"Gənc istedadlar" liseyində son
zəng
Mayın 31-də Bakı Dövlət
Universitetinin nəzdindəki "Gənc istedadlar"
liseyində "Son zəng" mərasimi
keçirildi. Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov,
Təhsil Nazirliyinin nümayəndəsi
Adilə Mahmudova, liseyin
Valideynlər Komitəsinin sədri, şair
Oqtay Zəngilanlı, müəllim-şagird
kollektivi, valideynlər və digər
şəxslər iştirak edirdilər.
Tədbiri
giriş sözü
ilə açan akademik
Abel Məhərrəmov məzunları təbrik
edərək onlara gələcək həyatlarında
uğurlar arzuladı. Qeyd
etdi ki, lisey artıq dördüncü
ildir ki, məzunlarını
Azərbaycan cəmiyyətinə yola
salır. Liseyi bitirən məzunların qəbul
imtahanlarında yüksək nəticələr göstərdiyini
qeyd edən A.Məhərrəmov həmin
göstəricinin bu il
də təkrar olunacağına ümid bəslədiyini
bildirdi. Rektor qeyd etdi ki,
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının statistik məlumatına
əsasən liseyin 2009, 2010 və 2011-ci il məzunları topladıqları orta bala və düzgün cavabların faizinə görə
respublikada birinci olmuşdur. Dövlət tərəfindən
təhsilə göstərilən qayğıdan söz açan rektor ölkə Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi
altında bütün sahələrdə
aparılan islahatları yüksək qiymətləndirərək
məzunlara bu imkanlardan
maksimum dərəcədə
faydalanmağı tövsiyə etdi.
Liseyin məzunlarının
böyük tarixə malik
olan BDU-nun
adını və şərəfini hər yerdə ləyaqətlə
daşıyacaqlarına inandığını vurğulayan A.Məhərrəmov təhsil
müəssisəsinin 2011-2012-ci tədris ili
ərəfəsində bir çox nailiyyətlər əldə etdiyini nəzərə çatdırdı. Bildirdi ki, liseyin şagirdi
Sona Quluzadə Qazaxıstanda keçirilən
Beynəlxalq Mendeleyev Olimpiadasında bürünc medala layiq görülmüş,
liseyin şagirdləri Mahirə Səfərəlizadə
və Arif Bayramov ABŞ-da keçirilən "Sabahın alimləri"
Beynəlxalq müsabiqədə iştirak
etmiş, Nərmin Abbasova
isə ümummilli lider
Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümünə həsr olunmuş inşa yazı
müsabiqəsinin qalibi olmuşdur.
Tədbirdə
çıxış edən liseyin direktoru, professor Qasım Hüseynov qonaqları salamlayaraq
məzunlara qarşıdan gələn imtahanlarda
müvəffəqiyyətlər arzuladı. Q.Hüseynov
lisey haqqında məlumat verərək qeyd etdi ki,
bu il təhsil
ocağını 42 şagird bitirir.
Onlardan
28 nəfərinin Azərbaycan, 14 nəfərinin isə rus bölməsinin şagirdləri olduğunu bildirən professor
liseyin builki məzunlarının
da yüksək nəticələr
göstərərək nüfuzlu ali təhsil müəssisələrinə daxil olacaqlarına ümidvar
olduğunu qeyd etdi. Məzunları və onların
valideynlərini əlamətdar gün
münasibətilə təbrik edən Q.Hüseynov
onlara ölkəmizə layiqli
vətəndaş və şəxsiyyət olmalarını, daim çalışmağı tövsiyə
etdi.
Digər
çıxış edənlər də məzunları təbrik
edərək onlara uğurlar
arzuladılar.
Tədbirə
Dövlət himnimizin sədaları
altında Dövlət bayrağı və BDU-nun
bayrağı gətirildi. Şagirdlərin
hazırladıqları bədii hissədən sonra
rəmzi açar onunculara
verildi, son zəng səsləndi.
Niyazi
RƏHİMOV
Azərbaycan
müəllimi.- 2012.- 1 iyun.- S.5.