Məktəbəqədər təhsilin kurikulumu ilə bağlı müzakirə keçirilib

 

İyulun 19-da  Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzində "Məktəbəqədər təhsilin kurikulumu, məktəbəhazırlığın təşkili və kiçik məktəbəqədəryaşlı uşaqların valideynlərinin maarifləndirilməsi" mövzusunda müzakirə keçirilib.

Tədbirdə Dünya Bankının təhsil üzrə mütəxəssisi Meskerem Mulatu, Təhsil Nazirliyi TSİİL üzrə layihəni əlaqələndirmə qrupunun direktoru Elvin Rüstəmov, Təhsil Nazirliyinin Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva, YUNİSEF-in İnkişaf və Təhsil Proqramının rəhbəri Kənan Məmmədli, həmin təşkilatın Təhsil Proqramının rəhbəri Leyla Həsənova  və başqaları iştirak ediblər.

Müzakirəni Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov giriş sözü ilə açaraq respublikamızda məktəbəqədər təhsil kurikulumunun hazırlanması istiqamətində görülən işlər haqqında geniş məlumat verib. 

Sonra  Dünya Bankının təhsil üzrə mütəxəssisi Meskerem Mulatu, Təhsil Nazirliyi TSİİL üzrə layihəni əlaqələndirmə qrupunun direktoru Elvin Rüstəmov, YUNİSEF-in İnkişaf və Təhsil Proqramının rəhbəri Kənan Məmmədli və başqaları məktəbəhazırlığın təşkili, kiçik məktəbəqədəryaşlı uşaqların valideynlərinin maarifləndirilməsi və digər məsələlər ətrafında  geniş müzakirə və fikir mübadiləsi aparıblar. 

 

 

Samirə KƏRİMOVA

   

Azərbaycan müəllimi.- 2012.- 27 iyul.- S.2.