"Sabahın alimləri"
Respublika müsabiqəsinin yekunları
haqqında
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası təhsil
nazirinin 12 oktyabr 2011-ci il tarixli, 1649 nömrəli əmrinə
əsasən 23-24 fevral 2012-ci il tarixlərində İntel İSEF
Beynəlxalq müsabiqəsi çərçivəsində
"Sabahın alimləri" Respublika müsabiqəsi
keçirilmişdir.
Müsabiqənin həmtəşkilatçıları
və sponsorları Təhsil Nazirliyi, Gənclər və
İdman Nazirliyi, "Mədəd" təşkilatı və
İntel korporasiyası olmuş, elmi dəstək isə
Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət
Universiteti tərəfindən verilmişdir.
Müsabiqədə Bakı və
Sumqayıt şəhərlərində fəaliyyət
göstərən 18 ümumi təhsil müəssisəsinin
IX-XI sinif şagirdləri öz tədqiqat layihələri ilə
iştirak etmişlər.
Müsabiqənin münsiflər heyəti
8 kateqoriya (riyaziyyat, fizika, kimya, biologiya, tibb, sağlamlıq və
psixologiya, ekologiya, mühəndislik, kompüter elmləri)
üzrə şagird layihələrinin qiymətləndirilməsini
həyata keçirmişdir. Münsiflər heyətinin qərarına
görə müxtəlif nominasiyalar üzrə I, II və
III yerlərə 37 layihə 57 şagird, o cümlədən
I yerə 7 layihə 13 şagird, II yerə 13 layihə 17
şagird, III yerə 17 layihə 27 şagird layiq
görülmüşdür.
Qaliblərə
müsabiqənin təşkilatçıları adından diplom, medal, pul mükafatları və hədiyyələr
təqdim edilmiş, yer
tutmayan finalçılara isə
müsabiqənin sertifikatları verilmişdir.
Qeyd olunanları nəzərə
alaraq
ƏMR EDİRƏM:
1. 23-24 fevral
2012-ci il tarixlərində İntel
İSEF Beynəlxalq müsabiqəsi çərçivəsində
keçirilmiş "Sabahın alimləri"
Respublika müsabiqəsinin münsiflər
heyəti tərəfindən seçilən qaliblərin
siyahısı elan edilsin
(əlavə olunur).
2. Nəzərə
alınsın ki, 13-18 may
tarixlərində ABŞ-ın Pensilvaniya
ştatının Pitsburq şəhərində
keçiriləcək İntel İSEF
müsabiqəsində iştirak etmək üçün münsiflər heyəti tərəfindən
müsabiqənin qalibləri arasından aşağıda
adları göstərilən şagirdlər seçilmişdir:
- Məmmədov
Elxan Elşən oğlu,
akademik Z.Əliyeva adına məktəbin
X sinif şagirdi;
- Məmmədov
Orxan Elşən oğlu,
akademik Z.Əliyeva adına məktəbin
X sinif şagirdi;
- Bayramov Arif Anar
oğlu, BDU-nun nəzdində
"Gənc istedadlar" liseyinin
IX sinif şagirdi;
- Səfərəlizadə
Mahirə Mayis qızı, BDU-nun
nəzdində "Gənc istedadlar" liseyinin X sinif şagirdi;
- Həsənli
Elçin Əlihəsən oğlu, Sumqayıt şəhəri "İstedad" liseyinin X sinif şagirdi
(müşahidəçi qismində).
3. Nəzərə
alınsın ki, şagirdlərin və
onları müşayiət edən nümayəndə heyəti
üzvlərinin ezamiyyə xərcləri İntel
Fondation tərəfindən ayrılan qrant hesabına ödəniləcəkdir.
4. Təhsil Nazirliyi
Elm şöbəsinin müdiri,
"Sabahın alimləri" Respublika
müsabiqəsinin direktoru G.Hüseynovaya
tapşırılsın:
4.1. İntel İSEF-ə göndərilən
şagirdlərin layihələrinin ingilis
dilində hazırlanmasına nəzarət etsin;
4.2.
Şagirdləri ABŞ-a müşayiət
edəcək nümayəndə heyəti barədə təkliflərini
nazirliyin rəhbərliyinə təqdim etsin;
4.3. İntel İSEF-in Təşkilat
Komitəsinə müvafiq məlumatların
göndərilməsini təmin etsin.
5. Təhsil Nazirliyinin
Beynəlxalq əlaqələr şöbəsi (T.Əliyeva) İntel İSEF-də iştirak
edəcək şagirdlər üçün
pasport alınmasına köməklik etsin.
6. Təhsil Nazirliyinin
İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) bu əmrin "Azərbaycan
müəllimi" qəzetində və "Təhsil xəbərləri"
məcmuəsində dərc olunmasını, əlavəsi ilə
birlikdə nazirliyin İnternet
saytında yerləşdirilməsini təmin etsin.
7. Ümumi
şöbə (X.Fərəcov) əmrin
çoxaldılıb yerlərə göndərilməsini təşkil
etsin.
8. Əmrin icrasına nəzarəti
öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
13 mart
2012-ci il
Azərbaycan
müəllimi.- 2012.- 16 mart.- S.2.