60 yaş kamillik
çağıdır
Aqillər
əllidən sonrakı yaş dövrünü insanın ağıl, kamal dövrü
adlandırırlar. Bu təsadüfi deyil. Çünki insan kamilləşməyə gedən yolun bütün pillələrini
ustalıqla addımlamalıdır ki, nəticədə
istədiyinə nail ola
bilsin. Hər yaş dövrünün öz tələbi,
öz meyarı vardır. Bu balans
pozularsa insan həyatı
da orbitindən çıxmış gəmi
kimi yolunu çaşar və bunu
düzəltmək sonra çox
çətin olar. Ən əsası odur ki, həyatın enişli-yoxuşlu yollarında büdrəməyəsən.
Əhatəmizdə olanların çoxu
həyat yolunu düzgün
seçən və bu seçimi ilə nəinki özünə, eyni zamanda
yaxınlarına, onu əhatə edənlərə
yardımı olan insanlardır. Belə insanlardan biri də ömrünün
41 ilini zəhmətdə keçirən Vidadi İskəndər
oğlu Quliyevdir. O, bu şərəfli yolun ilk 5 ilini neft və qazçıxarma müəssisələrində, 36 ilini isə texniki
peşə təhsili sistemində
çalışmışdır. Vidadi
müəllim peşə təhsilinə həsr etdiyi ömür yolundan hər zaman
razılıqla danışır, heç
vaxt yorulub
usanmadığını deyir. Bu, insan üçün çox
yüksək keyfiyyətdir. Hər kəs gərək öz işindən zövq
alsın, həvəslə işləsin. Onun
nəticəsidir ki, Vidadi
müəllim respublikamızda
peşə təhsilində ən çox
iş təcrübəsi olan
rəhbər kimi bu gün də 14 nömrəli Bakı Peşə
Liseyində direktor vəzifəsində
işləyir.
O,
ömür yollarını xatırlayarkən
böyük bir ailədə
dünyaya göz
açdığını, həyatındakı bütün uğurlarına zəhməti və
bacarığı sayəsində nail olduğunu deyir. Atası İskəndər Nəsib oğlu
Quliyev 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində
iştirak etdikdən sonra
Vətənə dönərək Gəncə şəhərində təhsil almış, sonra Gədəbəy
rayonunun Şınıx kəndindəki kolxozda baş mühasib vəzifəsində
işləyərək el-oba
içində böyük hörmət və
nüfuz sahibi olmuşdur. O, bədii yaradıcılıqla da
məşğul olmuş, şeirlər yazmış və
aşıqlıq sənətinin bilicisi olmaqla yaxşı saz
çalmağı da
bacarmışdır. İskəndər kişi
Nabat xanım ilə birlikdə 9 övlad böyüdərək hər birini ailə sahibi etmişdir. Rayonda
sayılıb-seçilən, zəhmətkeş bir kişinin
ocağında böyüyən
gənc Vidadi həmişə ailəsinin
şərəf və ləyaqətini uca
tutmağa çalışmış və
buna nail olmuşdur.
...1952-ci il
may ayının 15-də Gədəbəy rayonunun
Şınıx kəndində Kollu məhəlləsində
ziyalı ailəsində dünyaya göz açan Vidadi
Quliyev 1959-cu ildə rayonun
Çayrəsullu kənd orta məktəbinin birinci sinfinə
qədəm qoymuş və 1969-cu ildə tam orta təhsilini
başa vurmuşdur. O, həmin il
Bakı şəhərinə gələrək təhsilini
Səbail rayonunda yerləşən 23 nömrəli orta texniki
peşə məktəbində davam etdirmişdir. 2 ildən
sonra məktəbi bitirərək çilingər peşəsinə
yiyələnmişdir. 1971-ci ildə 26 Bakı Komissarları
adına Neft-Qazçıxarma İdarəsinin neftin nəql
edilməsi sexində çilingər kimi əmək fəaliyyətinə
başlamışdır.
1972-1974-cü
illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
Hərbi
xidmətini başa vurduqdan sonra "Xəzər Dəniz Neft
Tikinti" Trestinin mexanizasiya
idarəsində qaldırıcı nəqliyyat
maşınları üzrə maşinist vəzifəsində
işləmişdir.
