Təhsil müəssisələrində
Dövlət Bayrağı Gününə həsr olunmuş
silsilə tədbirlər
Noyabrın 8-də Bakıdakı E.Məmmədov
adına 21 nömrəli tam orta
məktəbdə Yasamal rayonu Gənclər və İdman İdarəsinin dəstəyi
ilə 9 noyabr Dövlət
Bayrağı Gününə həsr olunmuş yuxarı
sinif şagirdləri arasında idmanın stend
atıcılığı növü üzrə
yarış keçirildi. Dövlət himninin səsləndirilməsi
və dövlət bayrağının qaldırılması
ilə başlanan tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin
ictimai-siyasi və humanitar məsələlər şöbəsinin
baş məsləhətçisi Elçin Əhmədov,
rayon Gənclər və İdman İdarəsinin rəisi
İlham Səfərov, məktəbin
direktoru Ceyhun Bayramlı və digər qonaqlar
çıxış edərək şagirdlərin milli vətənpərvərlik
ruhunda tərbiyəsi və idmanın növlərinə həvəs
yaratmaq baxımından yarışın əhəmiyyətindən
danışdılar. Bu cür tədbirlərin təhsil
ocaqlarında müntəzəm keçirilməsinin vacibliyini
qeyd etdilər. Məktəbin
şagirdləri dövlət bayrağına aid şeir söylədilər və
mahnı ifa etdilər. Tədbirin əsas hissəsində məktəbin
yuxarı sinif şagirdləri stend atıcılığı
üzrə öz qüvvələrini sınadılar.
Yarışda fərqlənən şagirdlər diplom və
mükafatlarla təltif olundular.
Sonda şagirdlər məktəb rəhbərliyinin
iştirakı ilə Dövlət
Bayrağı Meydanını ziyarət etdilər.
Bakıdakı 308 nömrəli tam orta məktəbdə Dövlət
Bayrağı Gününə
həsr olunmuş tədbir
keçirilib. Tədbirə başlamazdan əvvəl
Dövlət himni səslənib.
Məktəbin direktoru Təranə Məmmədova
tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Şagirdləri Vətəni
sevməyə, vətənin atributları olan gerbə,
bayrağa hörmət və ehtiram bəsləməyə
çağırıb. Bildirib
ki, ölkə başçısı 2009-cu il noyabrın 17-də Dövlət
Bayrağı Cününün təsis edilməsi haqqında
sərəncam imzalamışdır. Həmin ildən də noyabrın
9-u Azərbaycanda Dövlət
Bayrağı Cünü kimi qeyd olunur. Dövlət atributu
olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının hər
birinin borcudur.
Tədbirdə müəllimlərdən Pəri Qasımova, Günel
İbrahimova və başqaları
Dövlət Bayrağı Günü haqqında
çıxış ediblər. Şagirdlər Vətənə,
Dövlət Bayrağına aid şeir söyləyib, mahnı oxuyub və rəqs ediblər.
Noyabrın 8-də Bakıdakı Ə.Abbasov
adına 257 nömrəli tam orta məktəbdə Dövlət
Bayrağı Gününə həsr olunmuş tədbir
keçirildi. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
nümayəndələri, pedaqoji heyət, valideynlər və
şagirdlər iştirak edirdilər. Tədbir Dövlət
himninin səslənməsi ilə başladı. Sonra məktəbin direktoru Qarat
Qaratov tədbir iştirakçılarını bayram
münasibəti ilə təbrik etdi.
O, bayrağımızın tarixi haqqında məlumat
verdi. Qeyd olundu ki, belə tədbirlərin keçirilməsi
şagirdlərimizdə dövlətimizə, vətənimizə
olan dərin məhəbbətlərindən irəli gəlir.
Müəllimlərdən Şəhla Xəlilova
və Svetlana Məmmədova şagirdlərin tədbirə
böyük həvəslə
hazırlaşdıqlarını vurğuladılar. Bildirildi ki,
bütün müəllimlər şagirdlərində vətəndaşlıq
hissinin üzə çıxmasına səy göstərirlər.
Tədbir şagirdlərin
hazırladığı musiqili kompozisiya ilə davam etdi.
Dövlət Bayrağı Gününə həsr olunmuş
videoçarx nümayiş olundu.
