Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimovun xatirəsinə həsr olunmuş respublika
çempionatı
Bu günlərdə Biləsuvar şəhərində
Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimovun xatirəsinə həsr olunmuş idmanın
ensin-karate növü üzrə birinci respublika çempionatı
keçirilib.
Biləsuvar Rayon Təhsil Şöbəsindən
aldığımız məlumatda qeyd olunur ki, Azərbaycan
Ensin-Karate Federasiyasının və rayon gənclər və
idman idarəsinin birgə təşkilatçılığı
ilə qəhrəmanın adını daşıyan lisey-məktəb
kompleksində keçirilən yarışlarda Bakı və
Lənkəran şəhərləri, Astara, Salyan, Biləsuvar,
Cəbrayıl, İmişli və Beyləqan
rayonlarının 70-ə yaxın
yeniyetmə və gənc
idmançısı müxtəlif çəki dərəcələrində
qələbə uğrunda mübarizə aparıb.
Yeniyetmələr, gənclər və
böyüklər arasında keçirilən
çempionatın məqsədi gənclərdə
ensin-karateyə marağı artırmaq, bu idman növü
üzrə dünya və Avropa çempionatlarında
iştirak edəcək Azərbaycan milli komandasının heyətini
formalaşdırmaqdır.
İki gün davam edən
çempionatda Biləsuvar rayonunun komandası birinci,
astaralı idmançılar ikinci, salyanlı karateçilər
üçüncü yerləri tutublar.
Qaliblərə medallar, diplomlar və kuboklar təqdim edilib.
Azərbaycan müəllimi.- 2012.- 2 noyabr.- S.10.