Xarici dil təliminin
təşkili prinsipləri
Xarici
dilin tədrisi dil və
sosial-mədəni biliklər əsasında kommunikativ
nitq bacarıqlarının
formalaşdırılmasını əhatə etməklə
nəticəyönümlülüyə uyğun
olaraq sadədən mürəkkəbə,
asandan çətinə prinsipləri əsasında
qurulur, şagird
nailiyyətlərini izləməyə və qiymətləndirməyə
imkan yaradır. Prinsiplər müəyyən
edilərkən idraki, informativ-kommunikativ
və yaradıcı fəaliyyətlər, düşüncə,
emosional və psixomotor
bacarıqların formalaşdırılması əsas götürülür. Təlimin idarə
olunması üçün xüsusi prinsiplər mövcuddur.
Ümumi prinsiplər:
*
psixoloji müsbət dil
mühitinin yaradılması və mənfi
çalarları aradan götürmək;
*
nəticəyönümlü təlim atmosferi
yaratmaq, şəxsi keyfiyyət və dəyər formalaşdırmaq;
*
standart və yeni məzmun
xətləri əsasında təlimin real
həyatla bağlılığını yaratmaq;
*
şagirdyönümlü təlimi,
şagirdlərin meyil-maraqları üzərində təşkil
etmək;
*
bərabərhüquqlu təlim və qarşılıqlı
təsir nəticəsində dil mühitinin yaranması;
*
inkişafyönümlü təlim və
dəstəkləyici mühit yaratmaq;
* intensiv kommunikasiya
prosesini təşkil etmək;
* vaxtı düzgün
bölüşdürərək fənnə ayrılan saatı dərslər üzrə və səmərəli istifadə
etmək;
* şagird nailiyyətlərinin
qiymətləndirməsini aparmaq.
Xüsusi prinsiplər:
* şagirdlərlə işin, sinfə giriş, çıxışın,
sinifdənxaric işin
xarici dildə aparılması;
* xarici dildə
qrammatikanın, fonetikanın,
lüğətin məzmun
xətləri daxilində
öyrədilməsi;
* funksional dil
materiallarının tərkibində
müvafiq qrammatik materialın nəzərə
alınması;
* müəllimin tələffüzünün, danışıq
sürətinin şagirdlər
üçün nümunə
olması;
* audio-vizual vasitələrdə
səslənən tələffüzün
müəllimin tələffüzündən
çox fərqli olmaması;
* leksik vahidlərin
nitqdə sərbəst
və sürətli işlədilməsinə nail olmaq
üçün şagirdlərə
eyni bir situasiyaya aid müxtəlif
materialların təqdim
olunması;
* şagirdə seçmək, öyrənmək
və istifadə etmək üçün geniş söz ehtiyatının nəzərdə
tutulması və s;
* dərslərin planlaşdırılması zamanı
müəyyən tarixi
gün, bayram və hadisələrin tarixlərinin nəzərə
alınması;
* kommunikativ və
interaktiv metodlarla xarici dillərin öyrənilməsi, şagirdlərin
reseptiv, produktiv, interaktiv və mediasiya bacarıqlarını
inkişaf etdirmək;
* idraki, koqnitiv,
metakoqnitiv və sosialeffektiv strategiyaların
tətbiqi;
* tapşırıqlı təlim və problemlər üzərində
təlimin təşkili;
* kooperativ təlim
forması olan qruplar, cütlər və fərdi işlərin təşkili;
* müxtəlif vizual əyaniliklərin təmin olunması;
* autentik materiallara
təlimin tətbiqində
geniş yer vermək;
* İKT vasitəsilə dilin öyrənilməsinə nail olmaq;
* şagirdlərdə dinləmək, ünsiyyət,
bilik və təcrübi bacarıqların
formalaşdırılması;
* şagirdlərdə diqqətlə dinləmək,
danışmaq və müşahidə qabiliyyətlərinin
formalaşdırılması;
* kontekst daxilində fikrini sərbəst ifadə etmək üçün imkanın yaradılması;
* kommunikativ vərdişlərin
əldə olunması
üçün real həyatla
bağlılığın yaranması.
Xarici dil təlimini
səmərəli qurmaq,
ümumi məqsədə
çatmaq üçün
mühüm vəzifələrin
həyata keçirilməsinə
nail olmaq həm də aşağıdakı
tələblərin nəzərə
alınmasından asılıdır:
* Şagirdlərin vacib linqvistik (fonetik, orfoqrafik, leksik və s.) biliklərə yiyələnməsi;
* Şagirdlərin dili öyrənilən ölkələrin
mədəniyyət və
ənənələri ilə
tanış edilməsi, onlarda xarici dil və
mədəniyyətlərarası mühitdə öz ölkəsini və onun mədəniyyətini
təmsil etmək bacarıqlarının formalaşdırılması;
* Nitq fəaliyyəti üzrə kommunikativ bacarıqların inkişaf
etdirilməsi;
* Dil duyumunun, yaddaşın bütün
növlərinin, məntiqi,
tənqidi və yaradıcı təfəkkürün
(təhlil, müqayisə,
ümumiləşdirmə, nəticə çıxarma
və s.) formalaşdırılması
və inkişaf etdirilməsi;
* Vətəndaşlıq keyfiyyətlərinin,
digər mədəniyyətlərə
hörmət hissinin tərbiyə olunması.
Yeni metodologiyanı tətbiq etməyi bacaran, yeni üsullarla
təlimi idarə, şagirdyönümlü dərsi
təşkil edən,
sinfi müxtəlif üsullarla ələ alan, liderlik
bacarığı olan
və qiymətləndirmə
sistemini tətbiq etməyi mənimsəyən
hər xarici dil müəllimi bu prinsiplərdən faydalana və gələcək işlərində
uğurla tətbiq edə bilər.
Nabat ƏYUBOVA,
Bakıdakı 42 nömrəli tam orta
məktəbin ingilis dili müəllimi
Azərbaycan müəllimi.- 2012.- 2 noyabr.- S.7.