Naxçıvan Özəl Universiteti Beynəlxalq Sokrat mükafatına layiq görülüb

 

Dekabrın 12-də Böyük Britaniyanın Oksford şəhərində keçiriləcək Oksford Liderlər Sammiti çərçivəsində "İnternational Socrates Award Ceremony" mükafatının təqdimat mərasimi keçiriləcək.

Təqdim ediləcək "İnternational Socrates Award Ceremony" mükafatının laureatları arasında Naxçıvan Özəl Universitetinin rektoru, professor İsmayıl Əliyev də olacaqdır. O, bu mükafata Beynəlxalq Sokrat Komitəsinin  qərarı ilə  işgüzar fəaliyyətinə görə layiq görülmüşdür.

Bundan başqa, Oksford Liderlər Sammiti çərçivəsində Naxçıvan Özəl  Universitetinə də qabaqcıl ali təhsil ocaqları sırasında  olduğundan, eləcə də səmərəli fəaliyyətinə görə  Avropanın nüfuzlu mükafatlarından olan "UNİTED EUROPE AWARD" orden nişanı təqdim olunacaqdır.

Onu da qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov da mükafata layiq görülənlər arasındadır.

 

 

Nuray ƏSGƏROVA

 

Azərbaycan müəllimi.- 2011.- 14 oktyabr.- S.7.