Türkiyəli professor ADU-da olub

 

Azərbaycan Dillər Universitetində türkiyəli professor Hikmet Özdemirin "1915-ci ildən erməni fəaliyyətləri"  mövzusunda mühazirəsi dinlənilib. Tələbə və müəllim heyətinin iştirak etdiyi tədbiri  giriş sözü ilə açan ADU-nun  Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev qonağı təqdim edib. Sonra çıxış edən  professor Hikmet Özdemir türk - erməni  münasibətlərindən, ermənilərin  azərbaycanlı və  türk nazirlərə qarşı etdikləri sui-qəsdlərdən danışıb. O, ermənilərin əsrlər boyu türklərə qarşı düşmənçilik siyasəti apardığını qeyd edib. Türkiyəli professor ermənilərin belə qanlı hadisələri törədərkən insanlığa zidd bütün  çirkin vasitələrdən istifadə etdiklərini bildirib. Buna  əyani sübut olaraq  professor Hikmet Özdemir  erməni vəhşiliyini əks etdirən tarixi fotoşəkillərdən ibarət slayd nümayiş etdirib.

Tədbirin sonunda  professor tələbələrin suallarını cavablandırıb.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 11 mart.- S.3.