"Demokratiya sizinlə başlayır" layihəsi maraqla qarşılanıb

 

Bakıdakı 5 nömrəli orta məktəbdə  Almaniyanın Konrad Adenauer Fondu  Təhsil Nazirliyi ilə  birgə Avropa Birliyinin maliyyə dəstəyi ilə   "Demokratiya  sizinlə başlayır" 3 illik Regional layihənin ilk dörd günlük simulyasiya oyununun  yekun mərhələsini başa çatdırıb.  Layihə ilə bağlı keçirilən tədbirdə  millət vəkili Asim Mollazadə, Nəsimi Rayon Bələdiyyəsinin  sədri Natiq  Abbasov və digər qonaqlar da  iştirak ediblər.

"DEMOCRACÜ STARTS  WITN ÜOU" layihəsinin  milli əlaqələndiricisi Mehriban Rəhimli öncə Bakıda 7 pilot məktəbində bu cür layihənin həyata keçirilməsini  qeyd edib    tədbirin  məktəblilər  üçün əhəmiyyətindən danışıb.

Məktəbdə simulyasiya oyununda 30 nəfər seçilmiş X sinif şagirdi onları narahat edən mərkəzi mövzunu səsvermə yolu ilə seçiblər. Növbəti gün isə demokratiya və Azərbaycan gəncliyi ilə bağlı şagirdləri maraqlandıran mövzu ətrafında maraqlı diskussiya keçirilib.

Şagirdlərə  layihənin uğurla həyata keçirilməsində fəal iştirakına görə Almaniyanın Konrad Adenauer Fondunun Cənubi Qafqaz Bölümünün rəhbəri Katya Kristina  Plate tərəfindən imzalanmış sertifikat təqdim  edilib. 

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 20 yanvar.- S.14.