Yüksək
düşüncə tərzinin formalaşdırılması
təlimin əsas vəzifələrindəndir
Şəxsiyyətin
formalaşması təhsilin
ana xəttidir. Bütün digər fəaliyyətlər bu xətdə birləşərək
ümumi məqsədin
reallaşmasına xidmət
edir.
Müasir dərslər qurularkən
aşağıdakı meyarlar
nəzərə alınmalıdır:
* Şəxsiyyətyönümlülük
əsas götürülməlidir,
yəni dərsdə şagirdin fəaliyyəti
daha çox olmalıdır.
* Dərs interaktiv olmalıdır.
* İKT-nin imkanlarından mövzunun tələblərinə uyğun
istifadə olunmalıdır.
* Dərs yüksək düşüncə
tərzi formalaşdırmalıdır.
Cəmiyyətə sağlam
və yüksək düşüncə tərzində
olan şəxsiyyətlər
lazımdır. Bəs
buna dərslərimizdə
necə nail ola bilərik?
Bu məqalədə yüksək düşüncə
tərzinin formalaşdırılması
istiqamətində təlim
məqsədlərinin sistemli
təsnifatı olan taksonomiyalardan danışmaq
istəyirəm. Təlim
məqsədlərinin taksonomiyası
ötən əsrin
30-cu illərindən başlayaraq
müxtəlif alimlər
tərəfindən tədqiq
edilmişdir. 1956-cı ildə
Çikaqo Universitetinin
professoru B.Blum tərəfindən hazırlanmış
taksonomiya təhsil prosesində bütün təfəkkür səviyyələri
üçün vacib
olan düşünmə
bacarıqları şəbəkəsidir.
Blum şagirdlərdə
məntiqi təfəkkürün
müəyyən edilməsi
üçün istifadə
olunan təhsil məqsədlərinin altı
səviyyəsini təyin
edib. Bu məqsədlər
sistemi beynəlxalq aləmdə geniş qəbul olunmuşdur.
Doğrudur, bu, müəllimlərin uğur qazanmaları üçün istifadə
edə biləcəkləri
yeganə və mütləq model
olmasa da, ardıcıllıq və
sistemləşdirmə axarı
yüksək nəticələrin
əldə olunması
üçün çox
dəyərlidir. Blum taksonomiyası
üzərində qurulan
dərs modelində fəal təlim prinsiplərinin həyata keçirilməsi, strategiyaların,
eləcə də
İKT-nin məqsədyönlü
tətbiqi təlim keyfiyyətinin yüksəldilməsinə
xidmət edir.
Blum taksonomiyasının
mərhələlərinə əsasən qurduğum dərs nümunəsini (qısaldılmış formada)
təqdim edirəm.
(Biologiya XI)
Mövzu:
Orqanizmlərin təbiətin mövsüm
dəyişikliklərinə uyğunlaşması. Fotoperiodizm
Məqsəd. Şagird:
- Canlılarda gedən həyat hadisələrinin ritmiliyini;
- Təbiətdə baş verən mövsüm dəyişkənliklərini;
- Heyvan və
bitkilərdə mövsüm
hadisələrinin idarəedilməsi
yollarını;
- Xarici mühit
amillərinin bioloji saata təsirini faktlarla təqdim edir.
Gözlənilən
nəticə. Şagird:
Orqanizmlərin günün uzunluğuna qarşı cavab reaksiyaları, gecə-gündüz növbələşməsinin
fizioloji proseslərin getməsinə təsirini
bilir, heyvan və bitkilərdə məhsuldarlığın artırılması
yollarını izah edir və tətbiqi
üçün ideyalar
irəli sürür.
Dekret vaxtına
keçmənin müsbət
və mənfi nəticələrini təhlil
edir və insan orqanizmi üçün mənfi təsirinə tənqidi münasibətini bildirir.
İş forması
Kollektiv iş və qruplarla iş.
Metod:
"Beyin həmləsi", müzakirə,
çarpaz karusel.
İnteqrasiya:
Riyaziyyat, coğrafiya.
Resurslar:
Kompüter, proyektor, iş vərəqləri, XI sinif
biologiya dərsliyi.
Proyektor vasitəsilə slayd nümayiş olunur.
Motivasiya
Yerin öz
oxu və Günəş
ətrafında fırlanmasını,
fəsilləri və
mövsüm dəyişikliklərini
əks etdirən slaydlar nümayiş olunur və motivasiya sualı qoyulur:
- Mövsüm dəyişikliklərinə səbəb
olan amillər hansılardır?
