"Heydər Əliyev və
Azərbaycanın intellektual
potensialının inkişafı" mövzusunda elmi-praktik konfrans
Mayın 10-da Bakı Pedaqoji Kadrların İxtisasartırma
və Yenidənhazırlanma
İnstitutunda ümummilli
lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə
həsr edilmiş
"Heydər Əliyev
və Azərbaycanın
intellektual potensialının
inkişafı" mövzusunda
elmi-praktik konfrans keçirildi.
Tədbir başlamazdan öncə iştirakçılar təhsil
müəssisəsində bu
il yaradılmış
Heydər Əliyev muzey-lektoriyası ilə tanış oldular. Burada ulu öndərin həyatının müxtəlif
dövrlərini əks
etdirən fotoşəkillər
və sənədlərə
baxdılar. Ümummilli liderin
ikinci dəfə respublikamıza rəhbərlik
etdiyi illərdən bəhs edən video-çarxa böyük maraqla tamaşa etdilər.
Konfransı giriş sözü ilə açan
BPKİYİ-nin rektoru,
professor Asəf Zamanov "Heydər Əliyev və Azərbaycanın elmi elitası" mövzusunda
məruzə etdi. Bildirdi ki, hələ 1969-cu ildə ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Azərbaycana rəhbərliyə
gələn zaman respublikamızın intellektual
potensialının inkişafı
üçün əlindən
gələni etdi.
Bütün intellektinin, iradəsinin
gücü ilə çalışdı ki,
Azərbaycan xalqında
güclü intellektual
potensial formalaşsın.
Bir faktı xatırlatmaq istəyirəm
ki, 1969-cu ildə bizim ölkəmizdən xaricə, yəni o vaxtkı SSRİ məkanına,
ittifaqın nüfuzlu
ali məktəblərinə
aparıcı ixtisaslar
üzrə təhsil almağa göndərilən
gənclərin sayı
heç 50 nəfər
deyildi və həmin gənclərin də çox az hissəsi azərbaycanlılar idi. Əksəriyyətini qeyri-millətlərin nümayəndələri təşkil
edirdi. Lakin həmin ildən
başlayan o böyük
siyasət intellekt yarışında Azərbaycanın
birincilər sırasına
çıxarılmasında öz rolunu oynadı. Belə ki, 1981-82-ci illərdə Azərbaycandan ölkənin
aparıcı ali məktəblərinə
göndərilənlərin sayı artıq 1000 nəfəri keçmişdi.
Həmin potensialın
üzərinə staj
keçməyə, aspiranturaya,
doktoranturaya göndərilənlərin sayını
da gəlsək 1500-ə
qədər olurdu.
Bunların
hamısı isə gələcəkdə müstəqil Azərbaycanın
idarə edilməsi üçün
görülən işlərin başlanğıcı idi, - deyən A.Zamanov bildirdi ki, məhz həmin
vaxt böyük Heydər
Əliyevin müdrik və uzaqgörən
siyasəti nəticəsində ölkəmizdən kənara göndərilən,
yüksək təhsil almış insanlar
bu gün müxtəlif
məsul vəzifələrdə layiqincə təmsil olunurlar. Qeyd edildi ki, Heydər Əliyev hələ 1969-cu ildə təxminən
25-30 il əvvəli çox
yaxşı görürdü.
1970-1980-ci
illərdə Heydər Əliyevin Azərbaycan üçün
gördüyü nəhəng işlərdən
söhbət açan rektor
onu da qeyd
etdi ki, Heydər Əliyev
ikinci dəfə hakimiyyətə gələndə
ilk görüşü
Azərbaycan Elmlər Akademiyasında olub. O vaxtlar
akademiyanı ləğv etmək istəyirdilər, amma Heydər Əliyev akademiyaya,
onun alimlərinə yüksək qiymət
verdi. Bu onu göstərirdi ki, bizim ümummilli liderimiz ölkənin intellektual
potensialının inkişafında öz
sözünü deyib.
Asəf Zamanov
çıxışında onu da vurğuladı ki, bu gün ölkə dinamik inkişaf edir. Beynəlxalq təşkilatların
hesabatlarında da dəfələrlə qeyd edilir ki,
Azərbaycan inkişaf sürətinə
görə lider ölkələr
sırasındadır. Amma bu
liderlik sırasında olmağın əsası
ümummilli liderimiz
Heydər Əliyev tərəfindən qoyulub.
Bu gün də ölkəmizin Prezidenti,
möhtərəm İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. İnanırıq ki,
bu uğur nəinki BMT-nin Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü olmaqla yekunlaşacaq, əksinə daha
da inkişaf edəcək.
Vurğulandı ki, Azərbaycan bu gün dünyanın ən
qlobal məsələlərinin həllində
iştirak edir. Bu, bizim ölkə üçün çox böyük xidmətdir. Biz
hamımız bundan qürur
duyuruq. Ulu öndər
dəfələrlə deyirdi ki, mən fəxr edirəm ki,
Azərbaycanlıyam! Biz də fəxr edirik ki, Heydər Əliyevin
mənsub olduğu millətin nümayəndəsiyik.
Professor A.Zamanov
sonda onu da qeyd etdi
ki, biz də bir ali məktəb olaraq ümummilli liderimiz tərəfindən əsası qoyulan intellektin
inkişafı siyasətinin uğurla inkişaf etməsinə
çalışacağıq.
Konfransda daha sonra "Heydər Əliyev və elmə əsaslanan
iqtisadiyyatın formalaşması" mövzusunda
AMEA-nın həqiqi üzvü Asəf Nadirov, "Heydər Əliyev və Azərbaycanın
siyasi elitası" mövzusunda
YAP Binəqədi rayon təşkilatının
sədri Nəbi Xəlilov və "Miniatür"
kitab muzeyinin təsisçisi
və yaradıcısı,
Prezident təqaüdçüsü, əməkdar
mədəniyyət işçisi Zərifə
Salahova çıxış edərək
ulu öndərin Azərbaycan xalqı üçün gördüyü
əvəzsiz işlərdən, yeritdiyi müdrik daxili və xarici siyasətdən ətraflı
danışdılar.
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2012.- 11 may.- S.3.