İsmayıllı Peşə Tədris Mərkəzinin yaradılması haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 "İsmayıllı Peşə Tədris Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarını elan edirəm:

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

QƏRAR N 239

 

Bakı şəhəri, 17 dekabr 2010-cu il

 

İsmayıllı Peşə Tədris Mərkəzinin yaradılması haqqında

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış təklifini nəzərə alaraq,  turizm xidmət sahələri üçün ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin İsmayıllı peşə məktəbi ləğv edilsin Azərbaycan Respublikası Təhsil Nazirliyinin İsmayıllı Peşə Tədris Mərkəzi yaradılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli 116 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Peşə məktəbi peşə liseyi statusu verilən təhsil müəssisələrinin Siyahısı"nın "Peşə məktəbləri" bölməsinin "Respublikanın rayonları üzrə" hissəsindən "İsmayıllı peşə məktəbi 138" sözləri rəqəmi çıxarılsın.

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

A.RASİZADƏ,

Azərbaycan Respublikasının Baş naziri"

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2010-cu il tarixli 239 ¹-li qərarının icrası ilə əlaqədar

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2010-cu il tarixli 239 nömrəli qərarı rəhbərlik icra üçün qəbul edilsin.

2. Ləğv edilmiş İsmayıllı peşə məktəbinin direktoru Rəhimov Vaqif Hənnan oğlu tədris-istehsalat işləri üzrə direktor müavini Mirzəyev Fikrət Tahir oğlu ilə bağlanmış əmək müqavilələri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə əsasən 05.01.2011-ci il tarixdən ləğv edilsin.

3. İsmayıllı peşə məktəbinin ləğv edilməsi ilə əlaqədar olaraq məktəbin Lahıc filialı da ləğv edilsin.

4. İsmayıllı şəhər 2 nömrəli orta məktəbin direktor müavini Muradov Zaur Fazil oğlu İsmayıllı Peşə Tədris Mərkəzinə direktor təyin edilsin.

5.  Aşağıdakı tərkibdə ləğvetmə komissiyası yaradılsın:

·  Namiq Məmmədov - Texniki peşə təhsili şöbəsinin müdiri, sədr

·  Elmir Həsənov - Hüquq sektorunun müdiri, üzv

· Akif Hacıyev -  İqtisadiyyat şöbəsi, Mühasibat uçotu hesabat sektorunun baş məsləhətçisi, üzv

·  Rüstəm Quliyev - İqtisadiyyat şöbəsi, məsləhətçi, üzv                                  

·  Rəsul Əsgərov - Təhsil Problemləri İnstitutunun İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin direktoru, üzv

·  Zaur Muradov - İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru

6.  Komissiyaya tapşırılsın:

6.1. Peşə məktəbinin balans hesabında olan bütün əmlakının faktiki inventarlaşdırılmasını aparsın 01.01.2011-ci il vəziyyətinə balans- uçot göstəriciləri ilə üzləşdirsin. Peşə məktəbinin 05.01.2011-ci il vəziyyətinə balans hesab-uçot qalıqlarının Peşə Tədris Mərkəzinin balansına verilməsini, həmçinin ləğv olunmuş məktəbin maliyyə, uçot, hesabat təhsil sənədlərinin təhvil-təslim aktlarının hazırlanıb  bir nüsxənin Təhsil Nazirliyinə təqdim edilməsini;

6.2. Peşə məktəbinin möhür, ştamp ciddi hesabat sənədlərinin müəyyən olunmuş qaydada Təhsil Nazirliyinə təhvil verilməsini;

6.3. Əmək qanunvericiliyinə uyğun işçilərin əmək müqaviləsinin ləğv olunmasını və mövcud qaydada Peşə Tədris Mərkəzinə işə qəbul edilməsini;

6.4. Şagirdlərin İsmayıllı Peşə Tədris Mərkəzində təhsillərinin davam etdirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsini;

6.5. Ləğv edilmiş İsmayıllı peşə məktəbinin tədris binasının İsmayıllı Rayon Təhsil Şöbəsinə verilməsi ilə bağlı aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılmasını və qanunvericiliyə uyğun digər tədbirlərin həyata keçirilməsini təmin etsin.

6.6. Görülmüş işlər barədə 10 gün müddətində rəhbərliyə məlumat versin.

7. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) və Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) yeni yaradılmış İsmayıllı Peşə Tədris Mərkəzinin ştat cədvəlində,  şagird kontingentinin sayında dəqiqləşmələr aparsınlar, Peşə Tədris Mərkəzinin normal fəaliyyəti üçün tələb olunan vəsaitin ayrılmasını təmin etsinlər.

8. Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) Təhsil Problemləri  İnstitutu (A.Mehrabov) ilə birlikdə İsmayıllı Peşə Tədris Mərkəzi üçün ixtisas, ümumtexniki və başqa fənlər üzrə çatışmayan dərslik və dərs vəsaitlərinin  siyahısını müəyyənləşdirsinlər və 2011-2012-ci illərdə həmin dərslik və  dərs vəsaitlərinin nəşr olunması üçün konkret tədbirlərin görülməsini, tədris   prosesinin normal təşkilinə dair lazım olan digər tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

9. Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi  (F.Qədirov) Peşə Tədris Mərkəzinin rəhbər mühəndis-pedaqoji kadrlarla möhkəmləndirilməsi, onların ixtisasının artırılması və yenidən hazırlanması sahəsində lazımi tədbirlər görülməsini təmin etsin.

10. İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Z.Muradova tapşırılsın:

10.1.1 ay müddətinə Peşə Tədris Mərkəzinin Nizamnaməsini   hazırlasın və mövcud qaydalar üzrə qeydiyyatdan keçirilməsini,  möhür və ştamp hazırlanmasını təmin etsin.

10.2. Kadr hazırlanacaq peşələrə uyğun maddi-texniki bazanın yaradılması üçün tədbirlər görsün.

10.3. Peşə Tədris Mərkəzinin yeni struktur və xərclər smetasının layihəsinə əsasən ştat cədvəli hazırlayıb nazirliyə təqdim etsin.

11. İctimaiyyətlə əlaqə şöbəsinin müdiri (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində, "Sənətkar" jurnalında  dərc edilməsini və digər kütləvi informasiya vasitələrində yayılmasını təmin etsin.

12. Əmrin icrasına nəzarət təhsil nazirinin müavini İ.İsgəndərova həvalə edilsin.

 

 

Misir MƏRDANOV

11 yanvar 2011-ci il

 

Azərbaycan müəllimi.- 2011.- 14 yanvar.- S.2.