Xüsusi
məktəbdə ixtisasartırma təhsili
Respublikamızda
xüsusi qayğıya ehtiyacı olan əqli və fiziki cəhətdən
qüsurlu, əlil uşaqların sosial müdafiəsi, onların təhsil
aldığı xüsusi təhsil müəssisələrinin
inkişafı Azərbaycan
Respublikası Prezidentinin diqqət mərkəzindədir.
Xüsusi təhsillə bağlı İnkişaf Proqramının
hazırlanması zərurəti də məhz ölkə rəhbərliyinin
bu problemə müntəzəm
qayğısının nəticəsidir. Qısa bir vaxt ərzində müvafiq qanunvericilik
bazasının yaradılması nəticəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkilinə
əlverişli zəmin yaradılmışdır. Belə ki, 2001-ci ildə "Sağlamlıq
imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan
Respublikasının Qanunu qəbul edilmişdir. Qanunda xüsusi təhsil sahəsində
dövlətin vəzifələri müəyyənləşdirilmiş,
sağlamlıq imkanları məhdud şəxslərin,
onların valideynlərinin və ya digər
qanuni nümayəndələrinin xüsusi təhsil sahəsində hüquq və vəzifələri öz əksini tapmış, xüsusi
təhsilin təşkili, xüsusi təhsil
sisteminin idarə olunması təsbit olunmuşdur. Respublikada xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqlar üçün
25 xüsusi və internat
tipli məktəb fəaliyyət göstərir.
Onlardan 18-i internat tipli müəssisə, 7-si xüsusi
məktəbdir. Bu müəssisələrdə
ümumilikdə 5535 nəfər şagird
təhsilə cəlb olunmuşdur.
Onların təlim-tərbiyəsi ilə 1996 pedaqoji
işçi məşğul olur. Qeyd olunan
müəssisələrdən 16 internat-məktəb Təhsil
Nazirliyi sistemindədir. Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən
7 xüsusi məktəbdə xüsusi qayğıya ehtiyacı olan 2263 nəfər şagird
təhsilə cəlb olunmuşdur.
Son illərdə xüsusi təhsil müəssisələrinin
maddi-texniki və tədris bazasının
möhkəmləndirilməsi istiqamətində bir sıra məqsədyönlü işlər
görülmüşdür. O cümlədən Nəsimi rayonundakı 268 nömrəli
xüsusi məktəb müasir
standartlara uyğun əsaslı
təmir edilmişdır. Burada respublika üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili
sahəsində xeyli müsbət təcrübə
toplanmışdır.
Əqli
və fiziki cəhətdən qüsurlu uşaqların təhsil
aldığı 268 nömrəli xüsusi
məktəb 1927-ci ildən fəaliyyət göstərir.
Hazırda məktəbdə 800 şagird
və 242 müəllim çalışır. Məktəb
2003-cü ildə ilk dəfə Heydər
Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın
qayğısı sayəsində əsaslı təmir olunub, əlavə idman korpusu və yeməkxana tikilib. Məktəb lazımi avadanlıqlarla təmin edilmişdir. 1997-ci ildən məktəbə
rəhbərlik edən S.Mustafayevin
Bakı şəhəri Psixoloji-Tibbi
Komissiyasının üzvü və Respublika Psixoloji-Tibbi Pedaqoji Komissiyasının katibi
kimi uğurlu fəaliyyəti
ölkə Prezidenti tərəfindən
yüksək dəyərləndirilib. O, "Tərəqqi"
medalı ilə təltif olunub.
Məktəbin
müəllim və şagirdləri Heydər Əliyev Fondunun dəstəyi ilə 2006-2008-ci illərin
aprel aylarında Türkiyənin İstanbul şəhərində keçirilən
I, II və III Uluslararası "Gülen Çocuk Şenliği"
festivalında, 2008 və 2010-cu illərin iyun
ayında Polşanın Tçev şəhərində
keçirilən
VI və VIII Beynəlxalq Teatrlar
festivalında iştirak ediblər.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların inteqrasiyalı (inklüziv) təliminin təşkili, xüsusi təhsil müəssisələrinin
mövcud problemlərinin aradan
qaldırılması, onların dinamik
inkişafının təmin edilməsi, həmin müəssisələrdə
çalışan müəllimlərin peşəkarlıq
səviyyəsinin
yüksəldilməsini daim
diqqətdə saxlayan S.Mustafayev
Azərbaycan Müəllimlər İnstitutunun
rektoru, professor, Milli Məclisin deputatı Aqiyə
Naxçıvanlıya rəhbərlik etdiyi
məktəbin pedaqoji
kollektivinin pedaqoji-psixoloji
elmlər sahəsində yeniliklərin öyrənilməsinə
ehtiyaclarını, məktəbin profilini
nəzərə almaqla ixtisasartırma təhsilinin
təşkil olunması ilə bağlı müraciət
etmişdir. Azərbaycan Müəllimlər
İnstitutunun rəhbərliyi bu təklifi qəbul edib məsələnin
həlli üçün tədbirlər
müəyyənləşdirdi. Həmin tədbirlərə
əsasən, 60 saatlıq tematik plan əsasında
11-21 iyun 2012-ci il
tarixlərində keçiriləcək
təlimlərin Azərbaycan Müəllimlər İnstitutunun psixologiya
kafedrasının əməkdaşları psixologiya
üzrə fəlsəfə doktorları dosent
N.Pzayeva, dosent
M.İsmayılova. İ.Sultanova, Q.Əzizov, L.Qurbanova, baş müəllim Ç.Verdiyeva,
pedaqogika kafedrasının əməkdaşları,
dosent Ə.Bədəlova, dosent
Z.Kərimova, baş müəllim G.Eminova, Xüsusi
Qayğıya Ehtiyacı olan Uşaqlar Layihəsinin rəhbəri F.Əmirova
və Müasir Təhsilə və Tədrisə
Yardım Mərkəzinin mütəxəssisi L.Səfərxanova tərəfindən
aparılması qərara alındı.