Vidadi
müəllimin təhsilə həvəsi onu tədris sahəsində
işləməyə sövq
etmiş və o, 1976-cı ildən həyatını texniki
peşə təhsili ilə bağlamışdır. O vaxtdan
fasiləsiz olaraq ilk peşə-ixtisas təhsili müəssisələrində
çalışır. Rəhbərlik onu bacarıqlı
mütəxəssis kimi gənc fəhlə kadrlarının
hazırlığında iştirak etmək üçün
Nərimanov rayonunda yerləşən 81 nömrəli Texniki
Peşə Məktəbinə göndərmişdir. O,
qülləli kran maşinisti peşəsi üzrə istehsalat
təlimi ustası və ixtisas fənn müəllimi vəzifələrində
çalışmışdır. 1979-cu ildə Respublika
Texniki Peşə Təhsili Komitəsinin rəhbərliyi onu
61 nömrəli Orta Texniki Peşə Məktəbinə tədris-istehsalat
işləri üzrə direktor müavini vəzifəsinə
təyin etmişdir. 1985-ci ildə isə o, 14 nömrəli
Orta Texniki Peşə Məktəbinə baş usta vəzifəsinə
keçirilmişdir.1987-ci ildə 25 nömrəli Orta Texniki
Peşə Məktəbinə tədris-istehsalat işləri
üzrə direktor müavini vəzifəsinə təyin
edilmişdir. 1988-ci ilin may ayında 60 nömrəli Orta Texniki
Peşə Məktəbinə
müvəqqəti direktor vəzifəsinə təyin olunmuş və rəhbərliyin
təşəbbüsü ilə 1988-ci il iyulun 1-dən 80
nömrəli Orta Texniki Peşə Məktəbinə direktor
vəzifəsinə göndərilmişdir. 1996-cı ildə
Nazirlər Kabinetinin qərarı ilə 80 nömrəli Orta
Texniki Peşə Məktəbinin bazasında 14 nömrəli Bakı Peşə
Liseyi
yaradılmışdır. Beləliklə, Vidadi müəllim ötən 36 illik pedaqoji fəaliyyəti
ərzində istehsalat təlimi ustası, ixtisas fənn müəllimi,
baş usta, tədris- istehsalat işləri üzrə direktor
müavini işləmiş və 1988-ci ildən isə
direktor vəzifəsində çalışır.
Vidadi
müəllim həmişə özünütəhsilə
xüsusi fikir vermiş və təhsilini artırmaqda davam
etmişdir. 1971-ci ildə Odessa Dəniz Donanması Mühəndisləri
İnstitutuna qəbul olunmuş və mühəndis-mexanik ixtisasına
yiyələnmişdir. İqtisadiyyat sahəsinə olan
marağı onu Moskva Kooperasiya İnstitutuna gətirmiş və 5 illik təhsildən sonra
iqtisadçı-mühasib ixtisasını almış, sonralar Zaqafqaziya
Komsomol Məktəbini və Marksizm-Leninizm Universitetini də bitirmişdir.
Vidadi
müəllim eyni zamanda yaradıcılıq işləri ilə
də məşğul olur. Özünün dediyi kimi, bu da
ona mərhum atasından qalmış mirasdır. O, təhsilimizin
problemləri ilə bağlı
onlarla elmi məqalənin müəllifidir. Onun məqalələri
"Gənc fəhlə", "Azərbaycan məktəbi", "Pedaqoji tədqiqatlar",
"Sənətkar" və digər jurnallarda nəşr
edilmiş, müxtəlif qəzetlərdə isə siyasi və
ictimai mövzularda məqalələri
çap olunmuşdur. "Sənətkar" jurnalının
40 illik yubileyinə həsr olunmuş müəlliflik
müsabiqəsində I yeri tutaraq Təhsil Nazirliyinin diplomuna
layiq görülmüşdür. O, eyni zamanda bir neçə
tədris proqramının və metodiki tövsiyələrin
müəllifidir.
Vidadi
müəllim bədii yaradıcılıqla da məşğul
olur. Onun şeirlər kitabı artıq nəşr edilmək
üçün hazırdır.
İşgüzar
və səmərəli fəaliyyətinə görə
Vidadi müəllim bir neçə dəfə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin, Respublika Həmkarlar
İttifaqları Konfederasiyasının və bir sıra təşkilatların
fəxri fərmanları ilə təltif olunmuşdur. Təhsil
sahəsindəki uğurlarına görə 2011-ci ildə
"Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş
nişanı ilə təltif edilmişdir.
Vidadi
müəllim ictimai işlərdə də
fəal olmuş, həmişə dövlət
və xalq mənafeyini hər şeydən
üstün tutmuşdur.
Bu keyfiyyətlərinə görə
1990-1995-ci illərdə Bakı şəhəri Nizami rayon sovetinin
deputatı və 1999-2004-cü illərdə Sabunçu
rayonu Bakıxanov bələdiyyəsinin üzvü seçilmişdir.
