Xızı Qusar rayonlarının ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili

  

Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında şimal rayonlarının (Xızı, Siyəzən, Xaçmaz, Şabran, Quba və  Qusar) keyfiyyət və müvəffəqiyyət göstəriciləri aşağıdakı cədvəldə verilmişdir.

 Cədvəldən göründüyü kimi, keyfiyyət göstəricisinə görə ilk yeri Xızı, son yeri isə Qusar rayonu tutur. Bu nömrədə biz Xızı və Qusar rayonları ümumtəhsil məktəblərinin keyfiyyət göstəricilərinə görə nəticələri, bu nəticələrin keçən il ilə müqayisəli təhlili, keyfiyyət və müvəffəqiyyət göstəricilərinin qarşılıqlı vəziyyəti, müxtəlif fənlərin mənimsənilmə səviyyəsi barədə məlumatları oxuculara təqdim edirik.

2009-2010-cu dərs ilində Xızı rayonunun 8 tam orta ümumtəhsil məktəblərində 164 şagird təhsil almışdır. Onların 163 nəfəri (99,39%) buraxılış imtahanlarında iştirak etmiş və 160 nəfəri (98,16%) yekun nəticəyə görə attestat almışdır. Buraxılış imtahanlarında iştirak edən 163 şagirddən  97 nəfəri oğlanlar, 66 nəfəri isə qızlardır. Şagirdlərin hamısı Azərbaycan bölməsində təhsil almışdır. Rayon üzrə  bütün fənlərdən "5" və yaxud "2"  qiymət alan şagird yoxdur. Rayonun  Fındağan kənd orta məktəbindən 12 şagirdə (7,36%) xarici dil tədris olunmur.

2009-2010-cu dərs ilində Qusar rayonunun 47 tam orta ümumtəhsil məktəblərində 1161 şagird təhsil almışdır. Onların 1152 nəfəri (99,22%) buraxılış imtahanlarında iştirak etmiş və 921 nəfəri (79,95%) yekun nəticəyə görə attestat almışdır. Buraxılış imtahanlarında iştirak edən 1152 şagirddən  598 nəfəri oğlanlar, 554 nəfəri isə qızlardır. Şagirdlərin 773-ü Azərbaycan bölməsinin, 379 nəfəri isə rus bölməsinin şagirdidir. Rayon üzrə bir şagird (Qusar şəhər 3 nömrəli məktəbdən) bütün fənlərdən "5" qiymət, 3 nəfər şagird (Samur, Kuzun, Quxur oba  kənd orta məktəblərinin hərəsindən bir nəfər) isə bütün fənlərdən "2" qiymət almışdır. Rayonun 9 məktəbində (19,15%) şagird sayı 10 nəfərdən azdır. Rayon üzrə Qənərçay, Şirvanovka, Xuray, Yuxarı Zeyxur, Zindan Muruq və Əcəxur kənd orta məktəblərində 92 şagirdə (7,99%) xarici dil tədris olunmur.

Xızı rayonunun səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin respublika üzrə göstəricilərlə müqayisəsi aşağıdakı diaqramdan aydın görünür. Göründüyü kimi, bütün  fənlərdən keyfiyyət göstəriciləri respublika üzrə göstəricilərdən yuxarıdır.

Qusar rayonunun səkkiz fənn üzrə göstəriciləri isə respublika üzrə göstəricilərlə müqayisədə aşağıdır. Bu, aşağıdakı diaqramdan da aydın görünür.

2008-2009 və 2009-2010-cu dərs illərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında Xızı rayonunun səkkiz fənn üzrə  keyfiyyət göstəricilərinin müqayisəli təhlili aşağıdakı diaqramda verilmişdir:

Ana dili, fizika, biologiya fənlərindən az da olsa geriləmənin olduğuna baxmayaraq, əksinə riyaziyyat, Azərbaycan tarixi, kimya, coğrafiya və xarici dil fənlərindən yüksəlişin olduğu nəzərə çarpır. Ümumilikdə rayonun yekun keyfiyyət göstəricisi 2008-2009-cu dərs ilinə nisbətən  54,02%-dən 56,70%-ə qalxaraq 2,68% artmışdır.

2008-2009 və 2009-2010-cu dərs illərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında səkkiz fənn üzrə  Qusar rayonunun keyfiyyət göstəricilərinin müqayisəli təhlili isə aşağıdakı diaqramda verilmişdir:

Göründüyü kimi, fizika fənnindən az da olsa geriləmənin olduğuna baxmayaraq, əksinə ana dili, riyaziyyat, Azərbaycan tarixi, kimya, coğrafiya, biologiya və xarici dil fənlərindən yüksəlişin olduğu nəzərə çarpır. Ümumilikdə rayonun yekun keyfiyyət göstəricisi 2008-2009-cu dərs ilinə nisbətən  33,34%-dən 37,03%-ə qalxaraq 3,69% artmışdır.

2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında Xızı rayonunun fənlər üzrə yekun göstəriciləri

Fənlər üzrə yekun göstəricilərə nəzər saldıqda rayonda Azərbaycan tarixi, riyaziyyat və coğrafiya fənlərinin digər fənlərə nisbətən daha yaxşı tədris olunduğu müşahidə olunur. 

