Məktəbdə şahmat bayramı
Mayın 24-də Şabran şəhər R.Yusifov
adına 2 nömrəli tam orta məktəb-liseydə "Şahmat idmanın şahıdır" mövzusuna həsr
olunmuş əyləncəli şahmat
bayramı keçirildi. Məktəbin riyaziyyat müəllimi Muradxan
Səfərəliyevin hazırladığı tədbirdə
şagirdlər, valideynlər və digər qonaqlar
iştirak edirdilər. Tədbir
Azərbaycanın Dövlət himninin
oxunması ilə başladı.
Məktəbin sinifdənxaric və məktəbdənkənar
işlər üzrə təşkilatçısı G.Rzayeva şahmat bayramının təşkil
olunmasında xidməti və əməyi
olanlara təşəkkürünü bildirərək tədbiri
açıq elan etdi.
O, şahmatın tarixindən danışaraq onun dünyanın ən qədim və
maraqlı oyunlarından biri olduğunu, Azərbaycanda da
bu oyuna geniş yer verildiyini vurğuladı. Bildirdi
ki, gənclərdən S.Xəlilbəyli,
A.Zeynallı, V.Bağırov, Ç.Sultanov və başqaları respublika və beynəlxalq səviyyəli
müxtəlif yarışlarda iştirak
edərək yüksək nəticələr əldə
etmişlər.1980-2000-ci illərdə respublikamızda şahmat getdikcə daha böyük vüsət almış və
beynəlxalq ustalar yetişmişdir.
Sonra məktəbin direktoru Rafiq Hüseynov
çıxış edərək idmanın, xüsusən
şahmatın əhəmiyyətindən danışdı. Qeyd etdi ki, əsası
ümummilli liderimiz
Heydər Əliyev tərəfindən qoyulan
idman və gənclər siyasəti bu gün möhtərəm Prezidentimiz
cənab İlham
Əliyev tərəfindən yüksək səviyyədə uğurla davam etdirilir. Respublikanın
paytaxtı ilə yanaşı regionlarda da inşa edilən
idman-sağlamlıq komplekslərinin sayı durmadan
artır. Şabranda da
idman sahəsinə böyük
diqqət və qayğı var.
İdmançılarımız beynəlxalq yarışlarda,
dünya və Avropa
çempionatlarında, olimpiya
oyunlarında ölkəmizi layiqincə təmsil edirlər.
Bu uğurlar şahmat sahəsində də özünü
göstərir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq
olunmuş "2009-2014-cü illərdə
Azərbaycanda şahmatın inkişaf
etdirilməsi Dövlət Proqramı"nın icrası ilə
əlaqədar Təhsil Nazirliyi tərəfindən
müvafiq işlər görülür. Proqrama
uyğun olaraq
respublikamızın 75 ümumtəhsil orta
məktəbində cari ildə II siniflərin
tədris proqramlarına bir saat şahmat dərsi
salınmışdır.
Dövlət
Proqramına uyğun olaraq
silsilə tədbirlərin həyata
keçirilməsi, respublikamızda şahmat
idman növünün
daha da inkişaf
etdirilməsi, şagirdlərin intellektual
səviyyəsinin yüksəldilməsi, şahmatın
kütləviliyinə nail olunması məqsədilə
2012-ci ildən başlayaraq rayonumuzda seçilmiş bir
ümumtəhsil məktəbində - R.Yusifov
adına 2 nömrəli texniki fənlər
təmayüllü tam orta
məktəbdə şahmat dərsləri
tədris olunur.
Bununla əlaqədar Respublika Təhsil Nazirliyinin
xüsusi kursundan keçən
ali dərəcəli riyaziyyat müəllimi, şahmat
üzrə dəfələrlə rayon birincisi olmuş, 1-ci dərəcəli
şahmatçı Muradxan Səfərəliyev
yanvar
ayında xüsusi treninqlərdə
iştirak etmişdir.
Həmin
vaxtdan məktəb-liseyin ikinci
siniflərində şahmat dərsləri
müvəffəqiyyətlə keçilir.
Bu dərslər valideynlərin və
şagirdlərin böyük
marağına səbəb olmuşdur. Bugünkü şahmat
bayramında uşaqlar öz
bilik və bacarıqlarını nümayiş etdirdilər.
Məktəb-liseyin riyaziyyat müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Muradxan Səfərəliyev şahmatın həm bir oyun, həm elm, həm də idmanın bir
növü olduğunu
bildirdi. Bu oyun insanı həm mənəvi, həm də
zehni cəhətdən kamilləşdirir. O,
son illərdə rayonumuzda
şahmat
üzrə xeyli işlərin
görülməsinin nəticəsi kimi respublika yarışlarında uğurla
iştirak edən Vüsalə,
Şölə kimi dərəcəli
şahmatçıların yetişməsini bu
sahədə uğurlarımızın bariz
nümunəsi olduğunu qeyd etdi. Şagirdlərin, xüsusən kiçikyaşlıların bu oyuna olan
maraq və həvəsindən
danışan M.Səfərəliyev bildirdi
ki, bugünkü
körpə fidanlar gələcəkdə
gözəl şahmatçılar kimi
yetişəcək, Azərbaycanı
beynəlxalq şahmat
yarışlarında təmsil
edəcəklər.
Sonra II siniflərin
komandaları arasında "Şahmat
viktorinası" və şahmat üzrə
sadə məsələ həlli yarışması keçirildi. Şahmat
üzrə viktorinada II "b" və II "ç"
siniflərinin komandaları, şahmat
üzrə məsələ həlli yarışmasında isə
II "a" və II "c"
siniflərinin komandaları fərqləndilər. Muradxan
Səfərəliyev rayon şahmat məktəbinin
müəllimləri Ramil Səfərəliyev
və Çingiz Bağırovdan ibarət
münsiflər heyətinin yekdil rəyi
ilə hər dörd komanda
qalib hesab edildi. Komandaların kapitanları II "a" sinif şagirdi Fərman Əliyev, II "b" sinif şagirdi Elmira Şəfiyeva, II "c"
sinif şagirdi Elnurə
Qəniyeva və II "ç" sinif şagirdi Bahar Mehdiyevaya hədiyyələr
verildi.
Sonra bədii əyləncəli
hissə başlandı. Bu hissədə
VI sinif şagirdi Mələk Babayeva " Mənim
balaca dostum",
VI sinif şagirdi Səbinə Mehdiyeva "Müəllim" şeirlərini
söylədilər. Balaca şahmatçılar arasında
milli rəqs müsabiqəsi keçirildi. Kiçikyaşlı fidanlar milli rəqslərlə qonaqları və tədbir
iştirakçılarını salamladılar. IX "c" sinif şagirdi
Seymur İsaqovun ifasında "Azərbaycan"
mahnısı dinlənildi, məktəbin şagirdləri vətənpərvərlik
ruhunda və şahmata
həsr olunmuş şeirlər söylədilər.
Sonda şahmata aid məsələləri tez
və düzgün həll edənlərə
xüsusi həvəsləndirici mükafat və hədiyyə verildi.
Tədbirin
sonunda qonaqlar təəssüratlarını bildirdilər.
Rayon şahmat məktəbinin
direktoru Ağarəhim Beydullayev
Muradxan müəllimə rayonda
şahmatın inkişafında göstərdiyi əməyinə görə Fəxri
fərman təqdim etdi.
Kəmalə ŞEYDAYEVA,
Şabran
şəhər R.Yusifov
adına
2 nömrəli tam orta
məktəb-liseyin
dil-ədəbiyyat
müəllimi
Azərbaycan
müəllimi.- 2012.- 8 iyun.- S.7.