2012-2013-cü
dərs ili üçün
tədris planlarına dair qeydlər
Əlavə
13
1. Azərbaycan
Respublikasının ümumtəhsil məktəbində tədrisi
nəzərdə tutulan xarici
dil (dillər) ingilis, alman, fransız, rus, ərəb,
fars dilləri arasından seçilir.
2. Tədris
dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində
xarici dilin tədrisi I
(birinci) sinifdən başlanır. Tədrisi
I (birinci) sinifdən başlanan
xarici dil
uşağın məktəbdə öyrəndiyi əsas xarici dil hesab
edilir.
3. Xarici dilin (dillərin) tədrisi
üçün məktəbdə müvafiq pedaqoji kadr potensialının və maddi-tədris
bazanın olması zəruri şərt hesab
edilir.
4. Bu "Qeydlər"in 3-cü bəndində
nəzərdə tutulan şərt ödənilməklə
bir neçə xarici
dil tədris olunan məktəbdə
övladı üçün müvafiq xarici dil onun valideyni
(digər qanuni nümayəndəsi) tərəfindən
seçilir.
5.
Valideynlərin (digər qanuni nümayəndələrin)
seçimi ilə bağlı zərurət
yaranarsa, eyni sinifdə
iki xarici dil qrupu təşkil oluna bilər. Bu halda aşağıdakılar nəzərə
alınmalıdır:
5.1.
Həmin sinfin bu
"Qeydlər"in 19-cu bəndində nəzərdə tutulmuş qayda üzrə 2 qrupa
bölünməsi.
5.2.
Bu qrupların bərabər şagird sayı, yaxud qismən
az say fərqi ilə
komplektləşdirilməsi.
5.3.
Məktəbdə həmin xarici dillərin
hər biri üzrə ən azı iki nəfər müəllimin olması.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 nömrəli, 3 iyun
2010-cu il tarixli qərarı
ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət
standartı və proqramları (kurikulumları)" sənədinə
əsasən, ümumtəhsil məktəblərinin ümumi orta və tam orta təhsil səviyyələrində
tədris olunan fənlərin
siyahısına ikinci xarici
dil daxil edilmişdir.
7. İkinci xarici dil 2012-2013-cü dərs ilindən etibarən
V (beşinci) siniflərdən başlayaraq tədris olunur.
8. Müvafiq pedaqoji kadr potensialı və tədris bazası olduğu halda, ikinci xarici dilin
öyrənilməsindən imtina
olunması yolverilməzdir.
9. İkinci xarici dilin tədrisini təmin etmək məqsədilə
əməkhaqqı mövcud qaydada ödənilməklə digər təhsil
müəssisələrindən müəllim (mütəxəssis)
dəvət oluna bilər.
10. I və
V (birinci və beşinci)
siniflərdən başlayaraq tədris
edilən xarici dillərin növbəti
siniflərdə dəyişdirilməsinə qətiyyən yol verilmir.
11. Xarici dil (dillər) üzrə
müvafiq pedaqoji kadr potensialı olmadığı halda:
11.1.
İbtidai siniflərdə xarici
dilə ayrılan saat ana
dilinin (tədris dili)
tədrisinə verilir.
11.2.
V (beşinci) sinifdə xarici
dilə ayrılan saatlar hər birinə 1
(bir) saat olmaqla ana dili
(tədris dili), "Ədəbiyyat" və
"Riyaziyyat" fənlərinin tədrisinə
verilir.
11.3.
VI-XI (altıncı-onbirinci) siniflərdə xarici
dilə ayrılan saatların digər fənlərin tədrisinə
verilməsi (hər birinə 1 (bir) saatdan artıq olmamaq şərtilə)
məsələsi məktəb pedaqoji
şurasının qərarına əsasən həll edilir. Bu halda
həmin fənlərdən ixtisaslı pedaqoji
kadrların olması nəzərə alınır.
11.4.
İkinci xarici dilə
ayrılan saat əsas xarici
dilin öyrənilməsinə, ümumiyyətlə
xarici dil keçilməyən
məktəblərdə isə "Texnologiya"
fənninin tədrisinə verilir.
