Məktəbəqədər
təhsilin kurikulumu ilə bağlı müzakirə
keçirilib
İyulun
19-da Təhsil Problemləri
İnstitutu Kurikulum Mərkəzində "Məktəbəqədər
təhsilin kurikulumu, məktəbəhazırlığın
təşkili və kiçik məktəbəqədəryaşlı
uşaqların valideynlərinin maarifləndirilməsi"
mövzusunda müzakirə keçirilib.
Tədbirdə
Dünya Bankının təhsil üzrə mütəxəssisi
Meskerem Mulatu, Təhsil Nazirliyi TSİİL üzrə layihəni
əlaqələndirmə qrupunun direktoru Elvin Rüstəmov,
Təhsil Nazirliyinin Məktəbəqədər təhsil
sektorunun müdiri Nərminə Alnağıyeva, YUNİSEF-in
İnkişaf və Təhsil Proqramının rəhbəri Kənan
Məmmədli, həmin təşkilatın Təhsil
Proqramının rəhbəri Leyla Həsənova və başqaları iştirak
ediblər.
Müzakirəni
Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum
Mərkəzinin direktoru Ənvər Abbasov giriş
sözü ilə açaraq respublikamızda məktəbəqədər
təhsil kurikulumunun hazırlanması istiqamətində
görülən işlər haqqında geniş məlumat
verib.
Sonra Dünya Bankının təhsil
üzrə mütəxəssisi Meskerem Mulatu, Təhsil
Nazirliyi TSİİL üzrə layihəni əlaqələndirmə
qrupunun direktoru Elvin Rüstəmov, YUNİSEF-in İnkişaf
və Təhsil Proqramının rəhbəri Kənan Məmmədli
və başqaları məktəbəhazırlığın
təşkili, kiçik məktəbəqədəryaşlı
uşaqların valideynlərinin maarifləndirilməsi və
digər məsələlər ətrafında geniş müzakirə və fikir
mübadiləsi aparıblar.
Samirə KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2012.- 27 iyul.- S.2.