Kitabın təqdimat mərasimi keçirildi

 

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Təhsil Şurasının təşəbbüsü və təşkilatçılığı  ilə  ADPU-nun pedaqoji fakültəsinin dekanı,  pedaqoji elmlər doktoru, professor  Fərrux Rüstəmovun 50 illik yubileyinə həsr olunmuş "Professor Fərrux Rüstəmov-50" adlı kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə alimin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi.

Təqdimat mərasimində professor Əjdər Ağayev çıxış edərək qeyd etdi  ki, bu  kitabda tanınmış pedaqoq-alim, ADPU-nun pedaqoji fakültəsinin dekanı, ibtidai təhsilin pedaqogikası kafedrasının və "Pedaqoji təhsilin problemləri" elmi- tədqiqat laboratoriyasının müdiri, akademik M.Mehdizadə və "Gənc alimlər" mükafatları laureatı, pedaqoji elmlər doktoru, professor, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, PedaqojiSosial Elmlər Akademiyasının akademiki Fərrux Rüstəmovun 50 illik ömür yolundan, elmi- pedaqoji fəaliyyətindən bəhs olunur, onun haqqında həmkarlarının, yoldaşlarının, dostlarının, əzizlərinin düşüncələri və  arzuları verilib.

Kitaba həmçinin professor Fərrux Rüstəmovun həyatı və elmi-pedaqoji fəaliyyətinin xronologiyası və  əsərlərinin biblioqrafiyası da daxil edilmişdir.

Professor Əjdər Ağayev onu da əlavə etdi ki, "Professor Fərrux Rüstəmov-50" kitabının müəllifi Fərrux Rüstəmov mükəmməl pedaqogika tarixçisidir. O, Əhməd Seyidov, Mehdi Mehdizadə, Mərdan Muradxanov, Hüseyn Əhmədov məktəbinin ənənələrini yaşadaraqmüasirlik düşüncəsi ilə onları inkişaf etdirərək, məzmununu, elmi əhatə dairəsini genişləndirərək sanballı bir mövqeyə nail olmuşdur. Alimin pedaqogika tarixi üzrə tədris kompleksini - proqram, dərslik, dərs vəsaiti, metodik vəsaitlər hazırlaması da praktikyönümlü dəyərli xidmətlərindəndir.   

Təqdimat mərasimində  ADPU-nun professorlarından Malik Cəbrayılov, Əmrulla Paşayev, Oktay Sultanov və digər çıxış edənlər də "Professor Fərrux Rüstəmov-50" kitabında verilən  müəllifin 50 illik ömür yolundan, elmi-pedaqoji yaradıcılığından söz açaraq ona uğurlar arzuladılar.  

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2012.- 3 fevral.- S.7.