12. Tərkibində
III (üçüncü) və ya IV (dördüncü) sinif olan komplekt
siniflərdə ana dili
(tədris dili) 10 (on) saat, "Həyat bilgisi"
və "Texnologiya" fənlərinin
hər biri 2 (iki) saat tədris olunur.
13. Dərsdənkənar,
fakültativ məşğələ
qrupları və dərnəklər şagirdlərin sayı
8 (səkkiz) nəfərdən az olmamaq şərti ilə komplektləşdirilir.
14. İbtidai siniflərdə dərsdənkənar
məşğələlərə ayrılmış saatlardan 1 (bir) saatı dərs
cədvəlinə daxil edilməklə xarici dil tədris olunan məktəblərdə (iki
xarici dil qrupuna bölünən siniflər istisna edilməklə) müvafiq
xarici dilin tədrisinə,
xarici dil tədris
edilməyən məktəblərdə və iki xarici dil
qrupuna bölünən siniflərdə
isə şagirdlərin ana dili (tədris dili) üzrə
nitq mədəniyyətinin
inkişafına ayrılır.
Hər
iki halda müvafiq mövzular aidiyyəti
fənn müəllimlərinin iştirakı ilə təhsil
şöbəsinin (idarəsinin) metodkabineti
tərəfindən hazırlanıb təsdiq edilir.
Təhsil Nazirliyinin
"Ümumtəhsil məktəblərində "Şahmat" fənninin tədrisinin davam etdirilməsi haqqında" 3 iyul 2012-ci il tarixli, 1258 nömrəli əmri ilə təsdiq
olunmuş pilot
ümumtəhsil məktəblərində II (ikinci)
və III (üçüncü) siniflər
üçün nəzərdə tutulmuş dərsdənkənar məşğələ
saatlarından 1 (bir)
saatı dərs cədvəlinə daxil
edilməklə "Şahmat" fənninin
tədrisinə verilir (həmin əmrin 2,
3 və 4-cü bəndləri).
15. I-V (birinci-beşinci) siniflərdə
dərsdənkənar məşğələlərə,
VI-XI (altıncı-onbirinci) siniflərdə fakültativ,
fərdi və qrup məşğələlərinə
ayrılan saatlardan 1 (bir)
saatı dərs cədvəlinə daxil
edilməməklə fakültativ kurs formasında şagirdlərin sayı 8 (səkkiz)
nəfərdən az olmayan
siniflərdə (o cümlədən komplekt siniflərdə) "Həyati
bacarıqlara əsaslanan təhsil" kursunun
tədrisinə verilir.
Şagirdlərin
sayı 8 (səkkiz) nəfərdən az olan siniflərdə həmin kurs
sinif təşkilat saatlarında keçilir.
16. Füzuli,
Beyləqan, Ağcabədi, Ağdam, Tərtər,
Goranboy, Xocavənd, Göygöl,
Daşkəsən, Gədəbəy, Tovuz,
Qazax, Ağstafa, Kəlbəcər,
Laçın, Cəbrayıl, Şuşa,
Qubadlı, Xocalı, Zəngilan rayonlarının bütün ümumtəhsil məktəblərinin,
habelə Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşmiş
ümumtəhsil məktəblərinin VI (altıncı) siniflərində
fakültativ, fərdi və qrup məşğələlərinə ayrılmış
vaxt hesabına həftədə 1 (bir) saat olmaqla
ikinci yarımildə "Mina
təhlükəsinə dair maariflənmə"
adlı fakültativ kurs
tədris olunur.
Qeyd
edilən rayonların bütün
ümumtəhsil məktəblərinin və Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşmiş
ümumtəhsil məktəblərinin IV (dördüncü)
siniflərində isə həmin kurs
üzrə mövzular "Həyat bilgisi" fənninin daxilində keçilir.
17. Müvafiq
ixtisaslı kadrları və maddi-texniki, tədris
bazası olan ümumtəhsil məktəblərinin
VI-IX (altıncı-doqquzuncu) siniflərində fakültativ,
fərdi və qrup məşğələlərinə
ayrılan saatlardan 1 (bir)
saatı dərs cədvəlinə daxil
edilməklə "İnformatika" fənninin
tədrisinə verilir.
