"Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2010-cu il tarixli, 235 nömrəli qərarının icrası barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

  

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2010-cu il tarixli, 235 nömrəli qərarını elan edirəm:

 

"Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

QƏRAR N 235

 

Bakı şəhəri, 14 dekabr 2010-cu il

 

"Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin elmi təşkilatların Siyahısı"nın təsdiq edilməsi haqqında

 

"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarına əsasən aidiyyəti nazirlik, komitə və təşkilatların təkliflərini və Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəylərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti 

 

QƏRARA ALIR:

 

1. "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

A.RASİZADƏ,

Azərbaycan Respublikasının Baş naziri"

 

Qərarın icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nın təsdiq edilməsi haqqında" 14 dekabr 2010-cu il tarixli, 235 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin.

2. Təhsil Nazirliyinin Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın:

2.1. Ali təhsil müəssisələrinin doktoranturaya qəbul dissertantların təhkim olunma planlarının layihələrini Nazirlər Kabinetinə təqdim etmək məqsədilə qısa müddət ərzində hazırlasın.

2.2. İqtisadiyyat şöbəsi (Ş.Əliyev)  ilə birlikdə doktorantura dissertantura üzrə təhsil haqları barədə ali təhsil müəssisələrinin təkliflərinə baxılsın müvafiq qurumlara təqdim etmək məqsədilə təkliflər hazırlasın.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində, "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını nazirliyin "web" saytında yerləşdirilməsini təmin etsin.

4. Ümumi şöbə (H.Məhərrəmova) əmrin çoxaldılaraq təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət təhsil nazirinin müavini İ.Hüseynovaya həvalə edilsin.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

5 yanvar 2011-ci il

 

Azərbaycan müəllimi.- 2011.- 14 yanvar.- S.2.