Milli Elmlər
Akademiyası mükafatçısı
Vohno Çho Koreya Respublikası Təhsil, Elm və
Texnologiya Nazirliyi mükafatçısı
Ki Cu Çanq Amerika Fizikləri Cəmiyyətinin üzvü
Hyotçerl Kvak Yaponiyanın Görkəmli Mühazirəçilər
mükafatı laureatı
təqdim olunan Klemson mükafatı laureatı
Cesseunq Ceonq 2009-cu il Ümumdünya
İqtisadi Forumunun
mükafatçısı
mükafatı laureatı
Hazırladı:
Lamiyə ƏLİYEVA
Azərbaycan
müəllimi.- 2011.- 11 mart.- S.10-11.