2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında Qusar rayonunun fənlər üzrə yekun göstəriciləri

Fənlər üzrə yekun göstəricilərə nəzər saldıqda rayonda kimya, riyaziyyat və coğrafiya fənlərinin digər fənlərə nisbətən daha yaxşı tədris olunduğu müşahidə olunur.

Xızı rayonu tam orta ümumtəhsil məktəblərinin buraxılış imtahanlarının nəticələrinə görə keyfiyyət və reytinq göstəricilərinin müqayisəli təhlili aşağıdakı cədvəldə verilmişdir:

Cədvəldən göründüyü kimi, Yeni Yaşma kənd orta məktəbi reytinq cədvəlində 6-cı yeri tutduğu halda, keyfiyyət cədvəlində həmin məktəb 4-cü yeri tutur. Bu isə o deməkdir ki, Yeni Yaşma kənd orta məktəbinin şagirdləri daha çox suala düzgün cavab verərək yüksək qiymətlər alıblar. Əksinə,  Xızı qəsəbə R.İsmayılov adına orta məktəb reytinq cədvəlində 3-cü yeri tutduğu halda, keyfiyyət cədvəlində həmin məktəb 5-ci yeri tutur.

Keyfiyyət göstəricisinə görə, məktəblərin sıralanmasında ilk və son yerləri tutan məktəblərin göstəriciləri  aşağıdakı kimidir:

Altıağac qəsəbə A.Abdullayev adına orta məktəbdən 9 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 14,56 suala  (58,22%), riyaziyyatdan 16,89 suala (67,56%), Azərbaycan tarixindən 10,44 suala  (69,63%), fizikadan 5,00 suala (50,00%), kimyadan 6,33 suala  (63,33%), biologiyadan 6,33 suala  (63,33%), coğrafiyadan 6,56 suala  (65,56%), xarici dildən isə 7,56 suala (50,37%) düzgün cavab vermişdir.

Fındığan kənd orta məktəbindən 12 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 12,58 suala  (50,33%), riyaziyyatdan 13,33 suala  (53,33%), Azərbaycan tarixindən 8,83 suala (58,89%), fizikadan 4,92 suala  (49,17%), kimyadan 5,17 suala  (51,67%), biologiyadan 5,17 suala (51,67%), coğrafiyadan isə 5,58 suala  (55,83%) düzgün cavab vermişdir. Fındığan kənd orta məktəbində xarici dil tədris olunmur.

Məktəblərin 8 fənn üzrə göstəricilərinin rayon göstəriciləri ilə müqayisəli təhlili aşağıdakı qrafiklərdə  daha aydın görünür.

Xızı rayonu və Altıağac qəsəbə orta məktəbinin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Xızı rayonu və Fındığan kənd orta məktəbinin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Qusar rayonu tam orta ümumtəhsil məktəblərinin buraxılış imtahanlarının nəticələrinə görə keyfiyyət və reytinq göstəricilərinin müqayisəli təhlili aşağıdakı cədvəldə verilmişdir:

 Cədvəldən göründüyü kimi, Qusar şəhər 6 nömrəli orta məktəbi reytinq cədvəlində 11-ci yeri tutduğu halda, keyfiyyət cədvəlində həmin məktəb 4-cü yeri tutur. Bu isə o deməkdir ki, həmin məktəbin şagirdləri daha çox suala düzgün cavab verərək yüksək qiymətlər alıblar. Əksinə,  Piral kənd orta məktəbi reytinq cədvəlində 2-ci yeri tutduğu halda, keyfiyyət cədvəlində həmin məktəb 8-ci yeri tutur.

Keyfiyyət göstəricisinə görə, məktəblərin sıralanmasında ilk və son yerləri tutan məktəblərin göstəriciləri  aşağıdakı kimidir:

Qusar şəhər 1 nömrəli orta məktəbindən 31 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird Ana dilindən 11,94 suala  (47,74%), riyaziyyatdan 13,32 suala  (53,29%), Azərbaycan tarixindən 7,65 suala  (50,97%), fizikadan 5,10 suala  (50,97%), kimyadan 5,77 suala  (57,74%), biologiyadan 5,10 suala  (50,97%), coğrafiyadan 5,42 suala  (54,19%), xarici dildən isə 7,35 suala  (49,03%) düzgün cavab vermişdir.

Qənərşay kənd orta məktəbindən 4 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird Ana dilindən 4,00 suala  (16,00%), riyaziyyatdan 3,75 suala  (15,00%), Azərbaycan tarixindən 1,75 suala (11,67%), fizikadan 2,00 suala  (20,00%), kimyadan 1,25 suala (12,50%), biologiyadan 2,75 suala  (27,50%), coğrafiyadan isə 1,00 suala  (10,00%) düzgün cavab vermişdir. Qənərçay kənd orta məktəbində xarici dil tədris olunmur.