18. VII (yeddinci) siniflərdə fakültativ,
fərdi və qrup məşğələlərinə
ayrılan saatlardan 1 saatı ikinci yarımildə "Yol
hərəkəti qaydaları"nın tədrisinə verilir. Həmin qaydaların öyrədilməsi
fakültativ məşğələ
formasında təşkil olunur.
VII
(yeddinci) sinif
şagirdlərinin sayı bu "Qeydlər"in
13-cü bəndində nəzərdə tutulmuş
saydan aşağı olarsa,
həmin məşğələ qrupuna
arzularına görə, VI (altıncı), VIII (səkkizinci) sinif şagirdləri də daxil
edilə bilər.
19. Müvafiq maddi-tədris baza
və ixtisas müəllimləri olduğu halda, şagirdlərin
sayı 20 (iyirmi) və daha
çox olan siniflər
aşağıdakı fənlərin tədrisində iki qrupa bölünür:
19.1.
Təlim rus və gürcü
dillərində aparılan ümumtəhsil məktəblərinin
I-XI (birinci-onbirinci) siniflərində Azərbaycan
dili.
19.2.
Təlim dilindən asılı olmayaraq,
bütün ümumtəhsil məktəblərinin
I-XI (birinci-onbirinci) siniflərində xarici dil (ibtidai
siniflərdə dərsdənkənar məşğələyə
ayrılmış saat hesabına tədris
edilən xarici dil dərsləri
istisna olunmaqla), o cümlədən V (beşinci)
siniflərdə ikinci xarici
dil.
19.3.
Bütün ümumtəhsil məktəblərinin V-XI (beşinci-onbirinci) siniflərində "Fiziki tərbiyə", V (beşinci)
siniflərində "Texnologiya"(ikinci xarici dilə
ayrılan saat hesabına tədris edilən
"Texnologiya" dərsləri istisna olunmaqla), VI-VIII
(altıncı-səkkizinci) siniflərində "Əmək
hazırlığı".
19.4.
Seçmə fənlərə ayrılan saatlardan
1 (bir) saat verilməklə
"İnformatika" fənninin 2 (iki) saat tədris olunduğu ümumtəhsil məktəblərinin
X-XI (onuncu-onbirinci) siniflərində həmin
dərslər üzrə praktik məşğələlər.
20. Kompüter kabineti olmayan ümumtəhsil məktəblərində
"İnformatika" fənni üzrə
praktik məşğələ keçilmir.
21. Təhsil
Nazirliyinin 21 sentyabr
2010-cu il tarixli, 1241
nömrəli əmri ilə təsdiq edilmiş
"Gənclərin çağırışaqədərki
hazırlığı" fənn proqramına əsasən,
tibbi biliklərin əsaslarına aid mövzular bütün sinfə tədris olunur.
22. VI-XI
(altıncı-onbirinci) siniflərdə seçmə
saatların tətbiqi 2006-2007-ci dərs ili
üçün təsdiq edilmiş
müvafiq qaydalar
üzrə aparılır.
23. Dərs
ili I (birinci) siniflərdə
31, II-XI (ikinci-onbirinci) siniflərdə 32
tədris həftəsindən ibarətdir.
24. Dərs
məşğələləri, bir qayda olaraq, sentyabrın
15-də başlayıb mayın 31-də başa
çatır.
25. Dərs
ili iki yarımilə bölünür:
25.1. Birinci yarımil - 15 sentyabr - 29 dekabr
25.2. İkinci yarımil - 6 yanvar - 31 may.
26. Dərs ili
ərzində şagirdlər
üçün aşağıdakı
tətillər müəyyən
olunur:
26.1. Payız tətili - 12-17 noyabr (6 gün)
26.2. Qış tətili - 30 dekabr - 5 yanvar (7 gün)
26.3. I (birinci) sinif şagirdləri üçün
əlavə tətil
- 12-17 fevral (6 gün)
26.4. Yaz tətili - 17-24 mart (8 gün).
Azərbaycan müəllimi.- 2012.- 20
iyul.- S.3.