Naxçıvan Müəllimlər İnstitutunda yubiley tədbiri

 

Naxçıvan Müəllimlər İnstitutunun elmi-metodiki işlər üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yaqub Məmmədovun anadan olmasının 60 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbiri  ali təhsil ocağının rektoru, professor Oruc Həsənli açaraq yubilyarın həyat yolu, elmi-pedaqoji fəaliyyəti barədə danışmışdır. Qeyd olunmuşdur ki, Yaqub Məmmədov 77 elmi-metodik məqalənin, dərs və metodik vəsaitlərin müəllifidir. O, İngiltərə, Türkiyə, Ukrayna, Rusiya və Qazaxıstanda beynəlxalq konfranssimpoziumlarda iştirak etmişdir. Rektor onu da diqqətə çatdırmışdır ki, Naxçıvan Mərkəzi Gənc Təbiətçilər Stansiyasında dərnək rəhbəri kimi əmək fəaliyyətinə başlayan Y.Məmmədov Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunda mühəndis-proqramçı vəzifəsində işləmiş, 1979-cu ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda EHM rəisi vəzifəsinə təyin olunmuş, sonralar NDU-də müəllim, baş müəllim, dosent, bundan başqa Naxçıvan Özəl Universitetində kafedra müdiri, dekan vəzifələrində  çalışmışdır.

Yubiley tədbirində institutun tədris işləri üzrə prorektoru, filologiya üzrə elmlər doktoru Akif İmanlı, pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru Azad Novruzov,  təbiət və incəsənət fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru İsa Əliyev, filologiya üzrə fəlsəfə doktoru Həsənalı Eyvazlı, riyaziyyatinformatika kafedrasının müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Miryasin Seyidov və başqaları yubilyarı təbrik etmişlər.

Sonda yubilyar çıxış edərək  iştirakçılara təşəkkürünü bildirmişdir.

 

Azərbaycan müəllimi.- 2012.- 21 dekabr.- S.4.