Məktəblərin 8 fənn üzrə göstəricilərinin rayon göstəriciləri ilə müqayisəli təhlili aşağıdakı qrafiklərdə  daha aydın görünür.

Qusar rayonu və Qusar şəhər 1 nömrəli orta məktəbinin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Qusar rayonu və Qənərçay kənd orta məktəbinin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Xızı rayonu ümumtəhsil məktəblərində 8 fənnin əlamətlər üzrə keyfiyyət göstəriciləri

Cədvəldən göründüyü kimi, orta statistik şagird rayon üzrə Ana dili fənnindən sualların 54,63%-nə düzgün cavab vermişdir. Qızların düzgün cavabları 56,00%, olmuşdur, bu da rayon göstəricisindən yuxarıdır. Əksinə, oğlanların göstəriciləri rayon göstəricisindən aşağıdır. Aşağıdakı diaqramda oğlanların və qızların səkkiz fənn üzrə keyfiyyət göstəricisinin müqayisəsi verilmişdir. Göründüyü kimi, riyaziyyatdan  başqa bütün  fənlərdən qızların keyfiyyət göstəriciləri oğlanların keyfiyyət göstəricilərindən daha yaxşıdır.

Cədvəldən göründüyü kimi, orta statistik şagird rayon üzrə Ana dili fənnindən sualların 35,66%-nə düzgün cavab vermişdir. Qızların düzgün cavabları 38,99%, rus bölməsinin düzgün cavabları isə 39,16% olmuşdur, bu da rayon göstəricisindən yuxarıdır. Əksinə, Azərbaycan bölməsinin və oğlanların göstəriciləri rayon göstəricisindən aşağıdır. Aşağıdakı diaqramda oğlanların və qızların səkkiz fənn üzrə keyfiyyət göstəricisinin müqayisəsi verilmişdir. Göründüyü kimi,  bütün  fənlərdən qızların keyfiyyət göstəriciləri oğlanların keyfiyyət göstəricilərindən daha yaxşıdır.

Azərbaycan və rus bölmələri üzrə keyfiyyət göstəricilərinə nəzər saldıqda  aydın görünür ki, Azərbaycan bölməsinin şagirdləri yalnız  xarici dil fənnindən yüksək göstəriciyə malikdirlər, qalan bütün fənlərdən isə rus bölməsinin keyfiyyət göstəriciləri  daha yaxşıdır.

Xızı rayonunda 2008-2009 və 2009-2010-cu dərs illərində səkkiz fənni qiymətlər üzrə müqayisə etdikdə "2" qiymət alanların faiz göstəricilərinin ana dilindən 0,05%, kimyadan 1,27%, coğrafiyadan 0,72%  və xarici dildən 1,42% artdığını görmək olar. Lakin "2" qiymət alanların sayı Azərbaycan tarixindən 0,57%, riyaziyyatdan 4,12%, fizikadan 2,85%, biologiyadan 1,05%, artmışdır. Ümumiyyətlə, "2" qiymət alanların artım faizlərinin yüksək olması öz növbəsində keçən il ilə müqayisədə müvəffəqiyyət faizinin 1,24% aşağı düşməsinə səbəb olmuşdur. Belə ki, 2008-2009-cu dərs ilində 171 şagirddən 169 nəfəri imtahanlarda iştirak etmiş və bunlardan 140-ı, yəni 82,84%-i, 2009-2010-cu dərs ilində isə 164 şagirddən 163 nəfəri imtahanlarda iştirak etmiş və bunlardan 133-ü, yəni 81,60%-i müvəffəqiyyət qazanmışdır. Aşağıdakı cədvəlin köməyi ilə digər qiymətlərə görə də iki ilin müqayisəli təhlilini aparmaq olar.

Qusar rayonunda 2008-2009 və 2009-2010-cu dərs illərində səkkiz fənni qiymətlər üzrə müqayisə etdikdə "2" qiymət alanların faiz göstəricilərinin ana dilindən 5,99%, riyaziyyatdan 10,52%, Azərbaycan tarixindən 6,10%, kimyadan 5,20%, biologiyadan 4,92%, coğrafiyadan 5,90% və xarici dildən 0,06% azaldığını, fizikadan isə 0,11% artdığını görmək olar. Ümumiyyətlə, yeddi fəndən "2" qiymət alanların sayının azalması öz növbəsində keçən il ilə müqayisədə müvəffəqiyyət faizinin 10,99% artmasına səbəb olmuşdur. Belə ki, 2008-2009-cu dərs ilində 1338 şagirddən 1330 nəfəri imtahanlarda iştirak etmiş və bunlardan 438-i, yəni 32,93%-i, 2009-2010-cu dərs ilində isə 1161 şagirddən 1152 nəfəri imtahanlarda iştirak etmiş və bunlardan 506-ı, yəni 43,92%-i müvəffəqiyyət qazanmışdır. Aşağıdakı cədvəlin köməyi ilə digər qiymətlərə görə də iki ilin müqayisəli təhlilini aparmaq olar.

 

 

Nadir MƏMMƏDOV

 

Azərbaycan müəllimi.- 2011.-  7 yanvar.- S.7-9.