ADA Kitab Mərkəzi ispan dilində film gecəsi keçirib

 

Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzi "Azərbaycan-Latın Amerikası Gəncləri" İctimai Birliyi (ALAG) ilə birlikdə "İspan dilində film gecəsi-mədəniyyətlərarası dialoq" layihəsinə start vermişdir.

ADA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, layihə ispan dilində filmin nümayişindən ibarətdir.

Tədbir iştirakçılarına 2010-cu ildə "Ən yaxşı xarici film" nominasiyasında Oskar mükafatı qazanmış "Gözlərindəki sirr" Argentina filmi təqdim edilmişdir. Rejissoru Xuan Xose Kampanella olan filmdə baş rollarda Rikardo Darin, Soledad Villamil Pablo Rago çəkilmişlər. İspan dilində nümayiş olunan filmin bütün mətni ingilis dilində subtitrlərlə verilmişdir.

Filmin nümayişindən əvvəl ADA Kitab Mərkəzi ALAG İctimai Birliyi haqqında qısa təqdimat olmuş, iştirakçılara nümayiş etdiriləcək filmin süjet xətti, janrı, aktyor heyəti barədə qısa məlumat verilmişdir. Layihənin əsas məqsədi gənclərin dil bacarıqlarını mədəniyyətlərarası dialoqu xarici dil əsasında praktiki şəkildə inkişaf etdirməkdir.

Özünəməxsusluğu ilə ədəbi ictimaiyyətin görüş məkanına çevrilmiş ADA Kitab Mərkəzi bu il aprelin 22-dən fəaliyyət göstərir. Mərkəzin yaradıcı, müasir üslublu dizaynı, geniş çeşiddə Azərbaycan, rus ingilis dillərində kitabları bütün oxucuların diqqətini cəlb edir.

Qeyd edək ki, ALAG İctimai Birliyi gənclərimizin xarici dilə, xüsusilə ispan portuqal dillərinə mükəmməl yiyələnmək, Azərbaycan ilə Latın Amerikası gəncləri arasında ünsiyyətin artırılması, ispandilli ölkələrlə dostluq əlaqələrinin qurulması məqsədi ilə fəaliyyət göstərir. 

  

 

 Azərbaycan müəllimi.- 2011.- 28 oktyabr.- S.21.