Peşəyə vurğunluq istedad birləşəndə

20 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Samirə Abbasovanın "açıq dərs"i dinlənildi

 

Hazırda informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə bütün sahələrdə İKT-nin tətbiqi prosesi gedir. Dünyanın bir çox aparıcı ölkələrində olduğu kimi, Azərbaycanda da sistemli şəkildə təhsil sisteminin informasiyalaşdırılması həyata keçirilir. "Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin informasiya kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq son illər bu istiqamətdə əhəmiyyətli addımlar atılmış, respublikamızın, demək olar ki, bütün təhsil müəssisələri kompüter digər yeni texnologiya avadanlıqları, İnternet şəbəkəsi ilə təmin olunmuş, ayrı-ayrı fənlər üzrə elektron təlim materialları və əyani vəsaitlər hazırlanmış, minlərlə müəllim İKT üzrə treninqlərdən keçmişdir.

 

Lakin bu, işin yalnız bir tərəfidir. Əsas məqsəd təlim prosesində İKT-dən effektiv istifadə etməklə şagirdlərdə müasir dövrün tələblərinə uyğun bilik vərdişlər formalaşdırmaqdan ibarətdir. Sübut olunmuşdur ki, elmin əsaslarını öyrənərkən tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi təlimin effektivliyini artırır, öyrənənlərdə biliklərə müstəqil yiyələnmək, öyrənilən fənnin qanunauyğunlaqlarını proqnozlaşdırmaq qabiliyyəti aşılayır, həmçinin informasiya cəmiyyətində intellekti fəaliyyətə hazırlayır

Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasında müəllimlərin rolu olduqca böyükdür. Məhz müəllim məktəbdə informasiya texnologiyalarının əsas istifadəçisi kimi çıxış edərək yeni vasitələrlə tədrisin effektivliyini təmin etmiş olur. Faktiki olaraq təhsilin informasiyalaşdırılmasının uğuru müəllimlərin İKT sahəsində biliklərindən və bu biliklər vasitəsilə tədrisi yeni formatda qurmasından asılıdır. Buna görə də onların texnoloji hazırlığı son dərəcə mühüm əhəmiyyət kəsb edir.

Son illər ölkəmizdə müəllimlərin İKT sahəsində biliklərinin artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsində hazırda məktəblərimizdə tədris prosesini İKT-nin tətbiqi ilə quran, dərslərində interaktiv təlim üsullarından səmərəli istifadə edən novator müəllimlərin fəaliyyət göstərməsi sevindirici haldır. Onlardan biri də Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Samirə Abbasovadır. Samirə müəllim bu sahədəki bacarığını mayın 13-də keçdiyi "açıq dərs"də nümayiş etdirdi.

V "q" sinfində bütünlüklə ingilis dilində aparılan dərsin mövzusu "Ərzaq" idi. Dərsdə fəal təlimin qruplarla iş, əqli hücum, müqayisə, işgüzar səs-küy, diskussiya üsullarından bacarıqla istifadə olundu, təbiətşünaslıq, riyaziyyat və musiqi fənləri ilə inteqrasiya yaradıldı.

İKT-nin tətbiqi ilə qurulmuş dərsin bütün mərhələlərində ayrı-ayrı materillar-şəkillər, suallar, yeni sözlər, mətn, cümlələr, tapşırıqlar, dialoqlar və krossvord şagirdlərə monitorda təqdim olundu. Dərsdə iştirak edən 9 şagird "Meyvələr" və "Tərəvəzlər" adı altında 2 qrupa ayrılmışdı.

Samirə müəllim və V "q" sinfinin şagirdləri qonaqları salamladıqdan sonra dərsdə səmimi atmosferin və xoş əhvali-ruhiyyənin yaradılması məqsədilə meyvə və tərəvəzlər haqqında "Sən nəyi xoşlayırsan?" adlı mahnı oxundu. Mahnını uşaqlarla bərabər, monitorda bir-birini əvəz edən məzəli və şən personajlar da oxudu. Sonra müəllim şagirdlərlə ümumi mövzularda (havanın necə keçməsi, gündəlik iş rejimi, sağlamlığın qorunması və s.) söhbət etdi.

