BDU-da Həsən bəy Zərdabinin yubiley tədbiri və "Universitetin dostu" mükafatının təqdimat mərasimi keçirilib

 

İyunun 20-də Bakı Dövlət Universitetində Azərbaycan milli mətbuatının banisi, tanınmış publisist, pedaqoq təbiətşünas alim Həsən bəy Zərdabinin anadan olmasının 170 illiyinə həsr olunmuş yubiley tədbiri "Universitetin dostu" mükafatının təqdimat mərasimi keçirilib. Tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin xalqımızın mədəni-ictimai fikir tarixinə dəyərli töhfələr vermiş Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən danışıb. Qeyd edib ki, Həsən bəy Zərdabi redaktoru olduğu "Əkinçi" qəzetini nəşr etdirməklə milli mətbuatın bünövrəsini qoyub, dövrün ziyalılarını bu qəzet ətrafında birləşdirərək mühüm vəzifələrin uğurla həyata keçirilməsində misilsiz rol oynayıb.

Jurnalistikanı şərəfli məsuliyyətli peşə hesab edən Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin senzuranın ləğv olunması haqqında qərarından, Azərbaycan jurnalistlərinə göstərilən dövlət qayğısından, son illərdə jurnalistikanın cəmiyyət arasında mövqeyinin yüksəlməsindən, imicinin qalxmasından da danışıb.

Rektor kütləvi informasiya vasitələrinin Bakı Dövlət Universitetinə olan münasibətindən, universitet haqqında dolğun davamlı məlumatların respublika ictimaiyyətinə lazımi səviyyədə çatdırılmasında jurnalistlərin xidmətlərindən danışıb "Universitetin dostu" mükafatının məhz buna görə təsis edildiyini vurğulayıb. Rektor 10 nəfər KİV rəhbərinin "Universitetin dostu", bir qrup jurnalistin isə fəxri fərman və hədiyyəyə layiq görüldüyünü diqqətə çatdırıb.

Sonra jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev "Klassik Azərbaycan jurnalistikası ənənələri və müasirlik" mövzusunda məruzə edib.

Mətbuat informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova isə universitet-mətbuat münasibətlərindən, mətbuat informasiya şöbəsinin fəaliyyətindən, "Universitetin dostu" mükafatının təsis edilmə zərurətindən söz açıb.

Daha sonra "Universitetin dostu" mükafatı təqdim edilib. Bakı Dövlət Universiteti haqqında obyektiv, dolğun davamlı məlumatlar yayımladığına, elmin, təhsilin inkişafına göstərdiyi qayğıya görə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli,  "Space" Müstəqil Teleradio Şirkəti MMC-nin prezidenti Vaqif Mustafayev, "Azad Azərbaycan" Teleradio Yayım Şirkətinin prezidenti Vüqar Qaradağlı, "Lider" TV Radio Azərbaycan MMC-nin prezidenti Ədalət Əliyev, "Respublika" qəzetinin baş redaktoru Teymur Əhmədov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Ekspress" qəzetinin baş redaktoru Qəzənfər Bayramov, "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Bayram Hüseynzadə, "Modern.az" internet portalının baş redaktoru Elşad Eyvazlı, "Lent.az" İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu "Universitetin dostu" mükafatına layiq görülüblər. 

Fəaliyyət göstərdikləri KİV- BDU haqqında obyektiv davamlı yazılarına görə isə bir qrup jurnalistə fəxri fərman hədiyyələr təqdim olunub. 

 

 

Azərbaycan müəllimi.- 2012.- 22 iyun.- S.3.