Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti
iclası
İyulun 7-də Təhsil
Nazirliyində Akkreditasiya
Şurasının növbəti iclası keçirilib.
İclasda Quba
Dövlət Sosial-İqtisadi Kolleci, Bakı Qida Sənayesi
Kolleci, Bakı Neft-Energetika
Kolleci və Bakı Sənaye-Pedaqoji Kollecinin akkreditasiyasının nəticələri
müzakirə olunub.
Təhsil
naziri Misir Mərdanov
iclası giriş sözü
ilə açaraq ali
və orta ixtisas təhsili
müəssisələrinin akkreditasiyası istiqamətində
aparılmış işlərin önəminə diqqət
çəkib.
Sonra nazir Quba Dövlət Sosial-İqtisadi
Kollecində aparılmış akkreditasiyanın nəticələri
barədə məlumat vermək üçün
sözü həmin müəssisə
üzrə Akkreditasiya Komissiyasının
sədri, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin hesablama
riyaziyyatı və informatika kafedrasının
dosenti Əbülfət Pələngova verib.
Ə.Pələngov
Quba Dövlət Sosial-İqtisadi
Kollecinın maddi-texniki bazası, təhsilin
məzmunu, bu təhsil müəssisəsinin
fəaliyyətinin statusuna uyğunluğundan
söz açaraq son beş ildə məzunların
ümumi göstəriciləri, müvafiq test sorğusunun nəticələri barədə
danışıb.
Kollecin fəaliyyətinin daha
səmərəli təşkili üçün
Akkreditasiya Komissiyasının tövsiyələri
diqqətə çatdırılıb.
Bakı
Qida Sənayesi Kolleci
üzrə Akkreditasiya Komissiyasının
sədri, Azərbaycan Dövlət İqtisad
Universitetinin dizayn
kafedrasının müdiri Oqtay Şamxalov qeyd olunan təhsil müəssisəsində
aparılmış araşdırmalardan, bir
sıra göstəricilərdən söz
açıb.
O.Şamxalov kollecin fəaliyyətinin
statusuna uyğunluğu,
burada mütəxəssis
hazırlığının keyfiyyəti və digər bu kimi məsələlər
üzrə komissiyanın gəldiyi qənaətlə şura üzvlərini tanış edib.
Sonra çıxış edən
Bakı Neft-Energetika Kolleci
üzrə Akkreditasiya Komissiyasının
sədri, Bakı Texniki Kollecinin
tədris işləri üzrə direktor müavini Fərrux Məmmədov akkreditasiyaya təqdim olunmuş
ixtisaslar üzrə təhsil
proqramının məzmunundan, müəssisədə tədrisin
təşkili vəziyyətindən söhbət
açıb.
F.Məmmədov təqdimat-məruzəsində kollecin akkreditasiyaya təqdim
olunmuş ixtisaslar
üzrə fəaliyyət imkanlarından bəhs edib.
Bakı
Sənaye-Pedaqoji Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan
Dövlət Pedaqoji Kollecinin
tədris hissə müdiri Gültəkin
Əliyeva bu təhsil müəssisəsinin
fəaliyyət istiqamətləri, son beş ildə müəllim heyətinin hər
10 nəfərinə düşən qriflə nəşr olunmuş dərs vəsaitlərinin sayı, kollecin tədris şəraiti, eyni
zamanda pedaqoji heyətin
fəaliyyəti barədə məlumat verib.
Sonra qeyd olunan kolleclərdə akkreditasiyanın nəticələrinə
dair şura üzvlərini
maraqlandıran suallar
cavablandırılıb, rəy və təkliflər səsləndirilib.
Təhsil
naziri Misir Mərdanov müvafiq təhsil müəssisələrində
aparılmış araşdırmalarla bağlı fikirlərini
bildirib, tövsiyə və
tapşırıqlarını verib.
Akkreditasiya Şurasının
iclasında müəyyənləşdirilmiş meyarlar üzrə tələblərə uyğunluğu nəzərə alınaraq qeyd olunan kolleclərin fəaliyyətinin
"kafi" qiymətləndirilməsi və
bu təhsil ocaqlarının müvafiq ixtisaslarının akkreditə
olunması barədə qərar qəbul edilib.
Ədalət
DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2012.- 13 iyul.- S.2.