Həmin illərdə
Bakıxanov bələdiyyəsinin "Hüquq
məsələləri" daimi
komissiyasının sədri olmuşdur.
Vidadi
müəllim təhsil nazirinin əmri ilə peşə məktəblərinin
(liseylərinin) akkreditasiyası komissiyalarında sədr və
komissiya üzvü kimi fəal iştirak edir. Mən bunu birlikdə fəaliyyət göstərdiyimiz
komissiyaların işi zamanı
müşahidə etmişəm. O, işgüzar,
prinsipial, intizamlı və bilikli olduğu qədər
də sadə, yoldaşlıqda mehriban və
şən əhvali-ruhiyyəyə
malik bir
insandır. Onunla Mingəçevirdə, Xaçmazda, Balakəndə, Ağdamda, Cəlilabadda və Zaqatalada birgə ezamiyyədə olduğum günlərdə onu
daha da yaxından
tanıdım. Peşə təhsili sahəsini dərindən
bilən, siyasi savadlı, vətənə
və millətə bağlı bir
ziyalı olduğu qədər dostluğa da sədaqətli
olduğuna bir daha əmin oldum.
Vidadi
müəllimin rəhbərlik etdiyi 14
nömrəli Bakı Peşə Liseyinin mühəndis-pedaqoji işçiləri
onun haqqında ancaq xoş sözlər söyləyirlər. Çünki o,
hamını diqqətlə dinləyir, onların
qayğısına qalır və imkan
daxilində problemlərinin həlli üçün
köməklik göstərir. Şagirdlər və
valideynlər arasında xüsusi hörmətə
malikdir.
Vidadi
müəllim gözəl ailə
başçısıdır: 4 övladı və 4 nəvəsi
vardır. Oğlu İlqar
ali təhsillidir, Azərbaycan Dövlət
Bədən Tərbiyəsi və İdman
Akademiyasının bakalavr və magistr pillələrini bitirmişdir.
Karate idman növü üzrə 2-ci dan
qara kəmər almışdır. İdman ustasıdır. Bakı Sənaye Pedaqoji Texnikumunda müəllim
işləyir.
Qızı
İradə ali pedaqoji
təhsillidir. Bakı
Qızlar Universitetinin bakalavr pilləsini bitirmişdir. Bakı Sənaye Pedaqoji
Texnikumunda müəllim işləyir.
Qızı Nailə Azərbaycan Dillər
Universitetinin bakalavr və magistr pillələrini
bitirmişdir. Bakı Sosial İqtisad Kollecində müəllim
işləyir.
Qızı Sevinc Azərbaycan
Müəllimlər İnstitutunun bakalavr
pilləsini bitirmişdir. Bakıdakı 90 nömrəli
orta məktəbdə informatika müəllimi işləyir.
Bunları sadalamaqla Vidadi müəllimin rəhbərlik etdiyi
ailənin ziyalı, nümunəvi bir ailə olduğunu
oxucuların nəzərinə çatdırmaq istəyirəm.
Bu gün Vidadi Quliyev ömrünün
60-cı baharını yaşayır. Bu yaş Vidadi müəllimə
çox yaraşır. Çünki bu
gün o, sözün əsl mənasında, kamillik
dövrünü yaşayır. Onun
çöhrəsində altımışın müəyyən
cizgiləri görünsə də o, hələ enerjili,
odlu-alovlu bir gənc təsiri bağışlayır insana.
Çünki dağ vüqarlı ellərin izi
var onda. Mən ümidvaram ki, Vidadi Quliyev bundan sonra da dövlətimiz və qədirbilən
xalqımız üçün yorulmadan çalışacaq,
neçə belə yubiley illərinin səadətini onu istəyənlərə
bəxş edəcəkdir.
Çoxsaylı peşə təhsili işçiləri
adından Vidadi müəllimi yubiley münasibətilə təbrik
edir, ona uzun ömür, cansağlığı və işlərində
müvəffəqiyyətlər arzulayıram.
Şahbaz BALAKİŞİYEV,
"Sənətkar" jurnalının
baş
redaktoru
Azərbaycan müəllimi.- 2012.- 1 iyun.- S.7.
internetdə
saytda
AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU
ƏN
YAXŞI
MÜƏLLİMLƏR
ƏN
YAXŞI
MƏKTƏBLƏR
700 BAL
TOPLAYANLAR
AZƏRBAYCANIN
TƏHSİL NAZİRLƏRİ
DÜNYA UNİVERSİTETLƏRİ