Lisey
uğurlarını artırır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin "Ən yaxşı
ümumtəhsil məktəbi və ən yaxşı müəllim
mükafatının təsis edilməsi haqqında" imzaladığı müvafiq sərəncam Bakıdakı 16 nömrəli Texniki-Humanitar Liseyin pedaqoji kollektivi üçün də geniş imkanlar
açdı. Belə ki, bütün uğurlarını və
qarşıda duran problemləri düzgün
təhlil edərək imkanlarını səfərbər edən
bu təhsil müəssisəsi də
şəffaf və ədalətli qaydada
keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinə qatıldı. 2011-2012-ci tədris
ilində keçirilmiş
müsabiqənin qalibi olan
liseyin pedaqoji kollektivi bu yüksək mükafata
və təhsilə göstərilən diqqət və
qayğıya görə dövlətimizin
başçısına minnətdarlığını bildirir.
Direktor Ülviyyə Vəliyeva bildirdi ki, dərs ili ərzində
liseydə bütün fənlər
üzrə təhsilin məzmun və keyfiyyətinin
yaxşılaşdırılması məqsədilə
"açıq dərs"lər
təşkil olunub, "dəyirmi masa"lar keçirilib.
Təlim-tərbiyənin keyfiyyətinin, müəllim və
şagirdlərin məsuliyyətinin artırılması
istiqamətində müntəzəm olaraq
görülmüş işlər öz nəticəsini verib. Liseyi bitirən
məzunların böyük əksəriyyəti yüksək balla
respublikanın, eləcə də
xarici ölkələrin ali məktəblərinə qəbul olub.
Liseydə
Milli Kurikulumun öyrənilməsi
və tətbiqi həmişə
diqqət mərkəzində saxlanılır. Ötən dərs ili şagirdlər müxtəlif fənn
olimpiadalarında iştirak edərək uğurlar qazanıblar. Bu
nailiyyətlərin qazanılmasında isə pedaqoji
kollektivin hər bir üzvünün əməyi böyük
olub. Liseyin təcrübəli
pedaqoqları şagirdlərin təlim-tərbiyəsində,
gənc müəllimlərin pedaqoji
ustalığının artırılmasında var qüvvələrini sərf edirlər.
Təhsil
ocağında informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi diqqətdə
saxlanılır. İstər informatika, istərsə də digər fənlərin
tədrisində müəllim və
şagirdlər İKT-dən
bacarıqla istifadə edirlər. Liseyin
müəllimləri kompüter
hazırlığı kurslarından keçiblər.
Bu gün liseydə
şagirdlərin mütaliəsinə, istədikləri ədəbiyyatı
əldə etmələrinə də xüsusi
fikir verilir.Bu məqsədlə
məktəb şagirdlərinin iştirakı ilə pedaqoji kollektiv kitabxanada
maraqlı tədbirlər keçirir. Bu cür tədbirlər
şagirdlərin təlim-tərbiyəsində böyük rol oynayır.
Liseyin idman
sahəsindəki qazandığı
nailiyyətlər də böyükdür.
Hazırda
qazanılan uğurlara baxmayaraq 16 nömrəli Texniki-Humanitar
Liseyin
müəllimləri heç də arxayınlaşmır, təlim-tərbiyə
sahəsində daha böyük
uğurlar əldə etmək üçün qabaqcıl təhsil
ocaqları ilə həmişə
əlaqə saxlayır və faydalı tədbirlər həyata
keçirmək üçün səylə
çalışırlar.
Şakir
CƏFƏROV
Azərbaycan
müəllimi.- 2012.- 2 noyabr.- S.11.