İngilis dili müasir təlim metodları

Bu gün Azərbaycanımızın müstəqil dövlət olaraq sürətlə inkişaf etdiyi bir dövrdə təhsildə böyük islahatlar həyata keçirilir. Bu islahatlar biz müəllimlərin qarşısında önəmli vəzifələr qoyur. Hazırda milli zəminə bəşəri dəyərlərə əsaslanan, yüksək insani keyfiyyətləri özündə birləşdirən Azərbaycan dövlətinin gələcəyi üçün savadlı, intellektli, sağlam düşüncəli, vətənpərvər şəxsiyyətlər yetişdirilməsi əsas vəzifə hesab olunur.

Ulu öndər Heydər Əliyev demişdir: "Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini - uşaqların tərbiyəsini yalnız ona etibar edir". Odur ki, müəllim həmişə yaradıcı axtarışda olmalıdır.

Milli təhsilimizin Qərb təhsil sisteminə inteqrasiyasını olduqca vacib aktual məsələ hesab edirəm. Bu gün müstəqil respublikamızın xarici dillərə mükəmməl yiyələnmiş, yüksək intellektli gənclərə olduqca böyük ehtiyacı var. Milli təhsilimizin qarşısında duran ən başlıca məsələ ölkəni savadlı kadrlarla təmin etməkdir. Həmin gənclər yeni texnologiyalara yiyələnmək, xarici ölkələrlə əməkdaşlığı dərinləşdirmək üçün mütləq xarici dilləri öyrənməlidirlər. Mən ingilis dili müəllimi olaraq bu istiqamətdə çalışıram. Dərslərimdə fəal təlim üsullarından istifadə edirəm. Yeni təlim üsulları şagirdlərin müstəqil düşüncəsinə nəticə çıxarmasına kömək edir. Fəal təlim zamanı bütün şagirdlər dərs prosesində iştirak edir müstəqil fikirlərini söyləyirlər. Dərs prosesində qruplarla işə üstünlük verirəm. Belə dərslər zamanı şagirdlərin idrakı inkişaf edir, onlar düşünür, fikir mübadiləsi aparırlar. Dərsdə qurulan motivasiyalara şagirdlər daha böyük maraq göstərirlər.

Şagirdlərin böyük maraq göstərdiyi amillərdən biri biliyin qiymətləndirilməsidir. Belə ki, mən çalışıram ki, biliklərin qiymətləndirilməsini şagirdlər özləri həyata keçirsinlər. Bu, şagirdlərin dərs gedişində daha fəal müşahidə aparmasına, diqqətli olmasına nəticə çıxarmasına kömək edir. Aydındır ki, hər hansı bir xarici dildə danışmaq üçün kifayət qədər söz ehtiyatı olmalıdır. Bu məqsədlə mən müxtəlif didaktik oyunlardan, krossvordlardan anaqramlardan istifadə edirəm.

Şagirdlərin ingilis dilində sərbəst danışmaları üçün dialoqların rolu böyükdür. Odur ki, mən mövzulara aid dialoqlardan istifadə edirəm. Şagirdlərin fərdi, daxili potensialını üzə çıxarmaq üçün dərsdə layihələr üzrə aparıram. Layihələrlə işləyərkən şagirdlərin yaradıcı təfəkkürü inkişaf edir, onlar müqayisə etmək bacarığına yiyələnirlər, axtarışlar aparır əldə etdikləri nəticəni tətbiq etməyə çalışırlar.

Məsələn: "World literature" ("Dünya ədəbiyyatı") mövzusundakı layihədə şagirdlər çox maraqla işlədilər. Onlar İnternetdən əldə etdikləri materiallardan müxtəlif bukletlər, divar qəzeti hazırladılar. Dünya şöhrətli ingilis yazıçısı V.Şekspirin "Hamlet" əsərini ingilis dilində səhnələşdirdilər.

Mən ingilis dilinin bu gün əhəmiyyətini dərk edib öz üzərimdə daha çox çalışıram. "İnteraktiv təlim metodları", "İKT", "İntel - Gələcək üçün təhsil", "Mimio-İnteraktiv lövhə ilə tədris" digər mövzularda kurs konfranslarda iştirak etmişəm. Bu kurslarda öyrəndiklərimi dərslərimdə tətbiq edirəm.

Elm texnikanın yüksək sürətlə inkişaf etdiyi bir vaxtda İKT-dən istifadənin böyük əhəmiyyəti vardır. Bu məqsədlə çalışıram ki, keçdiyim bütün elektron dərslər şagirdləri texnologiya vasitəsi ilə düşünməyə, təsəvvür, tətbiq, təhlil etməyə, fikir yürütməyə yaradıcılığa həvəsləndirsin. Mən İngiltərənin Kent Universitetinin müəllimləri ilə əməkdaşlıq edirəm. Bu da dərslərimdə nailiyyət əldə etməyimdə rol oynayır. Hər bir müəllim çalışmalıdır ki, həmişə axtarışda olsun, çünki unutmamalıyıq ki, cəmiyyətin gələcəyini biz müəllimlərə etibar edirlər.

 

 

Marifə MAHMUDOVA,

Bakıdakı 229 nömrəli tam orta

məktəbin ingilis dili müəllimi

Azərbaycan müəllimi.- 2012.- 31 avqust.- S.5.