"Şahmat dünyası" adlı kitab elektron tədris vəsaiti hazırlanıb

 

Son illər ölkəmizdə uşaq şahmatının inkişafına böyük diqqət yetirilir. Hazırda respublikamızda 66 uşaq-gənclər şahmat məktəbi fəaliyyət göstərir. Son 30 ildə ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada bütün şahmat məktəbləri üçün şahmat inventarı, müxtəlif mebel dəstləri, kompüter avadanlıqları, texniki tədris vasitələri, digər zəruri avadanlıqlar və əyani vəsaitlər alınaraq paylanıb.

"Multimedia" şirkəti ilə birgə ilk dəfə olaraq şahmat məktəbləri üçün "Şahmat dünyası" kitabı və elektron tədris vəsaiti hazırlanıb. Kitab vəsaitin mart ayında təqdimatının keçirilməsi nəzərdə tutulur.

Yeri gəlmişkən qeyd edək ki, 2010-cu il şahmatçılarımız üçün xüsusilə uğurlu olub. Avropa, dünya birinciliklərində yeniyetmə şahmatçılarımız 15 medal qazanıblar. Onlardan 10-u qızıl, 2-si gümüş, 3-ü isə bürünc medaldır. Şahmatçılarımız ilk dəfə olaraq Avropa çempionatında komanda hesabında birinci olmuşlar. Bizim üçün xüsusilə böyük fəxrdir ki, dünyanın ən güclü 20 şahmatçısının 3-ü Azərbaycan şahmatçısıdır. 2011-ci il 1 yanvar tarixinə orta reytinq göstəricilərinə görə isə Azərbaycan dünyanın 10 ən güclü şahmat ölkəsi içərisində 5-ci yerdədir.

 

 

Y.ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2011.- 28 yanvar.- S.24.