Yaz gələr...
Yaz gələr, yenə də
qaynayar qanın,
Bizim
pəncərəyə dikilər gözün.
Mən
elə baxaram, od tutar canın,
Alışar
pərdəsi pəncərənizin.
Hələ
ki sazaqdır, hələ ki qışdır,
Hələ
ki torpaq da xalı toxumur.
Hələ
ki qar yağır, naxış-naxışdır,
Hələ
ki quşlar da nəğmə oxumur.
Mən
sənin yadına düşmürəm, neynək,
Qəmin
ağuşunda ümid bəslərəm.
Oturub
pəncərə önündəcə tək,
O
gözəl, o göyçək yazı gözlərəm.
Yaz gələr,
yenə də qaynayar qanım,
Bizim
pəncərəyə dikilər gözün.
Mən
elə baxaram, od tutar canın,
Çatlayar
şüşəsi pəncərənizin.
Məhəmməd BAHARLI
Azərbaycan müəllimi.- 2011.-
18 mart.- S.19.