Şagirdlər vətənimiz Azərbaycan
haqqında şeirlər söylədilər.
Tədbir ulu öndərimiz Heydər Əliyevin
məktəblilərə verdiyi tövsiyə ilə başa
çatdı: "Vətən torpağı bizə
ata-babalarımızdan qalan mirasdır. Biz onu
qorumalıyıq".
Bakıdakı
263 nömrəli tam orta
məktəbin pedaqoji və şagird kollektivi Dövlət
Bayrağı Gününü noyabrın
8-də keçirdiyi maraqlı ədəbi-bədii
tədbirlə qeyd etdi.
Tədbirdə Prezident təqaüdçüsü,
tanınmış şair İlyas
Tapdıq, şair Hacı Loğman,
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metod Mərkəzinin Xətai-Suraxanı metodiki bölməsinin müdiri
Firduz Əhmədov, "Savalan"
qəzetinin baş redaktoru
Eldar Əliyev və başqa
qonaqlar iştirak
edirdilər.
Tədbir
ölkəmizin azadlığı uğrunda
mübarizələrdə şəhid olan
vətən oğullarının xatirəsinin 1 dəqiqəlik
sükutla yad
olunması və Dövlət himnimizin
ifası ilə başladı. Sonra məktəbin
III "E" sinif şagirdləri müəllimləri
Yeganə Ağayevanın rəhbərliyi ilə hazırladıqları
ədəbi-bədii kompozisiyanı nümayiş
etdirdilər. Şagirdlərdən biri tədbiri
açıb bayraq haqqında şeir söylədikdən sonra
ibtidai sinif müəllimi
Yeganə Ağayeva bu
günün əhəmiyyətindən, təsis
olunma tarixindən söz
açdı, bayram münasibətilə
tədbir iştirakçılarını
təbrik etdi. Üçüncülər
iki bir, üç bir səhnəyə
çıxıb dövlət bayrağımız, onun rənglərinin mənası,
bayrağın dövlət bayrağı kimi
qəbul olunmasında ulu öndərimiz
Heydər Əliyevin xidmətləri haqqında
danışdılar, eləcə də vətənpərvərlik
ruhlu digər şeirlər söylədilər,
xorla mahnılar ifa
etdilər, maraqlı səhnəciklər nümayiş
etdirdilər. Tədbirdə Dövlət
Bayrağı Meydanından bəhs edən film,
Azərbaycanın tarixi, görməli yerlərindən
videogörüntülər nümayiş
olundu, Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin
Dövlət bayrağı haqqında dedikləri fikirlər səsləndirildi.
Tədbir
üçüncülərin mahnı sədaları
altında yallı getmələri ilə başa
çatdı. Sonra məktəbin direktoru Nəsimi Abbasov
çıxış edərək Dövlət Bayrağı
Gününün əhəmiyyətindən,
bayrağımızın hər bir Azərbaycan
vətəndaşı üçün qürur mənbəyi olmasından söz açdı, son
illər məktəbdə görülən inkişaf
yönümlü işlərə toxundu. Direktor şagirdlərin
hazırladıqları ədəbi-bədii proqramın çox maraqlı olduğunu
qeyd edib, tədbirin təşkili
və keçirilməsində əməyi olanlara
minnətdarlığını bildirdi.
Tədbirdə qonaqlara da söz verildi.
Tanınmış şair
İlyas Tapdıq, şair Hacı Loğman tədbiri
yüksək qiymətləndirib,
məktəblilərin əsl
istedad nümayiş etdirdiklərini vurğuladılar,
Dövlət bayrağına
həsr olunmuş şeirlərini oxudular.
Bakı Şəhəri üzrə
Təhsil İdarəsi
Metod Mərkəzinin Xətai-Suraxanı metodiki
bölməsinin müdiri
Firduz Əhmədov isə çıxışında
məktəbdə görülən
işləri, qazanılan
uğurları, şagirdlərin
nümayiş etdirdikləri
yüksək hazırlığı
xüsusilə diqqətə
çatdırıb, kollektivə
uğurlar arzuladı,
bayram münasibətilə
təbriklərini çatdırdı.
Azərbaycan müəllimi.- 2012.- 9 noyabr.- S.4.