2011-ci il üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

 

Stokholmda İsveç Nobel Komitəsi 2011-ci il üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Bu barədə Nobel Komitəsi məlumat yayıb. Fiziologiya və təbabət sahəsində  Nobel mükafatına professorlar Bryüs Boytler (Amerika), Ralf Ştaynman (Kanada) və Jül Xofman (Lüksemburq) layiq görülüblər. Karolina Tibb İnstitutundan verilmiş məlumata əsasən onlar immunologiya, xüsusən anadangəlmə immunitet sahəsində inqilabi araşdırmalarına görə Nobel mükafatına sahib çıxıblar.  Ənənəyə uyğun olaraq təbabət və fiziologiya üzrə qaliblər Stokholmdakı dünyanın ən yaxşı tibb universitetlərindən biri hesab olunan  Karolina İnstitutunun 50 professoru tərəfindən müzakirə olunaraq dəstəklənib. Jül Xofman anadangəlmə immunitetdə Toll geninin mühüm rolunu kəşf edib. Bryüs Boytler Toll-a bənzər reseptorları tədqiq edib. Ralf Ştaynman dendrit hüceyrələrin başlıca roluna dair araşdırmalarına görə mükafata layiq görülüb.  Alimlər araşdırmaları ilə infeksiya xəstəliklərilə mübarizə sahəsində inqilabi metodların yaradılmasına təkan veriblər. Professorlar Boytler Xofman orqanizmin ön müdafiə xətti olan immun sisteminin aktivləşdirilməsi sahəsində araşdırmalar aparıblar. Professor Ştaynman isə infeksiya xəstəliklərinə dentritik hüceyrələrin köməyi ilə üstün gəlmək yolunu kəşf  edib.  Xatırladaq ki, builki Nobel mükafatının həcmi, həmişə olduğu kimi, 10 milyon İsveç kronudur (1,4 milyon ABŞ dolları). Mükafatın təqdim olunması mərasimi dekabrın 10-da Stokholmda keçiriləcək.  Anadangəlmə immunitet - bu, canlı orqanizmlərin hətta əvvəllər heç bir vaxt kontaktda olmadıqları patogen hüceyrələri aşkar etmək onları zərərsizləşdirmək qabiliyyətidir. Təkamül nöqteyi-nəzərdən bu, ən qədim sistemdir bütün çoxhüceyrəli heyvan bitki orqanizmlərində mövcuddur.

 

Təbabət fiziologiya üzrə qaliblər 

 

 Jül Xofman 1941-ci ildə  Lüksemburqda anadan olub, Fransa Elmlər Akademiyasının (2007-2008-ci illər) sabiq prezidentidir.  1964-cü ildən CNRS sistemində çalışır. 1996-cı ildə drozofilləri tədqiq edən alim Toll geninin anadangəlmə immun sistemində rolunu kəşf edib. Xofmanın kəşfi 1995-ci ildə Nobel mükafata layiq görülmüş almaniyalı professor Kristian Nuslyn-Folxardın işlərinə əsaslanır.

 Bryüs Boytler 1957-ci ildə Amerikada anadan olub, Kaliforniyadakı Skripps İnstitutunun genetika bölməsinin rəhbəridir.1998-ci ildəki Toll-a bənzər reseptorlara həsr olunmuş işlərinə görə Nobel mükafatına layiq görülüb. Siçanlar üzərində tədqiqatlar aparan alim müəyyən edib ki, drozofil təkhüceyrəlilər oxşar anadangəlmə immun mexanizminə malikdirlər. Boytlerin kəşfi növlü immunitetin tədqiqatında sıçrayışa səbəb olub hazırda insan siçan orqanizmlərində çoxlu miqdarda Toll reseptorları tapılıb ki, onlar zərərli bakteriya molekullarına təsir edirlər.

 Ralf Ştaynman 1943-cü ildə Kanadada anadan olub, Amerikadakı Rokfellər Universitetinin professorudur. Qeyd edək ki, tibb üzrə  2011-ci ildə Nobel mükafatı laureatı adına layiq görülmüş Ralf  Ştaynman sentyabrın 30-da vəfat edib. Bu xəbəri ABŞ-ın Rokfeller Universitetinin rəsmi nümayəndəsi bildirib. Həkimlər 2 il bundan əvvəl alimin  mədəaltı vəzisində xərçəng xəstəliyi aşkar ediblər.  Xatırladaq ki, Nobel Komitəsinin nizamnaməsinə görə, heç bir alimə ölümündən sonra Nobel mükafatı verilmir. Komitə Ştaynmanın ölümündən xəbərsiz olduğunu açıqlayıb. Ştaynmanın ölüm xəbərindən Komitə 3 gün sonra xəbərdar olub. Beləliklə Ştaynmanın Nobel mükafatına layiq görülməsinə dair qərar qüvvədə qalıb. Nobel Komitəsinin baş katibi Qoran Xansson Ştaynmanla bağlı olan vəziyyəti unikal situasiya adlandırıb. Çünki alim  Nobel mükafatı ilə təltif olunmasına dair qərarın qəbul olunmasına bir neçə saat qalmış dünyasını dəyişib.  

 

Fizika üzrə qaliblər  

   

Oktyabrın 4-də Stokholmda fizika sahəsində Nobel mükafatı qaliblərinin adları açıqlanıb.  Amerikalı alimlər Sol Perlmutter Adam Rayss, həmçinin avstraliyalı Brayan Şmidt kosmologiya sahəsində işlərinə görə bu mükafata layiq görülüb. Fizika üzrə Nobel mükafatının məbləği 1,44 milyon dollardır. Mükafatın tam yarısı Sol Perlmutterə çatacaq, digər yarısı isə Brayan Şmidtlə Adam Rayss arasında bölünəcək.

 

Sol Perlmutter 1959-cu ildə Amerikanın İllinoys ştatında, Urbana şəhərində anadan olub. O, Kaliforniya Universitetinin astrofizika professorudur. 

 Adam Rayss 1969-cu ildə Vaşinqtonda anadan olub.  O, Baltimordakı Kosmik Teleskopiya Elmi-Tədqiqatlar İnstitutunun Con Hopkins Universitetinin  astronomiya fizika professorudur.

 Brayan Şmidt  Amerika Avstraliya vətəndaşıdır. O, 1967-ci ildə ABŞ-ın  Montana ştatının Missule şəhərində anadan olub. Hazırda Avstraliya Milli Universitetində çalışır.

 

 Kimya üzrə qalib 

   

 Oktyabrın 5-də Nobel Komitəsi kimya üzrə ən mötəbər elmi mükafata İsrail alimi Daniel Şextmanı kvazikristalları kəşf etdiyinə görə layiq görüb. Mükafatın həcmi on milyon İsveç kronudur (1,4 milyon ABŞ dolları). Kvazikristallar adi kristal amorf maddələr kimi bərk maddələrin struktur formalarından biridir. 70 yaşlı alim bu xəbəri böyük sevinclə qarşılayıb.

 

Xarici mətbuat materialları əsasında hazırladı: Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2011.- 7 oktyabr.- S.14.