15 iyun Milli Qurtuluş Günüdür

 

* Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam.

 

* Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır.

 

* Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.

 

* İnsan azadlığı, söz, vicdan azadlığı, insan hüquqlarının qorunması, bütün vətəndaşların eyni hüquqa malik olması, siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas atributları kimi bərqərar olmalıdır.

 

 * İndi müstəqil Azərbaycan dövlətinin qarşısında duran ən böyük vəzifələrdən biri respublikanın pozulmuş ərazi bütövlüyünü bərpa etməkdir. 

 

* Azərbaycanda zorla, güc işlətməklə, silah gücünə hakimiyyət əldə etmək mümkün deyildir. Bunu hamı bilməlidir, hamı dərk etməlidir və belə cinayət əməllərindən çəkinməlidir!

 

* Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz.

 

* Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xüsusiyyətləri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır.

 

* Silahlı Qüvvələrin yaradılması Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini təsdiq edən, onu nümayiş etdirən amillərdən biridir. 

 

* Tariximiz zəngindir, eyni zamanda əzab-əziyyətli  tarixdir.  Xalqımız  əsrlər  boyu böyük  sınaqlardan,  çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. 

 

* Hər bir şəxs Konstitusiyaqanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət    cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik,  hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir.

 

* Azərbaycan Respublikası dünya birliyi ilə tamhüquqlu inteqrasiyaya istiqamət götürmüşdürbunun üçün bütün imkanlara malikdir.

 

* Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur.

 

* Azərbaycan xalqı bəşər tarixinə böyük, dəyərli, dahi simalar bəxş etmiş, onların əsərləri, yaradıcılığı dünya elmini, mədəniyyətini zənginləşdirmiş, insanları maarifləndirmişdir.

 

 * Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır.

 

* Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq.

 

* İndi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar.

 

* Bizim  indiyə  qədər  yaranmış    yüksək nailiyyətlər  əldə  etmiş  dövlət  təhsil  sistemi  bundan  sonra  da  inkişaf  edəcək, yaşayacaq...

 

* İndi təhsil sahəsində gedən islahatlar müxtəlif xarakter daşıyır. Çox sevindirici haldır ki, biz dünyanın inkişaf etmiş ölkələrinin təhsil sistemlərinin təcrübəsini öyrənirik və tətbiq edirik. 

 

* İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycanın cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. 

 

*...Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu mənim prinsipial mövqeyimdir...

 

* Böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycanda təhsil iyirminci əsrdə çox sürətlə inkişaf edibdir və təhsilə cəlb olunmayan uşaq, gənc, insan yoxdur. Bu, bizim böyük nailiyyətimizdir ki, xalqımız tam savadlıdır, tam təhsillidir. 

 

* Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır... Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır.

 

* XX əsrdə keçdiyimiz tarixi yolda xalqımızın təhsillənməsi, ali təhsilin yaranması və inkişaf etməsi, elmin, mədəniyyətin, iqtisadiyyatın inkişaf etməsi ölkəmizi yüksək səviyyələrə gətirib çatdırıbdır... Azərbaycan elmin, təhsilin, mədəniyyətin, iqtisadiyyatın inkişafına görə öncül yerlərdən birini tutur.

 

* Azərbaycandan kənara - başqa ölkələrə təhsil almağa gedən gənclərə xüsusi tövsiyəm ondan ibarətdir ki, siz hansı ölkədə olursunuzsa olun, birinci vəzifəniz yüksək təhsil almaqdan, o təhsil ocağının imkanlarından istifadə edib hərtərəfli, hazırlıqlı bir vətəndaş olmaqdan ibarətdir.  

 

* Azərbaycanda təhsil sistemi dövlət qayğısı altındadır. Yəni Azərbaycanın məktəbləri, təhsil müəssisələri, universitetləri, az hissəsini nəzərə almasaq, demək olar ki, hamısı dövlətə məxsusdur. Dövlət təhsilin maliyyələşdirilməsini, yüksək təhsil almaq üçün müasir maddi-texniki bazanın yaradılmasını, məktəblərin şəraitinin yaxşılaşdırılmasını özünün əsas vəzifələrindən biri hesab edir.

  

 

Azərbaycan müəllimi.- 2012.- 15 iyun.- S.1.