Bütün bunlardan sonra dərsin ilk mərhələsi-motivasiyanın yaradılması üzrə aparıldı. "Siz ərzaq almaq üçün hara gedirsiz" sualına cavab tapmaq üçün beşincilərə monitorda 4 şəkildən (muzey, park, məktəb, supermarket) ibarət test nümayiş etdirildi onlar cavabı asanlıqla müəyyən etdilər.

Növbəti mərhələdə supermarketdən nə almağın mümkün olması ilə bağlı tədqiqat aparıldı. Uşaqlar göstərilən ərzaqların adlarını tələffüz etdilər. Aydın oldu ki, oradan müxtəlif ərzaqla yanaşı, tərəvəzləri də almaq olar. Qruplar növbəti slaydda əks olunan tərəvəzlərin adlarını dedilər. Onların bir neçəsinin adını isə müəllimin köməyi ilə öyrəndilər və beləliklə, bu dərsdə şagirdlər 4 yeni sözlə tanış oldular. Bundan başqa, beşincilər "yemək" felinin müxtəlif şəkillərdə işlənməsini və "şorba" sözünü öyrəndilər. Sonrakı slaydlarda yeni sözlərə aid şəkillər nümayiş etdirildi onlara aid cümlələr verildi. Uşaqlar bu cümlələrin düzgün yazılışına diqqət yetirdilər və ucadan oxuyaraq dəqiq tələffüz etməyi öyrəndilər. Müəllimin təklifi ilə onlar bu sözlərə aid özləri cümlələr qurdular maraqlı fikirlər səsləndirdilər.

Dərsin növbəti mərhələsində şagirdlər göstərilən şəkildə meyvə və tərəvəzlərin adlarını dedilər və müəllimin bunlara aid oxuduğu sualları cavablandırdılar. Verilən informasiyadan aydın oldu ki, kim hansı meyvə və ya tərəvəzi xoşlayır, onların valideynləri dünən supermarketdən nə alıb və s.

Sonrakı slaydda bu dərsdə yeni öyrənilən söz söz birləşmələrinin işləndiyi "Supermarket" adlı mətn verildi. Samirə müəllim mətndəki hər cümləni bir şagirdə oxutdurduonlar mətnə aid verilən sualları cavablandırdılar.

Sonrakı "Bilirsinizmi?" slaydında ingilislərin qidalanmasına aid informasiya beşincilərin diqqətinə çatdırıldı. Onlar ingilislərin gündə neçə dəfə, saat neçədə yemək yediklərini, sıyığı xoşlamadıqlarını, çörəyi yalnız şorba ilə yediklərini öyrəndilər. Sonra sorğu vasitəsilə azərbaycanlıların və ingilislərin yemək saatları, ən çox ilə qidalandıqları, nəyi daha çox xoşladıqları müzakirə olunaraq müqayisələr aparıldı.

Samirə Abbasova dərsin ümumiləşdirmə mərhələsində qruplara bir neçə tapşırıq verdi. Birinci tapşırıqda təqdim olunan tərəvəzlərə uyğun rəngləri seçmək tələb olunurdu. Beşincilər bu tapşırığın öhdəsindən tez gəldilər hər qrupdan bir nümayəndə cavabı yazılı şəkildə müəllimə təqdim etdi. Samirə müəllim daha çox aktiv olan, çeviklik sıx əməkdaşlıq nümayiş etdirən qrupu ulduzla mükafatlandırdı. Ümumiyyətlə, hər bir tapşırıqdan sonra fərqlənən qrupa ulduz təqdim olunurdu bu da qruplar arasında yarış ab-havasının yaranmasına səbəb olurdu. Qrup üzvləri tapşırıqları daha tez həll etməyə çalışsalar da, səhvsiz yerinə yetirilməsinə və cavabların düzgün olmasına ciddi fikir verirdilər. Qeyd etmək lazımdır ki, Samirə Abbasova dərsboyu şagirdlərin daha fəal olmasına xüsusi diqqət yetirirdi. O, uşaqlara müəyyən məsələ ilə bağlı istiqamət verir, sonra isə müstəqil işləmələri üçün şərait yaradırdı. Müəllim şagirdlər arasında fikir mübadiləsinə, şagirdin verdiyi cavaba yoldaşlarının əlavələr etməsinə çalışırdı. Bu da cavabların daha dolğun, nəticələrin daha ətraflı dəqiq alınmasına səbəb olurdu. O, obyektivliyin təmin olunması məqsədilə qiymətləndirmə prosesində şagirdlərin də iştirakını təmin edir qiymətləndirməni onların fikirlərini nəzərə almaqla aparırdı.