Tədqiqat sualı:
- Canlılar mövsüm dəyişkənliklərinə
necə uyğunlaşır
və dünyanın hər yerində mövsüm hadisələri,
ilin fəsilləri müşahidə olunurmu?
Bunun səbəbini necə izah etmək olar?
Tədqiqatın aparılması
Slaydlar vasitəsilə bitki və heyvanlarda mövsüm uyğunlaşmalarını
əks etdirən şəkillər təqdim və sual-cavab vasitəsilə şəkillər üzrə
mövzu izah olunur.
Qrup tapşırıqları:
Bilik mərhələsi
Qrup 1
Mövsüm hadisələrini idarə
edən amilləri araşdırın və bu hadisələrin konkret coğrafi bölgələrdən asılılığı
haqqında məlumat toplayın.
Qrup 2
Canlıların günün uzunluğuna olan münasibətini araşdırın
və məlumat toplayın.
Qrup 3
Fəsil və sutkalıq ritmləri araşdırın və məlumat toplayın.
Qavrama mərhələsi
Toplanılan məlumatlar şagirdlər
tərəfindən izah
olunur, sual-cavab aparılır.
Elektron testlər icra olunur.
Tətbiq mərhələsi
Məsələlər:
(Çarpaz karusel üsulu icra olunur).
Qrup 1
Qış dövründə bitki toxumalarında suyun miqdarı və şəkərin qatılığını
əks etdirən qrafiki qurun.
Xlorofilin miqdarı və temperaturun fotosintezin məhsuldarlığına təsirini
əks etdirən qrafiki qurun (Vant-Hoff qanununu nəzərə alaraq).
Qrup 2
Georgin bitkisi çiçəklədiyi
zaman "Mironovskaya
-808" buğda sortunda
hansı mərhələ
gedə bilər?
İstixanalarda bitkilərin məhsuldarlığına
təsir göstərən
amillərin cədvəl
və qrafikini tərtib edin.
Qrup 3
Zəfəran çiçəkləyən zaman
"Bezostaya-1" buğda sortunda hansı mərhələ gedə bilər?
Yaşadığımız
bölgədə quşların,
qida bol olmasına baxmayaraq, ilboyu qalması, yayda və payızda
uçub getməsi ardıcıllığını əks etdirən cədvəl tərtib edin. Bu hadisənin səbəbini izah edin.
Qrup tapşırıqları
icra olunduqdan sonra təqdimat aparılır. Müzakirə
olunur. Qruplararası qiymətləndirmə aparılır
Ümumiləşdirmə
və nəticə:
Təhlil mərhələsi
İşığın
çoxcəhətli təsirini
nümayiş etdirən
slaydlar təqdim olunaraq təhlil aparılır.
Sintez mərhələsi
(Slaydda aşağıdakı
fikirlər əks olunur).
Bəzi ölkələrdə gündüz
işığından iş
günü ərzində
daha səmərəli
istifadə etmək, eyni zamanda elektrik
enerjisinə qənaət
etmək məqsədilə
yay və qış vaxtlarına keçmək üçün
saatın əqrəbi
qurşaq vaxtından
1 saat irəli, yaxud 1 saat geri
çəkilməsi haqqında
dövlət tərəfindən
sərəncam verilir ki, buna da
dekret vaxtı deyilir.
Azərbaycanda dekret vaxtı tətbiq olunmasa, yuxarıda qeyd olunanlara necə nail olmaq olar?
Psixoloq kimi düşünsən,
bu prosesin insan psixologiyasına mənfi təsir etməməsi üçün
hansı təklifləri
verərdin?
Qiymətləndirmə
mərhələsi
Bu mərhələ üçün slayd təqdim olunaraq verilmiş suallar əsasında fikir mübadiləsi aparılır.
Mövsüm hadisələrinin canlılara
təsirini idarə etmək mümkündürmü?
Ekologiya ilinin Azərbaycana töhfəsi nə oldu?
Siz davamlı
inkişafı görürsünüzmü?
Ev tapşırığı:
"Bioloji ritmlər və canlılar" adlı şəkilli kataloq hazırlayın. Yerli materiallar əsasında çiçək
saatı qurun.
Blum taksonomiyasının
mərhələlərinə uyğun qurulan dərslərdə bu fikir tamamilə öz əksini tapır. Bu da şagirdlərin dərsə
marağının artmasına, eyni zamanda yüksək
düşüncəyə malik olan şəxsiyyətin
yetişdirilməsi işində müəllimlərə
kömək edir.
Nəzakət ƏZİMOVA,
Qax
şəhər 4 nömrəli tam orta
məktəbin
biologiya müəllimi,
əməkdar
müəllim
Azərbaycan
müəllimi.- 2012.- 27 iyul.- S.3.