"Konstitusiyauşaq hüquqları" mövzusunda ədəbi-bədii kompozisiya

 

Noyabrın 8-də Bakıdakı 204 nömrəli tam orta məktəbdə 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş "Konstitusiya və uşaq hüquqları" mövzusunda tədbir keçirilib. Tədbiri məktəbin direktoru Ziba Rzayeva açaraq bildirib ki, toplantıda məqsəd Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunduğu tarixi xatırlatmaq, Əsas qanunumuzun hüquq və azadlıqlarımızın tam təsbit olunduğu mütərəqqi bir konstitusiya olmasını şagirdlərə başa salmaqdır. Z.Rzayeva Azərbaycan Respublikası Konstitusiyasının qəbulunda ulu öndər Heydər Əliyevin xüsusi rolu olduğunu bildirib. Bununla bağlı ümummilli liderin xüsusi sərəncam imzaladığı, həmin sərəncama əsasən hazırlanmış Əsas qanunumuzun 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edildiyini diqqətə çatdırıb, onu insan azadlıq və vəzifələrinin dolğun əks olunduğu ən möhtəşəm konstitusiyalardan biri adlandırıb. Direktor Konstitusiyada əksini tapmış əsas hüquq və vəzifələr sırasında təhsil hüququnun da olduğunu qeyd edib və bu hüququn təmin olunması istiqamətində son illər ölkəmizdə aparılan işlərdən, əldə olunan uğurlardan söz açıb, təhsilə böyük diqqət və qayğı göstərildiyini bildirib.

Tədbir açıq elan olunduqdan sonra himn ifa olunub. Dövlət bayrağı səhnəyə gətirilib. Şagirdlərin ifasında dövlət atributlarını - gerbi, himni bayrağı tərənnüm edən şeirlər səslənib.

Sonra məktəbin tarix müəllimi S.Əhmədova uşaqların hüquq vəzifələrindən söz açıb, uşaq hüquqlarını müdafiə etməyin vacibliyini qeyd edib. Bildirib ki, insan hüquqlarına hörmət cəmiyyətin öz uşaqlarına münasibətindən başlayır. Bizim ölkədə uşaqlara, onların normal böyüyüb cəmiyyətin layiqli üzvlərinə çevrilməsinə dövlətimiz hər cür qayğı göstərir. Ölkəmizdə uşaqların hüquqlarını qorumaq üçün "Uşaq hüquqları haqqında" qanun qəbul olunub. Heydər Əliyev Fondunun onun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın bu sahədəki fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Fond xüsusi qayğıya ehtiyacı olan uşaqların normal yaşaması cəmiyyətə inteqrasiyası üçün mühüm işlər görür.

Sonra şagirdlər uşaq hüquqlarının müxtəlif istiqamətlərini diqqətə çatdırıb, "Uşaq hüquqları Konvensiyası" haqqında məlumat verib, onun ideya prinsiplərindən söz açıblar. Uşaqların yaşamaq, inkişaf, müdafiə s. kimi hüquqlarının olduğu barədə qrupların verdikləri məlumat maraqla qarşılanıb.

Şagirdlər müdriklərin uşaqlar haqqındakı fikirlərini diqqətə çatdırıblar. Dünyada hələ çətin şəraitdə yaşayan, bir sıra hüquqlardan məhrum uşaqların olması qeyd edilib.

Sonra tədbir bədii proqramla davam edib: uşaqlar mövzuya uyğun seçilmiş şeirlər söyləyib, mahnılar oxuyublar.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2012.- 16 noyabr.- S.4.