Müdafiə Sənayesi Nazirliyinin Azərbaycan Texniki Universiteti ilə birgə layihəsi
Cari tədris ilindən Azərbaycan Texniki Universiteti (AzTU) Respublika Müdafiə Sənayesi Nazirliyinin müəssisələri
üçün bir neçə ixtisas üzrə mütəxəssislər
hazırlamağa başlamışdır.
Universitetdə yeni yaradılmış xüsusi
texnika və texnologiya fakültəsində
bu il
yüksək bal toplamış
74 tələbə 5 ixtisas
üzrə təhsil alır.
AzərTAc xəbər verir ki, noyabrın
13-də universitetdə yeni
fakültəyə qəbul
olunmuş tələbələrlə
görüş keçirilmişdir.
Tədbirdə universitetin professor-müəllim heyəti ilə yanaşı, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin
məsul işçiləri
də iştirak etmişlər.
AzTU-nun rektoru,
professor Havar Məmmədov bildirmişdir
ki, yeni fakültə Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və Təhsil Nazirliyinin müvafiq qərar və göstərişlərinə
əsasən fəaliyyətə
başlamışdır. Bu,
Azərbaycan Prezidentinin
milli ordunun daha da gücləndirilməsinə
qayğısının yeni
təzahürüdür. Həmin fakültədə
tələbələr təhsil
illərində "Silah
və silah vasitələrinin istehsal texnologiyası", "Optotexnika",
"Pirotexnika vasitələrinin
texnologiyası", "Çoxkanallı
radiorele troposfer rabitəsinin yerüstü
aparatlarının hazırlanması,
istismarı və təmiri", "Kompozisiya
materiallarından müdafiə
təyinatlı məmulatların
layihələndirilməsi və
istehsalı" ixtisasları
ilə bağlı biliklərin əsaslarına
yiyələnəcəklər.
Tədris proqramı hazırlanarkən
Rusiya Federasiyasının
müdafiə sənayesi
üçün mühəndis
kadrları hazırlayan
nüfuzlu universitetlərinin
təcrübəsi öyrənilmiş
və bu iş indi də
davam etdirilir. Fakültə müasir tədris
vasitələri ilə
təmin edilmişdir.
Universitetdə bu ixtisaslar üzrə bakalavr pilləsində təhsil 4 il,
magistratura pilləsində
isə 2 il müəyyən edilmişdir.
Gələcəkdə yüksək ixtisaslı
mütəxəssislər kimi
ölkəmizin müdafiə
sənayesi müəssisələrində
işləyəcək gənclər
universitetdə aldıqları
nəzəri bilikləri
Azərbaycanın müvafiq
istehsal sahələrində
təcrübi cəhətdən
möhkəmləndirəcəklər.
Görüşdə bildirilmişdir ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələri üçün
yüksəkixtisaslı kadrlar
hazırlamaq üçün
universitetdə hər
cür şərait yaradılmışdır, təhsil
prosesi zəruri tədris materialları, proqram və avadanlıqlar əsasında
aparılır.
Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat
Birliyinin baş mühəndisi Feyruz Əsədov, "Üfüq"
İstehsalat Birliyi Radioquraşdırma Zavodu direktorunun müavini Anar Əzizov çıxış edərək
demişlər ki, universitetdə yeni ixtisaslar üzrə hazırlanacaq mütəxəssislərə
bu gün respublikamızda böyük
tələbat vardır.
Xüsusi texnika
və texnologiya fakültəsinin I kurs tələbəsi Əlikram Ağəliyev
yeni ixtisaslar üzrə
təhsil alan tələbələr
adından onlara göstərilən
qayğıya və universitetdə yaradılmış şəraitə
görə razılığını bildirmişdir.
Azərbaycan
müəllimi.- 2012.- 16 noyabr.- S.5.