Çexiyanın
Azərbaycandakı səfiri BSU-da olub
Bakı
Slavyan Universitetində Çexiyanın Azərbaycandakı səfiri
Radek Matula ilə görüş keçirilmişdir.
Çexiyaşünas
tələbələrin təşəbbüsü ilə təşkil
olunan tədbirdə Azərbaycan və Çexiyanın əlaqələrindən
bəhs edən qısametrajlı film nümayiş
olunmuşdur. Filmdə Çexiyanın Azərbaycanda səfirliyinin
açılması, BSU-da çex dili və mədəniyyəti
mərkəzinin yaradılması barədə süjetlər
təqdim edilmişdir.
Səfir
Radek Matula adıçəkilən mərkəzin Çexiya
və Azərbaycan arasında ikitərəfli əlaqələrin
inkişafında xüsusi rolunu vurğulamışdır. Görüşdə
tələbələr çex dilində biliklərini də
nümayiş etdirmişlər. Sonda səfir tələbələrin
Azərbaycan və Çexiya arasında mədəniyyət,
elm-təhsil, tələbə mübadiləsi mövzuları
ilə bağlı suallarını cavablandırmışdır.
Tələbələr
səfir Radek Matula ilə xatirə şəkli çəkdirmişlər.
Azərbaycan
müəllimi.- 2011.- 11 mart.- S.1.