Şahmat üzrə Məktəblilərin Avropa Çempionatına yekun vurulub

 

12-21 iyun tarixlərində Yunanıstanın Kalitea  şəhərində Məktəblilərin Avropa Çempionatı keçirilmişdir. Hər il keçirilən bu çempionat Avropa Şahmat İttifaqı (ECU), Məktəblilərin Beynəlxalq Şahmat İttifaqı (İSCU) və Yunanıstan Şahmat Federasiyası tərəfindən təşkil olunmuşdur. Azərbaycanın məktəbli şahmatçıları demək olar ki, hər il bu yarışlarda müvəffəqiyyətlə iştirak edirlər. Bu il  respublikamız 12 şahmatçı ilə təmsil olunmuşdur.

6 yaş qrupunda keçirilən çempionatda Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Bakı şəhər 136 nömrəli məktəbin şagirdi Aytən Əmrayeva 15 yaşadək qızlar arasında I yeri tutaraq gızıl, "Gənc istedadlar" liseyinin şagirdi Aqil Pirverdiyev isə 17 yaşadək oğlanlar arasında II yeri tutaraq gümüş medal qazanmışlar. Həmin məktəbin digər yetirmələri olan Bakı Avropa Liseyinin şagirdi Miradil Zeynallı 15 yaşadək oğlanlar arasında 4-cü, 238 nömrəli məktəbin şagirdi Nicat İsmayılov  həmin qrupda 6-cı, 72 nömrəli məktəbin şagirdi İlkin Bayramov 13 yaşadək oğlanlar arasında 17-ci, 23 nömrəli məktəbin şagirdi Elbrus Məmmədov  21-ci, 212 nömrəli məktəbin şagirdi Nəriman İmanov isə 11 yaşadək oğlanlar arasında 6-cı yeri tutmuşlar.

Digər şahmatçılarımızdan Lənkaran Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Cavidan Babazadə 17 yaşadək qrupda 5-ci, Cəfərsadıq Ağazadə və  Orxan Kərimov isə 13 yaşadək qrupda uyğun olaraq 13-cü və 18-ci, Cahangir Mirizadə isə 11 yaşadək qrupda 12-ci yerə çıxmışlar.

Zaqatala Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Nihad Məmmədov 9 yaşadək qrupda isə 9-15-ci yerləri bölüşdürmüşdür.

Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Şirmayə Hüseynova 15 yaşadək qrupun hakimi olmuşdur.

 

 

İbrahim MƏMMƏDOV,

komandanın rəhbəri, "Təhsil" Respublika

İdman Mərkəzinin direktor müavini

 

Azərbaycan müəllimi.- 2012.- 29 iyun.- S.15.