Hüseyn Cavidin 130 illik
yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası
təhsil nazirinin əmri
Azərbaycan
Respublikası Prezidentinin "Hüseyn Cavidin 130 illik yubileyinin
keçirilməsi haqqında" 16 fevral 2012-ci il tarixli, 2051
nömrəli sərəncamının icrasını təmin
etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, böyük şair və
dramaturq Hüseyn Cavidin
(Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 130
illik yubileyinin keçirilməsinə
dair Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tədbirlər
planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar
Respublikasının təhsil naziri, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər
Təhsil İdarəsinin, rayon, şəhər təhsil
şöbələrinin müdirləri, ali, orta ixtisas, ilk
peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri
tədbirlər planının icrasını təmin etsinlər.
3.
Müəssisələrin rəhbərlərinə tədbirlər
planının icrasının təmin
ediməsi və görülmüş işlər haqqında
məlumatın 25 noyabr 2012-ci il tarixinə qədər Təhsil
Nazirliyinə təqdim edilməsi tapşırılsın.
4. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını və
tədbirlər planı ilə birlikdə Təhsil Nazirliyinin
İnternet səhifəsində yerləşdirilməsini təmin
etsin.
5. Ümumi şöbə
(X.Fərəcov) əmr və tədbirlər planının
çoxaldılıb yerlərə
çatdırılmasını
təmin etsin.
6. Əmrin icrasına nəzarət
nazir müavini Q.Novruzova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan
Respublikasının təhsil naziri
2 mart
2012-ci il
Azərbaycan
müəllimi.- 2012.- 8 mart.- S.2.