Təhsil
Nazirliyində görüş
Noyabrın
7-də təhsil naziri Misir Mərdanov Macarıstan
Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Jolt Çutora ilə
görüşüb
Misir Mərdanov qonağı Təhsil
Nazirliyində görməkdən məmnunluğunu bildirib,
ölkələrimiz arasındakı əlaqələrin son
illərdə daha da inkişaf etdiyini, qarşılıqlı
münasibətlərdə təhsil sahəsinin xüsusi yer
tutduğunu qeyd edib. Nazir "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
azərbaycanlı gənclərin Macarıstanın ali məktəblərində
təhsil alması məsələsinə toxunub və bu məqsədlə
qeyd olunan ölkənin bir universitetinin müvafiq siyahıya
daxil edildiyini nəzərə çatdırıb. Dövlət
Proqramı üzrə müvafiq siyahıya Macarıstanın
daha çox seçilmiş universitetinin əlavə
olunmasının mümkünlüyünü önə
çəkən təhsil naziri bu istiqamətdə iş
aparılmasının zəruriliyini vurğulayıb.
Nazir Azərbaycanla Macarıstanın
münasibətlərinin hazırkı səviyyəsinin iki
ölkə arasında təhsil sahəsində daha səmərəli
əməkdaşlığın qurulmasına əlverişli
imkan yaradacağını nəzərə
çatdırıb. Misir Mərdanov istər təhsil müəssisələri
arasındakı əlaqələrin, istərsə də tələbə
mübadiləsinin qarşılıqlı əməkdaşlığın
inkişafına xüsusi töhfə verəcəyinə əminliyini
ifadə edib.
Səmimi qəbul üçün təhsil
naziri Misir Mərdanova minnətdarlığını bildirən
Jolt Çutora ölkəsində Azərbaycanın
yaxından tanındığını, xalqımıza dost
münasibətin olduğunu söyləyib. Səfir bildirib ki,
Macarıstanın ali məktəblərində oxuyan azərbaycanlı
tələbələrin sayının artırılmasına
və ümumilikdə təhsil sahəsi üzrə əlaqələrin
genişləndirilməsinə təmsil etdiyi ölkə ciddi
maraq göstərir. Xüsusilə tələbə mübadiləsinin
artırılması üçün geniş potensialın
mövcudluğunu vurğulayan qonaq Macarıstanın ali məktəblərində
ingilis və rus dillərində tədris
aparıldığını nəzərə
çatdırıb.
Daha sonra qarşılıqlı maraq
doğuran bir sıra digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb, təhsil sahəsindəki
əməkdaşlığın ölkələrimiz
arasındakı hərtərəfli və yüksək səviyyəli
əlaqələrin inkişafına layiqli töhfə verəcəyinə
əminlik ifadə olunub.
Azərbaycan
müəllimi.- 2012.- 9 noyabr.- S.2.