Nizami yaradıcılığında tərbiyə motivləri

  

N.Gəncəvinin, M.Füzulinin, C.Məmmədquluzadənin, A.Şaiqin, Mir Cəlalın, S.Vurğunun, M.Hüseyninbir sıra digər klassiklərimizin əsərləri ədəbiyyat təlimində layiqli yerini tutmuşdur. Bu baxımdan bədii əsərlər şəxsiyyətin formalaşmasında bir vasitədir və əslində təlimdə yenilik texnologiyaların, yanaşmanın mahiyyətində, kurikulumun tələblərindədir.

Gənc nəsli vətənpərvərlik, əməksevərlik, yoldaşlıq, dostluq, elmə, biliyə dərin maraq, doğruçuluqdüzlük, qadına qayğılı münasibət, onun saf məhəbbətinə inam ruhunda tərbiyə etməkdə N.Gəncəvinin ədəbi irsi tükənməz xəzinədir.

Bəşər mədəniyyətinə "Sirlər xəzinəsi", "XosrovŞirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə" kimi nadir incilər bəxş etmiş N.Gəncəvinin əsərləri gələcək nəsillərə həmişə örnək olmuşdur.

N.Gəncəvi ən gözəl sənət abidələrindən biri olan  "İsgəndərnamə"də azadlıq, ədalətli bir dövlət quruluşu uğrunda, bəşəriyyətin səadəti yolunda mübarizə edən sənətkar kimi çıxış edir. Böyük şair İsgəndərin simasında ədalətli, hər yerdə yaxşılıq axtaran, bütün xalqların, millətlərin səadəti uğrunda mübarizə edən bir qəhrəman obrazı yaratmışdır.

Nizami irəli sürdüyü humanist, nəcib əxlaqi keyfiyyətlərlə bağlı olan bütün ideyalarını "İsgəndərnamə"nin bu hissəsində verir: bu şəhərdə bir nəfər də olsun paxıl, xain, oğru, əyri, yaltaq, ikiüzlü yoxdur. Fitnə-fəsad bu xalqa yabançıdır, heç kəs heç kəsi pis, əyri yola dəvət etmir. Birinin dərdi-qəmi olsa hamı ona şərik çıxır, şadlıqda hamı şadlıq edir, sevinir.

Doğma vətən torpağı hamı üçün candan əziz və qiymətlidir. Adamlar can deyib, can eşidirlər.

"Xəmsə"yə daxil olan ayrı-ayrı əsərlərin tədrisi zamanı şagirdlər öyrənirlər ki, Nizami öz əsərlərində doğruçuluq düzlük, sadəlik təvazökarlıq, ədalətli olmaq s. kimi  mənəvi keyfiyyətlərə xüsusi yer vermiş, bu problemə dönə-dönə toxunmuşdur.

Şair "Leyli Məcnun" əsərində sənətkar olmaq istəyəndən birinci növbədə həqiqəti, gördüyünü olduğu kimi tərənnüm etməyi, qəlbi əzablı həyəcanlarla dolduran  yalan saxtakarlıqdan qaçmağı məsləhət görür.

Əsərlərlə tanış olduqca şagirdlərə tam aydın olur ki, Nizami insan mənəviyyatına ləkə gətirən yalanın, xalqı təhqir edən gerilik nadanlığın düşməni olmuşdur. Nizamiyə görə, hər kim doğru danışsa, öz doğru işlərindən heç vaxt ziyan çəkməz.

Şair öz nəsihətlərində oğlu Məhəmmədi inandırır ki, doğma vətəni sevməyən, ona ürəkdən bağlanmayan, vətən, xalq yolunda canından-başından keçməyə hazır olmayan insanlar vətənin şərəfini qoruya bilməzlər. Qan tökən, ölkələri tar-mar edən, mədəniyyət abidələrini dağıdan, xalqa aclıq, qəm-kədər, səfalət gətirən müharibələrə, işğalçılara dərin nifrət Nizami yaradıcılığının əsasını təşkil edir.

Nizaminin etik görüşlərindən söhbət açarkən şagirdlər öyrənirlər ki, sadəlik təvazökarlıq insan hümanizminin ən yüksək keyfiyyətlərindən biridir. Şair danışıq hərəkətlərdə  ədəb gözləməyi tələb edir. Şairə görə, hər sözdə ədəbli olmaq lazımdır; sən ədəbli olsan, səni dinləyən ədəbli danışar, fikirləşib danışmaq nəzakətlilik, ağıllılıq əlamətidir. Kobud, "lağlağı" danışıq bədxahların işidir.

Böyük şair Nizami uşaqların həyatda düzgün mövqe tutması üçün ailə tərbiyəsinə üstün yer verir. Təsadüfi deyildir ki, N.Gəncəvi hər bir uşağın pis əməli üçün onu yox, ailəsini "daşa basır". Şair ailə tərbiyəsini əsas tutaraq  "Xosrov Şirin" əsərində yazır:

 

Deyirlər bir gün ağıllı bir kəs,

"Mən dəliyəm"-deyə elə yayır səs.

Bir uşaq onunla girsə savaşa,

Dərhal böyükləri basırmış daşa.

Soruşurlar: "Uşaq səni vurarkən"

Neçün öc alırsan sən qocalardan?

Gülümsəyib deyir:

"Gülməsə qoca

Uşaq pis tutmaz  ömrü boyunca

Narazı olarsa ayaqdan əllər,

Ayaqlara görə başı döyərlər".

 

Nizamiyə görə uşağın ilk tanış olduğu ictimai mühit ailədir. Onun tərbiyəsi əsasən bu mühitlə bağlıdır. Şair göstərir ki, uşaqların öz valideynlərinə inamı təbiətin ailəyə verdiyi qiymətsiz bəxşişdir. Uşaq üçün bundan etibarlı heç bir şey ola bilməz. Ailə isə, öz növbəsində, ona əvəzsiz verilən bu etibarı layiqincə doğrultmalıdır. Təsadüfi deyil ki, Nizami hər bir uşağın pis əməli üçün onu yox, ailəsini günahlandırır.

Humanist şair "Yer üzərində yaranmışların ən şərəflisi insandır"-deyir bu ideyanı bütün əsərlərində diqqət mərkəzində saxlayır. Nizaminin fikrincə, insan hər şeyə qadirdir. Odur ki, şair dünyanın insan əli, əməlləri ilə zərxara geyməsini istəyir bu ideyanı təbliğ edir. Şairin qəhrəmanları məhz bu ideyanın daşıyıcılarıdırlar.

 

 

Firəngiz ABDULLAYEVA,

32 nömrəli Ağdam tam orta  məktəbinin

Azərbaycan dili ədəbiyyat müəllimi

 

Azərbaycan müəllimi.- 2012.- 9 noyabr.- S.7.