İngilis
dilində danışığı öyrənmənin beş əsas qaydası
Mən
1986-cı ildə Xarici Dillər İnstitutunu bitirmişəm və həmin
ildən də ingilis dili
müəllimi kimi fəaliyyətə
başlamışam. İşlədiyim bu
illər ərzində "Mədəd", "Mimio" təşkilatlarının və
"British Council"in təşkil etdiyi "Primary Essentials"
kurslarını müvəffəqiyyətlə bitirib sertifikatlar almışam. Bu uğurlarıma Şimali Kipr Respublikasında keçirilən
"Curriculum, Teaching and Technology" kursunu
da əlavə etmişəm.
Eyni zamanda
kurslarda kurikulumun qarşıya qoyduğu tələbləri dərindən
öyrənib, 1-ci dərəcəli
sertifikat alıb,
"Təlimçi" adına
layiq görülmüşəm.
Bu ilin yay
aylarında isə müəllimlərə təlim
kurslarında yeni fənn kurikulumunun incəliklərini öyrətmişəm.
Bu yazımda isə ingilis dilində danışmağı
öyrənmək istəyənlərə
onun beş
əsas qaydası haqqında söhbət açmaq istəyirəm.
Qrammatikanı həddindən artıq öyrənmə.
Bu qayda bir çox ingilis dilini öyrənmək istəyən şagird və tələbələr
üçün qəribə
səslənə bilər,
lakin bu ən mühüm (vacib) qaydalardan biridir. Əgər imtahanlardan keçmək
istəyirsinizsə, o zaman
qrammatikanı öyrənin.
İngilis dilində sərbəst
danışmaq istəyirsinizsə,
bu zaman gərək dili qrammatikasız öyrənməyə
cəhd edəsiniz.
Qrammatikanı öyrənmək yalnız sizin danışığınızı yavaşıdar və çaşdırar. Cümlə
qurarkən siz onu olduğu kimi təbii şəkildə səsləndirməkdənsə qaydalar
haqqında düşünəcəksiniz.
Unutmayın ki, ingilis dilində danışan hər bir kəs
təxminən 20 faiz qrammatik qaydaları bilir. Siz qrammatik qaydaları
öyrənmək, yaxud
sərbəst danışmağı
bacarmaq istəyirsiniz?
İfadələri öyrən.
Bir çox şagirdlər ingilis dilində çoxlu sözlər öyrənir və onları bir yerə toplayaraq cümlə qurmağa çalışır, lakin
onlar düzgün cümlə qura bilmirlər. Bunlara səbəb
isə onların ifadələri öyrənməməsidir.
Uşaqlar dil öyrənərkən həm
söz və həm də ifadələri bir
yerdə öyrənməlidir.
Əgər 1000 söz
bilirsinizsə, bir doğru cümlə qurmaya da bilərsiniz,
amma 1 ifadə bilirsinizsə, siz yüzdən artıq düzgün cümlə qura bilərsiniz. 100 ifadə bilirsinizsə siz qura bildiyiniz
cümlələr qarşısında
heyrətlənəcəksiniz və nəhayət, 1000 ifadə bilsəniz, demək olar ki, siz ingilis
dilində yaxşı
bir natiq olacaqsınız. Belə ki,
vaxtınızı söz
öyrənməyə yox,
ifadələri öyrənməyə
ayırsanız, bu zaman sizin ingilis
dilində danışığınız
əvvəlkindən daha
sürətli olacaq.
Əgər ingilis dilində
cümlə qurmaq istəyirsinizsə, sözləri
ana dilinizə tərcümə etməyin. İfadələri bildiyiniz halda
tərcüməni asanlıqla
edə bilərsiniz.
İngilis dilində cümlə
qurarkən qrammatikanı
düşünüb və
tərcümə eləmək
yanlışdır.
Danışmaq və qulaq asmaq
kifayət deyil, eşitdiyini danışmağa
cəhd et. Danışmaq üçün tələb olunan əsas şərtlərdən
biri sərbəst olmaqdır. Şagirdlər ilk növbədə danışmağı öyrənməli,
sonra oxumağa və yazmağa başlamalıdırlar. Ona
görə də ardıcıllıq belə
olmalıdır: qulaq asma, danışma, oxuma və yazma.
İngilis dilində səlis danışmaq istəyirsinizsə,
qulaq asdığınız mövzunu
sonra ucadan danışın və beləliklə, eşitdiyinizi
dəfələrlə təkrar
edin. Bu qayda
ilə təkrar etsən, sən ingilis dilində sərbəst danışa
bilərsən.
İngilis dili ilə
əhatələn. Hər hansı bir
kəs istənilən
bir dildə danışa bilər.
Bunu onlar həmin dil mühitində olmaqla əldə edə bilərlər.
İngilis dilini ana dili kimi danışa
bilən insanlar ingilisdilli məktəbə
getmiş, bu mühitdə təhsil almış insanlardır.
Əgər ingilis dilində
sərbəst danışmaq
istəyirsinizsə, xaricə
getməyinizə ehtiyac
yoxdur, sadəcə ətrafınızı ingilis
dili ilə əhatələndirin. Belə
ki,
ingilis dilində
sərbəst danışa
bilən dost tapın,
həmin dildə kitablar oxuyun, musiqiyə qulaq asın, hekayələr dinləyin. Əgər deyilənlərə əməl etsəniz, asanlıqla bu dildə sərbəst danışacağınızın şahidi olacaqsınız.
Düzgün mövzu öyrən. "Məşq etmək
mükəmməl bir
məşğələdir" fikri yanlış ifadədir. Əgər sən səhv
cümləni (və ya sözü) səhv təkrar edirsənsə, əlbəttə,
sən onu səhv olaraq da yaddaşında saxlayacaqsan.
Buna görə də
öyrənmək istədiyinin
doğruluğuna əmin
olandan sonra təkrar et və
mövzunu öyrən.
Mən dərs dediyim liseydə şagirdlərimə əsasən
yuxarıda sadaladığım
qaydalarla ingilis dilini öyrədirəm.
Bu da öz
müsbət nəticəsini
verir. Bir müəllim kimi
peşə vəzifəmin
məsuliyyətini dərindən
dərk edirəm və bundan şərəf, qürur duyuram. Mən öz növbəmdə
çalışıram ki,
dərs dediyim şagirdlərimin təhsil
bazası güclü
və mükəmməl
olsun. Onlar təlim-tərbiyələri ilə seçilsinlər.
Savadlı, bacarıqlı,
xalqına, millətinə
layiqli bir vətəndaş kimi yetişməsi
üçün bir müəllim kimi əlimdən gələni
edirəm.
Təzəgül
HÜSEYNOVA,
Bakı şəhəri
"Zəngi" liseyinin
ingilis dili müəllimi
Azərbaycan
müəllimi.- 2012.- 2 noyabr.- S.8.