Təlimin
açılışında çıxış edən Azərbaycan Müəllimlər İnstitutunun əlavə təhsil üzrə
prorektoru Rahim Əzizov
qeyd etdi ki, inklüziv təhsilin
inkişafı dünyanın bir çox ölkələrinin təhsil siyasətinin
prioritetlərindəndir. Artıq
Azərbaycanın bir sıra
ümumtəhsil məktəbində və uşaq
bağçalarında xüsusi
qayğıya ehtiyacı olan
uşaqların inteqrasiyası həyata keçirilir,
inklüziv sinif və
qruplar açılır. Sevindirici
haldır ki, Nəsimi rayonundakı 268
nömrəli məktəbin bu sahədə
olduqca maraqlı təcrübəsi var. R.Əzizov diqqətə çatdırdı
ki, inklüziv təhsillə
bağlı institutda beynəlxalq elmi-praktik konfranslar keçirilir, institut nəzdində
"İnklüziv Təhsil Mərkəzi"nin
fəaliyyətinə hazırlıq işləri gedir.
Dünyaya Baxış və Açıq Cəmiyyət İnstitutu, Təhsildə İnnovasiyalar
Mərkəzi, Təhsil Nazirliyinin müvafiq qurumları YUNESKO-nun
Uşaq Fondu və digər
təşkilatların iştirakı ilə institutumuzda
inklüziv təhsillə bağlı seminarlar təşkil edilir.
Hazırda 268 nömrəli xüsusi məktəbdə
155 müəllimin iştirakı ilə keçirilən təlimlər xüsusi
xarakter daşıyır.
Məktəbin
təcrübəli biologiya müəllimi
Rəna Sədiyeva
ixtisasartırma təhsilində aparılan təlimləri
yüksək qiymətləndirərək qeyd
etdi ki, Azərbaycan
Müəllimlər İnstitutunun rəhbərliyi
tərəfindən həyata keçirilən təlimlər
təhsilin keyfiyyətinin yüksəldilməsinə
imkan verir. Təlimlərdə əldə etdiyimiz
yeni bilik və
bacarıqlar yeni
tədris ilində daha səmərəli
fəaliyyət göstərməyimizə kömək edəcəkdir.
Təlimdə
fəal iştirak edən müəllimlərdən
Elmira Lətifova, Aydan
Xanməmmədova, Elmira Əliyeva, Leyla
Yaqubova və başqaları təlimlərin səmərəliliyini
qeyd edərək hərtərəfli inkişaf etmiş şəxsiyyətin
formalaşmasını təmin etmək üçün
təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq naminə hər bir müəllimin professional
səviyyəsinin, peşə ustalığının
artırılmasında, pedaqoji kadrları
yeni təlim üsulları ilə
silahlandırmaq, təhsil sahəsində baş
verən yenilikləri müasir tələbatlara
uyğun olaraq onlara öyrətmək üçün
yerlərdə keçirilən təlimlərin əhəmiyyətini
vurğuladılar.
Məktəbin
direktoru S.Mustafayev Azərbaycan
Müəllimlər İnstitutunun 268
nömrəli xüsusi məktəbdə keçirdiyi
təlimlərin pedaqoji kollektivin
həyatında mühüm hadisə olduğunu, Azərbaycan Müəllimlər İnstitutu ilə əməkdaşlığı
davam etdirəcəklərini bildirdi, yüksək səviyyəli təlimlərə və
göstərilən metodiki xidmətə
görə institutun rəhbərliyinə
və əməkdaşlarına
təşəkkür etdi.
Zülfiyyə
VƏLİYEVA,
Azərbaycan
Müəllimlər
İnstitutunun
metodisti,
əməkdar
müəllim
Azərbaycan
müəllimi.- 2012.- 22 iyun.- S.4.