Eskişəhər valisi Bakı Dövlət Universitetində olub

 

Türkiyənin Eskişəhər valisi Qədir Qoçdəmirin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov BDU-nun tarixi, xarici əlaqələri barədə Türkiyə universitetləri ilə əməkdaşlığından danışıb. Azərbaycan-Türkiyə dostluğunun qardaşlığının daimi əbədi olmasından söz açan rektor bu səfəri əməkdaşlığın gələcək perspektivləri baxımından uğurlu hesab edib.

Vali Qədir Qoçdəmir, öz növbəsində, Eskişəhərin 2013-cü ildə türk dünyasının mədəniyyət paytaxtı seçildiyini bununla bağlı olaraq Azərbaycanın da iştirak edəcəyi tədbirlərin nəzərdə tutulduğunu qeyd edib. Qonaq Türkiyədə təhsil alan azərbaycanlı, habelə Azərbaycanda təhsil alan türkiyəli tələbələrdən danışıb. 

 

 

Azərbaycan müəllimi.- 2012.- 27 aprel.- S.4.