"Gənc istedadlar" liseyinin şagirdi Beynəlxalq Mendeleyev Olimpiadasına vəsiqə qazanıb

  

Bu günlərdə Bakı Dövlət Universiteti nəzdindəki "Gənc istedadlar" liseyinin şagirdi Sona Quluzadə Moskva Dövlət Universitetinin Bakı filialında kimya fənni üzrə keçirilən bilik yarışında yüksək nəticə əldə etmişbu ilin aprel ayının axırlarında Qazaxıstanın Astana şəhərində keçiriləcək Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak etmək hüququ qazanmışdır.

Qeyd edək ki, S.Quluzadə 1996-cı ildə anadan olub. İngilisrus dillərində danışan S.Quluzadə dərs əlaçısıdır. O, 2010 və 2011-ci illərdə keçirilən respublika fənn olimpiadalarında kimya fənni üzrə I yeri tutmuşdur.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2012.- 6 aprel.- S.1.