Təhsil
Nazirliyində görüş
Mayın 31-də təhsil naziri Misir Mərdanov
MDB məsələləri üzrə Federal Agentliyin rəhbəri
Konstantin Kosaçevin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Görüşdə
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Vladimir Doroxin və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Ənvər Şeyxov
iştirak ediblər.
Qonaqları salamlayan təhsil naziri Azərbaycanla
Rusiya arasında mövcud olan əlaqələrin bütün
istiqamətlərdə, xüsusi ilə təhsil sahəsində
sürətlə inkişaf etdiyini bildirib. Son zamanlar ölkəmizin
orta ümumi təhsil məktəblərində rus dilinə
marağın artdığını qeyd edən nazir ötən
əsrin 90-cı illərinin əvvəllərindən fərqli
olaraq hazırda rus dilinin öyrənilməsinə diqqətin
gücləndiyini vurğulayıb. Ali məktəblərdə
rus dili ilə bağlı problem olmadığını, eləcə
də Bakı şəhərindəki məktəblərdə
rus dilinin tədrisinin yüksək səviyyədə
aparılmasını diqqətə çatdıran Misir Mərdanov
rayonlarda fəaliyyət göstərən rusdilli məktəblərdə
tədris səviyyəsinin yüksəldilməsi
üçün müvafiq işlər görməyin zəruriliyini
vurğulayıb. Təhsil naziri gələn tədris ili
üçün rus dilinin tədrisi proqramının
hazırlanmasını, eyni zamanda Bakıda rus liseyinin
yaradılmasını təklif edib və bu məsələyə
dair qonaqların fikri ilə maraqlanıb.
MDB məsələləri üzrə
Federal Agentliyin rəhbəri Konstantin Kosaçev səmimi qəbula
görə Misir Mərdanova təşəkkürünü
bildirib. Azərbaycanda rus dilinin tədrisi vəziyyətindən
razı olduğunu deyən qonaq hər hansı bir ölkədə
rus dilinin inkişafı üçün praktiki iş və
peşəkar mütəxəssislərin tələb
olunduğunu qeyd edib. Qonaq rus dilinin inkişafı
üçün Rusiyanın maliyyə dəstəyi göstərməsi
və müvafiq əməkdaşlığın hüquqi cəhətdən
əsaslandırılması məsələlərinə də
toxunub. K.Kosaçev Azərbaycanda rus dilinin tədrisi
üçün əlverişli şəraitin
yaradılması istiqamətində görülən işləri
yüksək dəyərləndirib. Misir Mərdanovun
müvafiq təkliflərini qəbul etdiyini söyləyən
qonaq yaxın vaxtlarda qeyd olunan məsələlərlə əlaqədar
işə başlanacağını nəzərə
çatdırıb.
Daha sonra görüşdə bir
sıra digər məsələlərlə bağlı
müzakirələr aparılıb.
Azərbaycan
müəllimi.- 2012.- 8 iyun.- S.2.