ABŞ səfiri Qafqaz Universitetində olub
ABŞ-ın ölkəmizdəki səfiri
Riçard Morninqstarla
Qafqaz Universitetində görüş keçirilib. Səfir öncə Qafqaz Universitetində
tələbələr üçün yaradılmış şəraitlə,
onların istifadəsinə
verilmiş
laboratoriyalarla yaxından tanış olub və buradakı təhsil imkanlarından razı qaldığını bildirib. Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç tədbiri giriş sözü ilə açaraq qonağı bu ali təhsil ocağında görməkdən
məmnunluğunu ifadə edib. Universitet haqqında qısa məlumat verən rektor ABŞ-ın elmin inkişafına
böyük önəm
verən bir dövlət olduğunu və bu ölkə ilə təhsil sahəsində əməkdaşlığın, təcrübə mübadiləsinin
əhəmiyyətini xüsusi vurğulayıb.
Rektor R.Morninqstarın
ölkəmizdəki diplomatik fəaliyyəti dövründə
Azərbaycanla ABŞ arasında
ikitərəfli münasibətlərin
uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə çıxış edən ABŞ-ın ölkəmizdəki
səfiri Riçard Morninqstar bildirib ki, onun bu vəzifəyə təyin olunana qədər Azərbaycana qısamüddətli səfərləri çox olub. Ölkəmizin bir çox bölgələrində olan səfir R.Morninqstar Azərbaycanı
çox
bəyəndiyini bildirərək dövlətimiz haqqında xoş fikirlər söyləyib.
Həmçinin tələbə-müəllim mübadiləsini
nəzərdə tutan
təhsil proqramlarının
daha da genişlənməsinin əhəmiyyətli olduğunu qeyd edib. Səfir
Amerika ilə Azərbaycan arasında təhsil sahəsində qurulmuş əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğulayıb.
Səfir R.Morninqstar çıxışının sonunda tələbələri maraqlandıran suallara cavab verib.
Tədbir Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniçin ABŞ-ın ölkəmizdəki
səfiri Riçard Morninqstara xatirə plaketini təqdim etməsi ilə başa çatıb.
Y.ƏLİYEV
Azərbaycan
müəllimi.- 2012.- 2 noyabr.- S.1.