Növbəti tapşırıqda verilən 6 cümlədə sözlər qarışıq yazılmışdı. Uşaqlar sözlərin yerini müəyyən edərək cümləni düzgün qurdular.

Bu dərsin əsas məqsədi yeni sözləri öyrətməklə şagirdlərin ingilis dilində danışıq bacarığını inkişaf etdirmək olsa da, Samirə müəllim əvvəllər öyrədilən qrammatik biliklərin möhkəmləndirilməsinə də səy göstərirdi. Bu dərsdə şagirdlər felə aid bir neçə tapşırıq yerinə yetirdilər. Belə tapşırıqlardan biri kimi qaydalı və qaydasız felləri seçərək 2 sütunda yerləşdirdilər. Daha sonra verilən felləri inkarda işlətdilər.

Növbəti slaydda monitorda müxtəlif meyvə-tərəvəz və 2 boş səbət göründü. Hər qrup öz adına uyğun meyvə tərəvəzi seçərək boş səbətə yerləşdirdi.

Digər bir tapşırıqda şagirdlər ərzağı soyuducuya yığmalı idilər. Onlar bu işi bacarıqla yerinə yetirdilər və adlarını deməklə müxtəlif ərzaq məhsullarını soyuducuya qoydular. Uşaqlar müəllimin sualına cavab olaraq bildirdilər ki, gül, maşın, dovşan, torşer kompüter ərzaq olmadığı üçün qıraqda qaldı.

Növbəti tapşırıq isə məktəblilərin daha çox marağına səbəb oldu onlar bu işi çox həvəslə yerinə yetirdilər. Slaydda "A" "B"-nin dialoqu verildiqruplara bu dialoqu tamamlamaq tapşırıldı. Həmin işi yerinə yetirərkən qrup üzvləri arasında böyük canlanma yarandı. Hər bir şagird yeni sözlərdən istifadə etməklə öz versiyasını təklif edirdi müzakirə əsasında dialoqu davam etdirmək üçün daha çox məntiqi, eyni zamanda maraqlı və məzəli cümlələr seçilirdi. Beləliklə, dialoqu daha yaxşı quran qrup sonda ulduz qazandı.

Beşincilər dərsdə daha sonra yeni öyrəndikləri söz söz birləşmələrindən istifadə etmək, onları cümlələrdə işlətmək və suallara cavab verməklə bir neçə tapşırığı da yerinə yetirdilər.

Dərsin yaradıcı tətbiqetmə mərhələsində şagirdlərə krossvord təqdim olundu. Uşaqlar krossvordu düzgün həll edərək sözləri tapandan sonra qarşıya qoyulmuş əsas məqsədə nail oldular lövhədə "tərəvəz" sözü alındı.

Samirə müəllim öz müşahidələrinə əsasən şagirdləri fəaliyyətlərinə görə qiymətləndirdi və ev tapşırığı verdi. Beşincilərə bu dərsdə yeni öyrəndikləri sözləri, söz birləşmələrini feli işlətməklə dialoq qurmaq tapşırıldı.

Dərsin sonunda "Supermarket" adlı mahnı səsləndi.

Dərs başa çatdıqdan sonra müzakirəsi aparıldı. Dərsi dinləyən müəllimlər öz çıxışlarında Samirə Abbasovanın və şagirdlərin yüksək səviyyədə hazırlıqlı olduqlarını, müəllimin öz məqsədinə çatdığını, şagirdlərin mövzu ilə bağlı fikirlərini ingilis dilində ifadə etməyə nail olduqlarını, tapşırıqların öhdəsindən bacarıqla gəldiklərini bildirdilər. Dərsdə İKT-dən və interaktiv təlim üsullarından geniş istifadə olunması və fənlərarası inteqrasiyanın yaradılması müsbət hal kimi dəyərləndirildi.

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2011.- 20 may.- S.10.