Beynəlxalq müsabiqələr
laureatı
Vüsalə
Babayeva
1997-ci ildə Bakıda bəstəkar ailəsində dünyaya
göz açıb. İstedad və
bacarığını görən
anası bəstəkar Sevda Məmmədli
2003-cü ildə onu Üzeyir
Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasına
- fortepiano ixtisası üzrə Ayişə Əliyevanın
sinfinə gətirib. Qısa müddət ərzində bir- birindən
gözəl mahnıların ifaçısına çevrilən
Vüsalə 2006-cı ildə
"Məktəb studiya-25" Uşaq musiqi festivalında II yer,
2007-ci ildə Qara Qarayev
adına gənc
pianoçuların IV Bakı musiqi
müsabiqəsində III yer, 2008-ci ildə Qara Qarayevin anadan olmasının 90 illiyinə həsr
olunmuş "Gənc musiqiçilər
təhlil və ifa edir"
I Respublika elmi
ifaçılıq müsabiqəsində II yer,
2010-cu ildə isə Qara Qarayev
adına pianoçuların I Beynəlxalq
elmi-ifaçılıq müsabiqəsində II yeri tutub. 2011-ci ildə Vüsalə
Bolqarıstanın Dobriç-Albena şəhərində
keçirilən "Ümidlər,
istedadlar, sənətkarlar" XVI Beynəlxalq
müsabiqəsinin laureatı adını və I mükafatı qazanıb.
Azərbaycan
bəstəkarlarının əsərlərini ifa etməkdən
xüsusi zövq
alıram, -deyən Vüsalə
Şopenin, Listin
və digər dahi bəstəkarların da əsərlərini
sevə-sevə ifa etdiyini
söylədi və gələcəkdə
milli musiqimizin inkişafına töhfə verəcəyinə, yeni-yeni əsərlər bəstələyəcəyinə
söz verdi.
Vüsalə
Babayeva hazırda
Bakıdakı "Zəngi" liseyinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta
ixtisas musiqi məktəb-studiyasının
10-cu sinif şagirdidir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 29 mart 2012-ci
il tarixdə imzaladığı "Gənc istedadların xüsusi təqaüdə layiq
görülməsi haqqında" sərəncamı ilə Vüsalə Babayevanın
adı Azərbaycanın gənc
istedadlarının "Qızıl kitabı"na
yazılmaqla o, xüsusi
aylıq təqaüdə
layiq görülüb.
V.Babayeva bütün
istedad sahiblərinə göstərilən diqqət və qayğıya
görə ölkə rəhbərinə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevaya təşəkkürünü bildirdi.
Sifai
SƏFƏROVA
Azərbaycan
müəllimi.- 2012.- 27 iyul.- S.3.